Bir axşam... qısametrajlı cizgi filmi rejissor Firəngiz Qurbanova tərəfindən 1985-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdəki hadisələr adi bir otaqda, 8 yaşlı qız uşağının gözləri önündə baş verir.
Bir axşam... | |
---|---|
Janr |
dram musiqili |
Rejissor | Firəngiz Qurbanova |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda |
Elnarə Cəfərova Nuriyyə Əhmədova |
Operatorlar |
Antonina Korotnitskaya Amin Novruzov |
Bəstəkar | Rafiq Babayev |
Rəssamlar |
Fikrət Əhədov Firəngiz Qurbanova |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1985 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Müddət | 7 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | Azərbaycan dili (mətnsizdir) |
İl | 1985 |
Texniki məlumatlar |
1 hissə 218 metr |
Rəng | rəngli |
Filmdəki hadisələr adi bir otaqda, 8 yaşlı qız uşağının gözləri önündə baş verir. Bu, sərxoş bir məclisin kiçik ailənin rahatlığının, ana-bala dünyasının istiliyinin pozulmasını böyük inandırıcılıqla göstərən poetik, emosional bir filmdir.[1]
Özünəməxsus üslub həlli, müvəffəqiyyətli musiqi sərxoşluq və alkoqolizm əleyhinə olan bu filmin ictimai pafosunu bir az da qüvvətləndirir.[1]
1986-ci ildə Alma-Atada XI Ümumittifaq kinofestivalında filmə aktual mövzunun orijinal həllinə görə münsiflər heyətinin xüsusi prizi verilib.