Firəngiz Ağadadaş qızı Qurbanova (12 mart 1943, Bakı) — Kino rəssamı, Animasiya rejissoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, "Birlik" animasiya studiyasının rəhbəri, Azərbaycanın əməkdar incəsənət xadimi (2000).[2] Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2024-cü ildən)
Firəngiz Qurbanova | |
---|---|
Firəngiz Ağadadaş qızı Qurbanova | |
Doğum tarixi | 12 mart 1943 (81 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Fikrət Əhədov[1] |
Atası | Ağadadaş Qurbanov |
Fəaliyyəti | ssenarist, yazıçı, kinorejissor, rejissor |
Təhsili | |
Mükafatları |
12 mart 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. Əzim Əzimzadə ad. Dövlət Rəssamlıq Məktəbinin və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunudur. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi çalışmış, "Birlik" studiyasına rəhbərlik etmişdir. "Alma almaya bənzər", "Şir evdən getdi", "Gümüşü furqon", "Ad günü" və s. bədii filmlərin quruluşçu rəssamı, "Seans", "Bulud niyə ağlayır", "Anam ağacda" və s. cizgi filmlərin quruluşçu rəssamı və rejissorudur.
2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Fəxri adına layiq görülmüşdür. 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb