Bir zamanlar Anadoluda

"Bir zamanlar Anadoluda"Nuri Bilgə Ceylanın ssenari müəllifi və rejissoru olduğu 2011-ci ildə çəkilmiş türk dram filmidir. Baş rolları Məhəmməd Uzunər, Yılmaz Ərdoğan və Taner Birselin oynadığı film bir həkimlə cinayət araşadırıcısı müstəntiqin 12 saatlıq gərgin hekayəsindən bəhs edir. 11 həftə davam edən filmin çəkilişləri Qırıqqapının (Kırıkkale) Kəskin bölgəsində həyata keçirildi. TRT-nin də qatqısı ilə Bosniya və HerseqovinaTürkiyənin ortaq istehsalı olan film 11-22 may 2011 tarixləri arasında 64-cü Kann kinofestivalında böyük mükafat Qızıl Palma uğrunda yarışacaq filmlər siyahısına daxil oldu və ikinci böyük mükafat olan Böyük Mükafatı qazandı.

Bir zamanlar Anadoluda
Bir zamanlar Anadolu'da
Janr Dram
Rejissor Nuri Bilgə Ceylan
Prodüser Zeynəb Özbatur
Ssenari müəllifi

Nuri Bilgə Ceylan Ercan Kesal

Ebru Ceylan
Baş rolda

Muhammet Uzuner Taner Birsel

Yılmaz Ərdoğan
Operator Gökhan Tiryaki
Montajçı Nuri Bilgə Ceylan
İstehsalçı NBC Film
Distribütor iTunes[d]
İlk baxış tarixi 21 may 2011 (Kann kinofestivalı)
Müddət 157 dəqiqə
Ölkələr
Dil Türkcə
İl 2011
Rəng rəngli
Çəkiliş yeri Türkiyə
IMDb ID1827487
  • Məhəmməd Uzunər (Həkim Camal)
  • Taner Birsel (Müstəntiq Nüsrət)
  • Yılmaz Ərdoğan (Komissar Naci)
  • Əhməd Mümtaz Taylan (Ərəb Əli)
  • Ərcan Kesal (Kəndxuda)
  • Fırat Tanış (Saxlanılan Kənan)
  • Erol Ərarslan (Mərhum Yaşar)
  • Burhan Yıldız (Saxlanılan Ramazan)
  • Murad Kılıç (Polis İzzət)
  • Şəfəq Karali (Abidin)
  • Kubilay Tunçər (Ekspertiza işçisi Şakir)
  • Cansu Dəmirçi (Kəndxudanın qızı Cəmilə)

"Bir zamanlar Anadoluda" Nuri Bilgə Ceylan, Ercan Kesal və Ebru Ceylan tərəfindən yazılıb. Filmin təməlində Ercan Kesalın həkimlik etdiyi dövrlərdə yaşadığı və Qırıqqapının (Kırıkkale) bir qəsəbəsində işlənmiş ciyanətin araşdırılması prosesi dayanır. Ebru Ceylan filmin hekayəsinə olan aidiyyətini "Məmur dünyasını yaxşı bilirəm, təcrübəmi paylaşdım. Qadınlar bu filmdə çox yox, amma kişi dünyasında ortaya çıxan məsumanə qadın obrazının önəmli olduğunu zənn edirəm." sözlərilə bildirdi. 64-cü Kann kinofestivalında əsas nümayişdən əvvəlki gün keçirilən toplantıda filmdəki "bol dialoqlar" haqqında verilən suallara Nuri Bilgə Ceylan bürokratik dünyada çox danışmağın daha yaxşı olduğunu bildirir. Məzmunun bürokratiya ilə olan "bağlantısını" Çexov təmin edib. Hətta filmdə Çexovdan bir neçə sitat vardır.

"Bir zamanlar Anadoluda" filminin də Nuri Bilgə Ceylanın digər filmləri kimi daha çox Sovet rejissor Andrey Tarkovskinin təsiri altında qaldığı fikri irəli sürülmüşdür. Bu filmin, xüsusilə də, "qatar metaforası, qara it, həkim və küləkdə sünbüllərin dalğalanması" səhnələrilə və uzun ardıcıllıqları ilə Tarkovskinin 1979-cu ildə çəkdiyi "Stalker" filminə çox bənzədiyi, hətta eyni olduğu, Ceylanın digər filmlərinə də Tarkovskinin tərzini filmlərinə oturtmuş olduğu yazılmışdır.

Bu hekayənin tutarlı və təbii olduğunu hesab edən bəzi yazarlar da Ceylanın digər filmlərindən fəlsəfi və estetik ölçülərlə də bir xeyli fərqli olan bu filmin yenə Tarkovskinin öz təbirincə desək, "insan övladının gerçəklərini" axtardığını "Bir zamanlar Anadoluda"nın drammatik əsasıyla bir yandan Dostoyevskini, digər yandan Çexovu, hətta Qoqolu, lirikası ilə də Tarkovski və digər rus rejissoru Andrey Zvyagintsevi birləşdirməyə çalışmışdır.