Yılmaz Ərdoğan

Yılmaz Ərdoğan (tam adı: türk. Yılmaz Erdoğan; 4 noyabr 1967, Hakkari) — Kürd əsilli Türk aktyor, yazıçırejissor. Debüt komediya filmi Vizontele (2001) və Bir Demet Tiyatro (1995–2002/2006–2007) serialı ilə məşhurluq əldə etmişdir. Sadri Alışık Kino və Teatr Mükafatlarında ən yaxşı aktyor, Qızıl Kəpənək mükafatında ən yaxşı komediya serialı, 4-cü Avstraliya Kino və Televiziya Sənəti Mükafatlarında Su axtaran (2014) filmindəki roluna görə ən yaxşı köməkçi aktyor,[2][3] Afifə Teatr Mükafatlarında Cavad Fəhmi Başqurd xüsusi mükafatlarının sahibidir.

Yılmaz Ərdoğan
türk. Yılmaz Erdoğan
Doğum tarixi 4 noyabr 1967(1967-11-04) (56 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
  • Belçim Bilgin[d] (20062018)[1]
Fəaliyyəti kinorejissor, ssenarist, kino aktyoru, aktyor
Fəaliyyət illəri 1995—h.h.
Təhsili
IMDb ID0258784
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yılmaz Ərdoğan Nazim və Süheyla Ərdoğanların ailəsində dünyaya göz açıb. Ailənin ortancıl oğludur. Anadolu atəşi rəqs qrupunun qurucusu Mustafa Ərdoğan onun böyük, sənətçi Dəniz Ərdoğan isə kiçik qardaşıdır. Yılmaz Ərdoğanın uşaqlığı Ankarada keçmişdir. Daha sonra ailəsi ilə birlikdə İstanbula köçüb. Ailəsi əslən kürddür.

İbtidai və orta təhsilini başa vurduqdan sonra Ankara Aydınlıqevlər Liseyində təhsilini davam etdirmişdir. Daha sonra İstanbul Texniki Universitetinin inşaat fakültəsinə daxil olan Yılmaz təhsil həyatını yarıda qoyub Fərhan Şənsoyun rəhbərlik etdiyi Növbətçi Teatrın heyətinə qoşulur. O, həmçinin Levent Kırcanın Olacaq o qədər adlı televiziya tamaşasının baş ssenaristi kimi fəaliyyət göstərir. 1988-ci ildə öz teatrını qurur: Güldüşündürü. Və özünün qələmə aldığı Qanuni Sultan Süleyman və Rambonu uğurla səhnələşdirir.

1994-cü ildə ortağı Necati Akpınar ilə Beşiktaş Mədəniyyət Mərkəzinin əsasını qoyur. Bu zaman Star TV-də yayımlanan Bir Demet Tiyatro teleserialında aktrisa Demet Akbağ ilə kamera qarşısına keçən Yılmaz Mükremin Abi obrazını canlandıraraq məşhurlaşır. Teatrdakı fəaliyyətini də paralel olaraq davam etdirən aktyor Cebimdeki Kelimeler şousu ilə nailiyyət əldə edir. On yeddi şeirdən ibarət albom çıxardan Yılmazın şeirləri Mətin Qələndər, Nizaməddin Ariç və Əli Aykaçın türk xalq musiqisi janrında bəstələdikləri mahnıların müşayiəti ilə dinləyicilərə çatdırılır.

Ən böyük uğurunu satış rekordu qıran, özünün yazdığı, rejissoru olduğu və rol aldığı Vizontele (2001) filmi ilə qazanır. Bu uğur onun növbəti filmlərini də izləyir: Vizontele Tuuba (2004) və Organize İşler (2005). Daha sonra Bir Demet Tiyatro (2006–2007) teleserialı yenidən ATV telekanalında yayımlanmağa başlayır. 2009-cu ildə Yeni il mövzulu Şən həyat filmi çəkilir. Onun rejissoru olduğu ən uğurlu komediya filmlərinə həmçinin Eyyvah Eyvah (2010) və Çox film hərəkətlər bunlar (2010) daxildir.

İki dəfə ailə həyatı quran Yılmaz Ərdoğanın aktrisa Sənəm Oktarla olan evliliyindən Bərfin Ərdoğan adlı qızı dünyaya gəlmişdir. Bərfin atasının Organize İşler filmində çəkilmişdir. İkinci dəfə aktrisa Belçim Bilgin ilə ailə həyatı quran Yılmaz Ərdoğan 2018-ci ildə boşanmışdır.

  1. 1 2 https://www.haberler.com/iste-belcim-bilgin-in-yeni-aski-12626563-haberi/.
  2. "Australian film award goes to Yılmaz Erdoğan". Hurriyet Daily News. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-30.
  3. "Turkey's Yılmaz Erdoğan wins 'Australian Oscar' for supporting actor". Today's Zaman. 2015-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-30.