Bircə Akalay

Bircə Akalay (19 iyun 1984, İstanbul) — Türk aktrisa.

Bircə Akalay
türk. Birce Akalay
Doğum adı Birce Akalay
Doğum tarixi 19 iyun 1984(1984-06-19) (40 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Fəaliyyəti aktrisa, kino aktrisası, televiziya aktrisası, teatr aktrisası, televiziya aparıcısı, model[d]
Fəaliyyət illəri 2005-ci ildən
Təhsili
Boyu 178 sm
IMDb ID2595502
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

2003-də Pera Gözəl Sənətlər Liseyi Teatr bölümündə lisey təhsil aldı. Həmin il girdiyi İstanbul Universiteti teatr aktrisalığı və dramaturgiya bölümündəki təhsilini tamamlamadı amma Xaliç Universiteti Konservatoriya Teatr bölümündən məzun oldu. 2004 Türkiyə Gözəllik yarışmasında üçüncü olduqdan sonra Avropa Gözəllik yarışmasında Türkiyəni təmsil etdi və yarımfinala çıxdı.2004–2007-ci illər arasında Star TVTV8də idman spikerliyi, həm də Çempionlar liqası və 8-ci Pillə kimi verilişlərdə aparıcılıq etmişdir.2007-ci ildə yayımlanan "Qədər" və "Sənin Üçün" seriallarında baş rolda oynamışdır.2008-ci ildə "Asi" adında serialda qonaq aktrist olaraq qatılmışdır.Bundan başqa 2008-də vizyona girən "Son Dərs" və 2009-un oktyabr ayında vizyona girən "Nəfəs" filmində rol almışdır. 2009-cu ildə TRT 1-də yayımlanan "Alayına İsyan" serialında Sevtap rolunda, 2009-cu ilin sentyabr ayında "Sizi Sevirəm" filmində Əmrə Altuğ ilə baş rolları paylaşmışdır.2009-da atv-də yayımlanan "Qış nağılında" Zişan rolunda oynamışdır.Həmin il TRT Müzik kanalında başlayan və TV8-də davam edən verilişi Sinema dünyası bir yayın mövsümü davam etmişdır.[1] 2010-cu ildə keçmiş əri Murad Ünalmış ilə birliktə Ürgübdə bir eşqi anlatan Yer Göy Eşq serialında Həvva rolunu canlandırmışdır. 2013-cü ildə atv-də Baş Nazir Ədnan Menderesin həyatından bəhs edən Mən Onu Çox Sevdim adlı serialda opera sənətçisi Ayxan Aydan rolunu canlandırmışdır. 2013-cü ildə TRT 1-də yayımlanan Belə Bitməsin adlı seriala qonaq aktrist olaraq qatılmışdır. Sonra isə Kanal D-də yayımlanan Kiçik Ağa adlı serialda Sinəm rolunu canlandırmışdır. Kiçik Ağa serialında baş rolu paylaşdığı Sarp Ləvəndoğlu ilə 1 avqust, 2014-cü ildə evlənmişdir.[2] 2 il davam edən evlilikdən sonra 17 yanvar, 2017-ci ildə boşanmışdır. 2015-ci ildə atv-də yayımlanan Evli və Əsəbi adlı serialda 4 baş roldan birini canlandırmışdır. Bircə Akalay Star TV-də yayımlanan Həyat Bəzən Şirindir serialındada baş rolda oynamışdır. Hal hazırda isə Kanal D ekranlarında göstərilən Qara Ağ Eşq adlı serialda Əsli rolunu canlandırır.

İl Film Rol Qeyd
2007 Son Ders Sevim Yardımcı Karakter
2009 Nefes: Vatan Sağolsun Zeynep Yardımcı Karakter
2009 Sizi Seviyorum Eda Yardımcı Karakter
2016 Deliormanlı Hülya Yiğit Başrol
2018 Dışarda Deli Cansu Yardımcı Karakter
İl Film Rol Qeyd
2007 Asi Zeynep Yardımcı Karakter
2007 Kader Lamia Başrol
2007 Senin Uğruna Özlem Başrol
2009 Üsyan Sevtap Başrol
2009 Kış Masalı Zişan Yardımcı Karakter
2010–2012 Yer Gök Aşk Havva Başrol
2013 Şefkat Tepe Gönül qonaq oyuncu
2013 Böyle Bitmesin Aylin qonaq oyuncu
2013 Ben Onu Çok Sevdim Ayhan Aydan Başrol
2014–2015 Küçük Ağa Sinem Acar Başrol
2015–2016 Evli ve Öfkeli Esra Başrol
2016–2017 Hayat Bazen Tatlıdır Hayat Sarıyaz Başrol
2017–2018 Siyah Beyaz Așk Aslı Çınar Başrol
2018- Ağlama Anne Alev Fırıncıoğlu Bașrol

Hazırladığı və ya aparıcılığını etdiyi televerilişlər

[redaktə | mənbəni redaktə et]
İl Televeriliş Qeyd
2005 Çempionlar liqası final Aparıcı
2005 Çempionlar liqası özəl Aparıcı
2004–2006 İdman gecəsi — Star TV Aparıcı
2006 8-ci pillə Aparıcı
2009 Sinema dünyası Aparıcı
İl Reklam Qeyd
2014 Jhonson&Jhonson
2014 Orkid
2014 Algida Yay və ramazan kampaniyaları

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Birce Akalay Detailed Biography and Relationships Details

  1. "Birce Akalay Biography". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-18.
  2. "Sarp Levendoğlu ile Birce Akalay evlendi". 2015-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-25.

Birce Akalay Biography and Relationship