Kanal D (Türkiyə)

Kanal D1993-cü ildə İstanbulda fəaliyyətə başlamış Türkiyənin özəl televiziya kanallarından biri. Hazırda "Dəmirörən Holdinq" şirkətinə məxsusdur.

Kanal D
Loqonun şəkli
21 aprel 2011-ci il tarixindən indiyə kimi istifadə edilən nişanə.
Ölkə Türkiyə Türkiyə
Şimali Kipr Türk Respublikası ŞKTR
Yayım ərazisi Türksat 4A peykinin əhatə dairəsi
Dil Türk dili
Baş qərargah Doğan TV Center 34204, Bağçılar, İstanbul, Türkiyə[1]
Yaranma tarixi 16 sentyabr 1993 (test yayımı)
19 dekabr 1993 (əsas yayım)
Sahibi Doğuş Yayın Qrupu
(1993-1994)
Doğan Holdinq
(1994-2018)
Dəmirörən Holdinq
(2018-h.h.)
Rəhbərlik Murat Sayqı
Keçmiş adları Kanal D (Kanal Doğuş) (1993-1994)
Şüar Doğru kanal, doğru seçim! (1993-1994)
Sizi Kanal D-də gözləyirik! (1994)
Bundan sonra "Kanal D"! (1995)
İlin kanalı - Kanal D! (1995-1996)
Türkiyə, Kanal D-ni izləyir. (1996-2001)
Kanal D - Yeni əsrin gənc kanalı! (2001-2002)
Hər kəs buradadır; sən haradasan? (2002-2004)
Türkiyənin kanalı (2004-2015)
D-li kimi sevmək ruhumuzda var! (2015-h.h.)
Qardaş kanallar Radio D (1994-h.h.)
Euro D (1996-h.h.)
CNN TürkHD (1999-h.h.)
CNN Türk Radio (2001-h.h.)
Dream TV (2003-h.h.)
Dream Türk (2003-h.h.)
Slow Türk (2005-h.h.)
T.A.Y. TV (2006-h.h.)
Kanal D (Rumıniya) (2007-h.h.)
D-SmartHD (2007-h.h.)
Cartoon Network (Türkiyə) (2008-h.h.)
Teve2HD (2012-h.h.)
Sayt kanald.com.tr

"Kanal D" Ayxan Şəhənk - Aydın Doğan ortaqlığı ilə təsis edilmişdir. O dövrdə Türkiyədə Interstar, Show TV, Flash TV, HBB, Kanal 6, Samanyolu TV, TGRTATV olmaqla 9 özəl-ümumrespublika telekanalı var idi. 10-cu ümumrespublika telekanalı olan "Kanal D" 1993-cü il sentyabrın 16-da test yayımına başlamış, 1993-cü il dekabrın 19-da isə əsas yayıma keçmişdir. Kanalın səhmləri 1994-cü ildə Aydın Doğana verilmişdi. Həmin il kanalın loqotipi də dəyişdi.

2004-cü ildə rəqəmsal yayıma keçmişdir. Baş qərargahı Almaniyada olan Euro D, kanalın, Türkiyə xaricindəki ilk şöbəsidir. Kanalın ikinci şöbəsi isə Rumıniyada yerləşir. Kanal D həmçinin Türkiyədə HD yayıma keçən ilk milli televiziya kanalı olmuşdur. 5 sentyabr 2005-ci ildən 15 yanvar 2013-cü ilə qədər telekanlın əsas xəbər buraxılışını və "32-ci gün" verilişini məşhur jurnalist Məmməd Əli Birand təqdim etmişdir. 1 iyul 2013-cü il tarixində 16:9 formatlı yayıma keçmişdir.

Kanal D-nin HD kanalı 1 oktyabr 2006-cı il tarixində "DHD TV" adıyla yayıma başlamışdır.[2] Türkiyənin ilk HD kanalıdır. Bir müddət sonra yayımı dayandırılmışdır. Lakin 1 sentyabr 2008-ci il tarixindən etibarən təkrar yayımlanmağa başladı. 18 sentyabr 2014-cü il tarixində isə ödənişsiz yayıma keçmişdir.

Telekanal 2000-ci illərin əvvəlində Bakıda da yayımlanmağa başlamışdı. Lakin 3 yanvar 2006-cı il tarixində Milli Televiziya və Radio Şurasının qərarı ilə Bakı yayımı dayandırılmışdır. Kanalın Azərbaycanda da kifayət qədər tamaşaçı kütləsi var idi. Daha sonra isə 5 iyun 2015-ci il tarixində "CNN Türk" və "Samanyolu Haber" kanalları ilə birlikdə Azərbaycanda yayımı qadağan olunmuşdur. Buna səbəb olaraq həmin kanalların anti-Azərbaycan təbliğatı göstərilmişdir. Lakin həmin il Hürriyət qəzetində dərc olunan məqalələrdən bu təbliğatın anti-Azərbaycan olmadığı görülmüşdür.[3]

Günümüzdə yayımladığı serialları

[redaktə | mənbəni redaktə et]
  • Tezliklə: Annem, Ankara
  • Tezliklə: Güzel Aşklar Diyarı
  • Tezliklə: Pelin'nın Ayakkabı
  • 2024:- Yalan (Bazar Ertəsi 21:00)
  • 2024:- Taş Kağıt Makas (Sezon Arası)
  • 2024:- İnci Taneleri (Sezon Arası)
  • 2006:- Arka Sokaklar (Sezon Arası)
  1. kanald.com.tr. "Kanal D - Əlaqə" (Türk dili). 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-10.
  2. hurriyet.com.tr. "Hürriyət qəzetinin "Kanal D-nin HD yayım dövrü" başlıqlı xəbəri" (Türk dili). 2016-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-10.
  3. day.az. "Day.az saytının "Azərbaycanda Kanal D-nin yayımına qadağa..." başlıqlı xəbəri" (Türk dili). 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]