Biri var idi, biri yox idi (I mövsüm)

Biri var idi, biri yox idiABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın birinci mövsümünün premyerası 23 oktyabr 2011-ci ildə baş tutmuş və 13 may 2012-ci ilə kimi davam etmişdir. Serialın yaradıcıları Edvard Kitsis və Adam Horovitzdir. Serialda hadisələr paralel olaraq Sehrli Meşə və Storibrukda baş verir. Qəddar Kraliça (Lana Parrilla) nağıllar aləmindəki hər kəsin xoşbəxtliyini əlindən alacağını deyir və tilsimləyərək bütün nağıl qəhrəmanlarını bizim dövrümüzə göndərir.


I Mövsüm
DVD üz şəkli
DVD üz şəkli
ÖlkəABŞ
Seriya sayı22
Ekranlaşdırma
Orijinal kanalABC
Orijinal efir23 oktyabr 2011 (2011-10-23) – 13 may 2012 (2012-05-13)
Ev video çıxışı
DVD çıxış
Region 128 avqust 2012 (2012-08-28)[1]
Region 231 oktyabr 2012
12 noyabr 2012 (2012-11-12)[2]
Region 417 oktyabr 2012 (2012-10-17)[3]
Blu-ray Disk çıxış
Region A28 avqust 2012 (2012-08-28)[1]
Region B17 oktyabr 2012 (2012-10-17)[4] (Avstraliya)
17 iyun 2013 (2013-06-17)[5] (BK)
Mövsüm xronologiyası
← Əvvəlki
-
Sonrakı →
II Mövsüm
Biri var idi, biri yox idi serialının seriyaları

Serialın birinci mövsümü tənqidçilərdən “əsasən müsbət” rəylər almışdır. “Metacritic” 26 tənqidçi rəyi əsasında birinci mövsümü 100 baldan 66 balla qiymətləndirir.[6]The Washington Post”dan Hank Styuver serialı “təxəyyül, ekşn və sevgi janrları ilə uğurla qarışdırılmış yüngül fantastika həvəskarları üçün qiymətli hədiyyə” adlandırır.[7] “Newsday”dən Verne Gey qeyd edir ki, “demək olar ki, teatral parlaqlıq nümayiş etdirən serial, şablon serial anlayışından uzaqlaşaraq izləyiciləri TV drama haqqında daha fərqli düşünməyə vadar edir.”[8]

Pilot seriyası 12.93 milyon nəfər (ABŞ izləyiciləri) tərəfindən izlənən serialın 18-49 yaşlı izləyicilər arasında reytinqi 4.0/10 olmuşdur.[9] Mövsümün sonuna yaxın bu göstəricilər 8.36 milyon izləyici, 18-49 yaşları arası 2.8/8 reytinqə qədər enmiş[10], lakin final seriyada bir qədər yüksələrək 9.66 milyon izləyici, 18-49 yaşları arası 3.3/10 reytinq göstəricisi olmuşdur.[11]

Məzmunu[redaktə | mənbəni redaktə et]

Xarici video
I mövsümün treyleri

Serialın məzmunu iki paralel dünyanın mövcudluğu prinsipinə əsaslanır. Onlardan biri bizim dünyamız, digəri isə nağıllar aləmidir. Nağıllar aləminin qəhrəmanları bir tilsim nəticəsində bizim dünyamıza düşüblər və iyirmi səkkiz il ərzində keçmişlərindən xəbərsiz, ABŞ-nin Men ştatındakı kiçik Storibruk şəhərində yaşayırlar. Bostonda yaşayan şəxsi detektiv Emma Svon (Cennifer Morrison) 28-ci doğum günündə arzu tutur və doğularkən övladlığa verdiyi övladı Henri Mills (Cared Gilmor) ilə qovuşur.

Henri böyük nağıllar kitabının təsiri altındadır və yaşadığı şəhərdə (Storibruk) hər kəsin nağıl qəhrəmanları olmasını zənn edir. Onun fikrincə analığı və şəhər meri olan Recina Mills (Lana Parrilla) Qəddar Kraliça, anası Emma Svon isə Ağbəniz (Cinnifer Qudvin) və Cazibadər Şahzadənin (Coş Dallas) qızıdır. Emma Henrinin bütün bu fikirlərini uşaq təfəkkürünün məhsulu hesab edir və inanmır, Henrini isə şəhərə, analığının yanına qaytarır. Lakin, Emmanın şəhərə gəlməsi ilə şəhər zalının qülləsində iyirmi səkkiz il işləməyən saat fəaliyyətə düşür.

Tezliklə bəlli olur ki, Rumpelştilskin (Robert Karlayl) Cazibədar Şahzadə və Ağbənizə Qəddar Kraliçanın tilsimindən xilas olmağın yeganə yolunun hələ doğulmamış uşaqlarına ümid olduğunu, 28 ildən sonra həmin uşağın son döyüşdə Qəddar Kraliçaya qalib gələrək bütün nağıl qəhrəmanlarını xilas edəcəyini deyir. Buna görə də onlar yeni doğulmuş körpəni sehrli ağacdan Cepetto və Pinokkionun hazırladığı şkafa qoyaraq bizim dünyaya göndərirlər. Bizim dünyada uşaq Emma Svon adı ilə müxtəlif ailələrdə böyüyür.

Emma Storibrukda qalır və Şerif Qrehem Humbertin (Ceymi Dornan) ölümündən sonra şəhərin şerifi olur. Recina əməllərini həyata keçirə bilmək üçün Storibrukun ən zəngin sakini olan Cənab Qoldla (Rumpelştilskin) işbirliyi edir, Henrinin müəlliməsi Meri Marqaret (əslində Ağbəniz) isə Devid Nolana (əslində Cazibədar Şahzadə) aşiq olur. Lakin Devid baqa bir qadınla – Ketrin Nolanla (nağıllar aləmində Şahzadə Abigeyl) evlidir. Bir müddət sonra Meri Marqaret və Devidin münasibətləri hər kəsə bəlli olur və Devidin Ketrindən ayrılması ilə nəticələnir.

Bir müddət sonra Emmadan sonra şəhərə ilk Qərib – yazıçı Avqust Bus gəlir. Daha sonra isə onun nağıllar aləmində Pinokkio olması bəlli olur. O Emmanı nağıllar aləminə inandırmağa çalışsa da alınmır. Recina zəhərli alma ilə Emmanı əbədi yuxuya qərq etmək qərarı verir. Lakin onun tilsiminin qurbanı oğulluğu Henri olur. Emmanın sevgi öpüşü Henrini yenidən həyata qaytarır və Qəddar Kraliçanın tilsimini qırır.

Obrazlar və aktyorlar[redaktə | mənbəni redaktə et]

Çəkiliş heyəti[redaktə | mənbəni redaktə et]

“Biri var idi, biri yox idi” serialı Edvard Kitsis və Adam Horovitz tərəfindən yaradılmışdır. Ceyn Espenson, Stiv Perlmen, Keti Gilroy, Deymon Lindelof və Brayan Vankum serialın prodüsserləri, Liz Tiqler isə icraçı prodüsser olmuşlar. Bəzi seriyalarda Pol Kurta, Çad Oks, Mayk Fraysli, Cordan Feyner və Keri Yanq da prodüsser kimi çalışmışlar. Birinci mövsümdə seriyaların ssenarisi Kitsis, Horovitz, Espenson, Liz Tiqler, Devid Qudmen, Endryu Çambliss, Yan Qoldberq, Deniel Tomsen tərəfindən yazılmışdır.

Seriyalar[redaktə | mənbəni redaktə et]

Serialda
No.
Mövsümdə
No.
Başlıq Rejissor Ssenari Orijinal efir vaxtı İstehsal kodu ABŞ izləyiciləri
(milyon)
11 Pilot Mark MilodEdvard Kitsis & Adam Horovitz23 oktyabr 2011 (2011-10-23)10112.93[9]
Emma Svonun həyatı adi insanların həyatından fərqlənmirdi. Lakin 28-ci doğum günü tutduğu bir arzu onun bütün həyatını dəyişir. Doğulduğu zaman övladlığa verdiyi oğlu on yaşlı uşaq kimi qapısını döyür. Uşaq bildirir ki, onlar hamısı başqa bir dünyadan gəliblər, Emmanın valideynləri Ağbəniz və Cazibədar Şahzadədir. Onlar Emmanı Qəddar Kraliçanın cadusundan xilas etmək üçün bu dünyaya göndəriblər. Baxmayaraq ki, Emma oğlunun sözlərinə inanmır, uşağı da götürərək Bostondan oğlunun yaşadığı Men ştatında yerləşən Storibruk şəhərinə gəlir. Bu şəhərdəki bütün sakinlər nağıl qəhrəmanlarıdırlar. Lakin Qəddar kraliçanın cadusu nəticəsində əslində kim olduqlarını unudublar və adi insanlar kimi yaşayırlar. Emmanın şəhərə gəlməsi ilə kraliçanın cadusu zəifləməyə başlayır və tərəflər bir-birindən xəbərsiz son döyüşə hazırlaşırlar. 
22 Ən çox sevdiyin şey Qreq BimenEdvard Kitsis & Adam Horovitz30 oktyabr 2011 (2011-10-30)10211.74[12]
Recina görür ki, Emmanın şəhərdə olması onun Henri ilə münasibətlərinə təhlükə yaradır, ona görə də bütün mümkün vasitələrdən istifadə edərək onun Storibruku tərk etməsinə nail olmağa çalışır. Bu arada Qəddar Kraliça yaşadığı nağıl dünyasını məhv edərək bütün nağıl qəhrəmanlarını bizim dövrümüzə gətirəcək cadunu həyata keçirməyə çalışır. Lakin bəlli olur ki, cadunun işləməsi üçün ən çox sevdiyi adamın ürəyindən istifadə etməlidi. Buna görə də Qəddar Kraliça yeganə yaxın adamı olan atasının ürəyini çıxarır. 
33 Ağbəniz aşiq olur Din VaytLiz Tiqler6 noyabr 2011 (2011-11-06)10311.45[13]
Emma Henrinin müəlliməsi Mari Marqaret Blanşerə deyir ki, koma vəziyyətində olan Con Doya kitab oxunması yaxşı olar. Mari Marqaret Henrinin “Biri var idi, biri yox idi” adlı nağıl kitabından oxumağa başlayır. Bu isə sonrakı hadisələrə təkan verir. Paralel olaraq Ağbəniz və Cazibədar Şahzadə oğurlanmış zinət əşyalarının qaytarılması üçün trollarla mübarizə aparmalı olurlar. Beləcə onların taleyi həmişəlik birləşir. 
44 Qızılın dəyəri David SolomonDavid H. Gudmen13 noyabr 2011 (2011-11-13)10411.36[14]
Sirrli Cənab Qold Emmanın yanına gələrək yeniyetmə Eşli Boydun onun çox dəyətli əşyasını oğurladığını, lakin qız hamilə olduğuna görə polisə getmək istəmədiyini deyərək Emmadan onu tapmağı xahiş edir. Paralel olaraq Zoluşka və Rumpelştilskin arasında təhlükəli razılaşma bağlanır və şahzadəyə ərə getməyə kömək etməsi qarşılığında Zoluşka doğulacaq ilk övladını Rumpelştilskinə verməyi vəd edir. Eşlinin uşağının doğulmasından sonra Emma Cənab Qoldla yeni müqavilə bağlayaraq uşağın Eşlidə qalmasına nail ola bilir. Şerif Qrahamın Recina ilə münasibətlərinin olması bəlli olur. 
55 Bu sakit səs Pol A. EdVardsCeyn Espenson27 noyabr 2011 (2011-11-27)10510.69[15]
Emma Şerifin köməkçisi kimi çalışmağa başlayır. Emma Henrinin psixoloqu Arçi Hupperin yanına gedərək onunla Henrinin psixi vəziyyətini müzakirə edir. Mari Marqaret Con Doya qarşı hisslərinin olmasından şübhələnir. Danışan Cırcıramanın həyatı və nədən insan olmaqdan imtina etməsi danışılır. 
66 Çoban Viktor NelliEndryu Çambliss & Yan B. Qoldberq4 dekabr 2011 (2011-12-04)1069.66[16]
Devid həyat yoldaşı Ketrin və sevdiyinə inandığı Mari Marqaretin arasında qalır, Emma Qrehemin Recinadan qorxmasını öyrənir. Cazibədar Şahzadə əjdahanı öldürərək Şahzadə Abigeyllə evlənməli olur. Lakin öldüyünə görə kral onu əkiz qardaşı ilə əvəz edir. Devid Ketrinlə olan münasibətlərini xatırlayır və onun yanına qayıdır. 
77 Tənha ovçunun qəlbi Devid BarrettEdvard Kitsis & Adam Horovitz11 dekabr 2011 (2011-12-11)1078.92[17]
Emma stolun üstündə çiçək buketi görüb bunun şerifdən hədiyyə olduğunu sanır. Lakin, Meri Marqaret həmin buketi Doktor Veylin ona hədiyyə etdiyini deyir. Şerif Qreham Emmanı öpür və keçmiş həyatını, nağıllar aləmində Ovçu olduğunu xatırlamağa başlayır. Paralel olaraq Qəddar Kraliça Ovçunu çağıraraq ona Ağbənizi öldürərək ürəyini çıxarmağı tapşırır. Lakin, Ovçu onun günahsız varlıq olduğunu başa düşür və kraliçanı aldadaraq ona maral ürəyi gətirir, Ağbənizə isə qaçmağa kömək edir. Aldadıldığını başa düşən kraliça Ovçunun ürəyini əsir götürür və onu özündən asılı hala salır. Paralel olaraq, yuxuda canavar görməyə başlayan Şerif Qrehem Cənab Qolda bu haqqda danışır, o isə, “yuxular başqa həyatımızda olan hadisələr haqqında xatirələrimizdir” deyir. Şerif yuxuda gördüyü Meri Marqaretin yanına gedərək ona Henrinin nağıl kitabında oxuduqlarının həqiqət ola biləcəyini və özlərinin nağıl qəhrəmanı olmalarını deyir. Ovçu olduğuna inanan Şerif ürəyini axtarmağa başlayır, lakin tapmır. Recina Emmanı şəhərə gəldiyindən bəri onun sevdiyi insanları əlindən almaqda günahlandırır. Onların arasında qısa münaqişə baş verir, daha sonra isə Emma və Qrehem Recinanı qəbirsanlıqda tək qoyaraq gedirlər. Atasının məzarına gələn Recina məzarı açır və əslində məzarın saxta olması, Recinanın bu məzardan gizli saxlanc kimi istifadə etməsi ortaya çıxır. Recina buradan Qrehemin (Ovçu) ürəyini çıxararq əlində sıxıb toz döndərir. Qrehem ürəktutmasından vəfat edir. 
88 Ayrılmış ruhlar Maykl VaxsmenCeyn Espenson8 yanvar 2012 (2012-01-08)10810.35[18]
Mer Recina vəfat etmiş Şerif Qrehemin yerinə Daily Mirror qəzetinin reportyoru və özünün yaxın adamı olan Sidni Qlası təyin etmək istəyir. Lakin Emma buna qarşı çıxaraq öz namizədliyini irəli sürür. Paralel olaraq Rumpelştilskinin oğlu Belfayrın başına gələnlər göstərilir. Kralın əmri ilə on dörd yaşına çatmış bütün yeniyetmələr müharibədə iştirak etmək üçün orduya alınır. Bu işə etiraz edənlər isə Qaranlıq Şəxs tərəfindən cəzalandırılır. Rumpelştilskinin oğlunun da on dörd yaşının tamamlanmasına az müddət qaldığından o, kralın köməkçilərinə övladının alınmaması üçün yalvarır. Lakin əvəzində Rumpelştilskini təhir edərək ayaqqabı öpməyə məcbur edirlər. Rumpelştilskin öyrənir ki, Qaranlıq Şəxs sehrli xəncərə tabedir. Xəncər isə kraldadır. Kim həmin xəncərlə Qaranlıq Şəxsi öldürsə onun gücünü əldə edəcək. Buna görə də Rumpelştilskin xəncəri əldə etməyə qərar verir. Daha sonra isə Qaranlıq Şəxsi öldürərək onun gücünü əldə edir. Beləcə oğlu Belfayrı xilas edir, müharibəyə son qoyur, lakin bütün ölkəni qorxu altında saxlayan qəddar cadugər Rumpelştilskinə çevrilir. Paralel olaraq, Cənab Qoldun köməkliyi ilə Emma Svon Storibrukun yeni şerifi seçilir. 
99 Əsl Şimal Din VaytDavid H. Gedmen & Liz Tiqler15 yanvar 2012 (2012-01-15)1099.83[19]
Marketdən oğurluq edən əkizlər haqqında öyrənən Emma onlara kömək etmək qərarına gəlir. Recinanın uşaqları Bostona göndərməsindən əvvəl Nikolas və Ava Zimmer adlı körpələrin atalarını tapır. Paralel olaraq Qəddar Kraliça Henzel və Qretel adlı iki uşaqdan Kor Cadugərin evinə girərək orada olan baqlamanı oğurlamağı tələb edir, əvəzində isə onları itirdikləri atalarına qovuşduracağına söz verir. Uşaqlar bağlamanı kraliçaya gətirdikdən sonra o, uşaqlara onunla birlikdə sarayda yaşamağı təklif etsələr də uşaqlar atalarının yanına qaytımağı üstün tuturlar. Buna görə də kraliça onları əbədi ayırır. 
1010 7:15 A.M. Ralf HemekerHekayə: Edvard Kitsis & Adam Horovitz
Ssenari: Deniel T. Tomsen
22 yanvar 2012 (2012-01-22)1109.33[20]

Meri Marqaret qadağan olunmuş sevgisi Devidlə görüşməyə (hər güm 7:15-də Nənənin kafesinə getməklə) davam edir. Paralel olaraq, Cazibədar Şahzadə və Kral Midasın qızı Şahzadə Abigeylin toyuna iki gün qalması xəbəri Ağbənizə çatır. O, sevgisini xilas etmək üçün kralın sarayına gəlsə də, Cazibədar Şahzadə ilə görüşməmiş kral onu həbs edərək zindana atır. Zindanda Ağbəniz həbsdə olan cırtdan Deyingənlə tanış olur. Cırtdanların köməyi ilə Ağbəniz həbsdən qaça bilsə də yenidən kral tərəfindən ələ keçirilir, köməyə gələn səkkiz cırtdandan biri isə öldürülür, beləcə cırtdanların sayı yeddi olur. Kral Ağbənizə deyir ki, əgər gedib Cazibədar Şahzadə ilə danışıb onu sevdiyini deməsə şahzadəni öldürəcək. Ağbəniz kralın tələbini yerinə yetirməli olur. Cazibədar Şahzadə Ağbənizin axtarışına çıxsa da yolda Qırmızı papaqla qarşılaşır, o, şahzadəyə Ağbənizin onun arxasınca saraya getdiyini və hələ də qayıtmadığını deyir. Toy günü Deyingən cırtdan Ağbənizin yanına gəlib Cazibədar Şahzadənin saraydan qaçdığını və toyun baş tutmadığını desə də bəlli olur ki, sevgi hissindən əziyyət çəkən Ağbəniz Rumpelştilskindən aldığı sevgini məhv edən iksiri içib.

Paralel olaraq, Meri Marqaret tələyə düşərək Storibrukda dəstəsindən ayrılmış köçəri (nağıllar aləmində Cazibədar Şahzadədən Ağbənizə məktub gətirən göyərçin) göyərçini xilas etməyə çalışır. Çünki bilir ki, əgər cütünü itirsə həmin göyərçin ömrünün axırına kimi tənha qalacaq. Göyərçini xilas etməyə çalışdıqda tufana düşən Meri Marqaret qayalıqdan yıxılır, bu zaman Devid Nolan (Con do/Ceyms/Cazibədar Şahzadə) onu xilas edir. Meri Marqaret Devidə arvadı Ketrinin hamilə olduğunu deyir. Növbəti gün Devid Ketrinlə danışır və hamilə olmadığını öyrənir. Ketrin münasibətlərində soyuqluğun olduğunu və hər şeyə yenidən başlamaq istədiyini deyir. Növbəti gün Meri Marqaretlə qarşılaşmamaq üçün Devid Nənənin kafesinə yarım saat gec getsə də onlar yenə qarşılaşırlar və öpüşürlər. Recina onların öpüşməsini görür. 
1111 Zəhərli ağacın meyvəsi Brayan SpayserYan Qoldberq & Endryu Çamblis29 yanvar 2012 (2012-01-29)11110.91[21]
Recinanın rüşvət işlərinin olmasını sübut etmək üçün Emma Sidni ilə işbirliyi edir. Meri Marqaret isə Devidlə olan sevgilərini yaşamaq üçün şərait axtarır. Paralel olaraq Sehrli Güzgünün tarixçəsi nəql edilir. Qəddar Kraliça Ağbənizin atası Kral Leopoldla evli olsa da xoşbəxt deyil. Kral gəzinti zamanı sehrli çıraq tapır və cin onun üç arzusunu reallaşdıra biləcəyini deyir. Kral bütün arzularının reallaşdığını bildirir və cini azad edərək özü ilə saraya gətirir. Qəddar Kraliça cini öünə aşiq edir və onun kralı ilanla zəhərləyib öldürməsini təşkil edir. Daha sonra isə həmişə sevgilisi ilə birlikdə olmağı arzulayan cini güzgünün içinə salır. Beləcə cin istədiyi vaxt onu görə bilir, lakin kraliçanın əsiri olur. Seriyanın sonunda Sidninin Recina üçün işlədiyi məlum olur. 
1212 Dərin dəri Milan ÇeylovCeyn Espenson12 fevral 2012 (2012-02-12)1128.65[22]
Kimsə Cənab Qoldun dəbdəbəli evindən oğurluq edir, Meri Marqaret isə qızlar üçün Valentin günü münasibətiylə bayram təşkil edir. Paralel olaraq ailəsini qorumaq istəyən Bell Rumpelştilskinlə müqavilə bağlayaraq onun qəsrinə köçməli olur. Lakin, qbir müddət sonra onların arasında sevgi yaranır. Rumpelştilskin Bellin sevgisindən əmin olmaq üçün onu şəhərə göndərir və qayıdıb-qayıtmayacağını yoxlayır. Yolda Bell Qəddar Kraliça ilə qarşılaşır və kraliça ona əsl sevgi öpüşünün Rumpelştilskini cadudan xilas edəcəyini deyir. Qəsrə qayıdan Bell Rumpelştilskini öpür və bu zaman cadu zəifləməyə başlayır. Bunun onu zəiflətmək istəyən Qəddaar Kraliçanın tələsi olduğunu başa düşən Rumpelştilskin qəzəblənir və Belli azad edir. Paralel olaraaq, Meri Marqaret Valentin Bayramı görüşündən çıxarkən Devidlə rastlaşır və o səhvən Ketrin üçün yazdığı açıqcanı Meri Marqaretə verir. Cənab Qold onun evindən Bellin xatirəsini yaşadan fincanı oğurlamış adamı tapmağa çalışır. Recina fincanla onun yanına gələrək onun əslində kim olduğuna əmin olur. 
1313 Frederikə nə oldu Din VaytDavid H. Qudmen19 fevral 2012 (2012-02-19)1139.84[23]
Meri Marqaret Deviddən tələb edir ki, onların münasibətləri haqqında Ketrinə məlumat versin, Emma isə şəhərə gəlmiş Qəribin kimliyi ilə maraqlanır. Paralel olaraq, Cazibədar Şahzadə Ağbənizi axtardığı zaman kralın mühafizəçiləri tərəfindən yaxalanır, lakin Şahzadə Abigeyl və onun mühafizəçiləri Cazibədar Şahzadənin qaçmasına kömək edir. Daha sonra Abigeyl başına gələn hadisələr haqqında Cazibədar Şahzadəyə danışır. Abigeyl atası Kral Midasın keşikçilərindən birini sevir. Krala hücumlardan birinin qarşısını alan zaman keşikçi tilsimə tuş gələrək qızıl fiqura dönür. Abigeyl Cazibədar Şahzadəni meşənin dərinliklərinə apararaq sevgilisinin qızıl heykəlini göstərir və yeganə xilas yolunun sehrli gölün suyu olmasını bildirir. Lakin suyu əldə etmək mümkün deyil, çünki göl qorxunc bədheybət tərəfindən qorunur. Cazibədar Şahzadə sehrli göldən su gətirməyə və Abigeylin sevgilisini xilas etməyə söz verir. Göldə şahzadə sirena ilə qarşılaşır və ona qalib gələrək gölün suyundan götürə bilir. Beləcə Abigeylin sevgilisi həyata qayıdır. Paralel olaraq, Devid Ketrinlə danışaraq ayrılmaq istədiyini deyir, Ketrin isə oxumaq üçün Bostona gedəcəyini bildirir. Lakin Devid Meri Marqaretlə olan əlaqələrindən Ketrinə bəhs etmir. Ketrin Storibruku tərk etmək istəyərkən avtomobil qəzasına düşür. Recina Ketrinin Devidə yazdığı məktubu yandırır. 
1414 Xəyalpərəst Devid SolomonEdvard Kitsis & Adam Horovitz4 mart 2012 (2012-03-04)11410.67[24]
Meri Marqaretin ənənəvi Şaxtaçılar günü bayramını təşkil etmək cəhdi uğursuzluqla nəticələnir. Belə ki, ailə dağıtdığına görə şəhər əhli onu tənqid etməyə başlayır. Paralel olaraq Cırtdan Xəyalpərəst və pəri Novanın qadağan olunmuş sevgisindən və Xəyalpərəstin necə Deyingənə çevrilməsindən danışılır. 
1515 Qırmızı papaq Ron AndervudCeyn Espenson11 mart 2012 (2012-03-11)1159.29[25]
Ketrinin yoxa çıxması ilə bağlı cinayətin tədqiq edilməsi üçün Emma Rubini özünə köməkçi götürür. Trollar körpüsü yaxınlığında Rubi yerə basdırılmış mücrüdə insan ürəyi aşkarlayır. DNK analizi ürəyin Ketrinə aid olduğunu göstərir. Mücrünün üzərində isə Meri Marqaretin əl izi olur. Bbuna görə də əsas şübhəli kimi onu həbsə salırlar. Paralel olaraq, meşədə nənəsi ilə yaşayan Qırmızı papaq Piter adlı gənci sevir. Lakin nənəsi onun həmin gənclə görüşməsinə qarşı çıxır. Kənd əhli isə Qorxunc böyük canavarın hücumlarından təngə gəlib. Qırmızı papaq yumurta götürmək üçün toyuqların hininə getdiyi zaman qaçqın həyatı yaşayan Ağbənizin iki yumurta oğurladığını görür. Onlar beləcə tanış olurlar, Qırmızı papaq Ağbənizi evlərinə dəvət edir. Quyudan su gətirmək üçün getdiklərində canavarın ona qarşı çıxan bütün kişiləri öldürdüyünü görürlər. Qırmızı papaq və Ağbəniz gündüz vaxtı canavarı taparaq məhv etmək qərarına gəlirlər. Onun izi ilə gedərkən canavarın ayaq izlərinin müşənin dərinliklərində insan ayağı izlərinə döndüyünü və həmin izlərin fırlanaraq Qırmızı papağın evinə gəldiyini öyrənirlər. Beləcə kəndə hücum edənin adi canavar yox canavar adam olması ortaya çıxır. Qırmızı papaq dünən həmin yerdə sevgilis Piter ilə görüşdüyündən qızlar canavar adamın məhz o olmasını düşünürlər. Piter ilə danışan Qırmızı papaq onu canavar adam olduğuna inandırır və zəncirlə ağaca bağlayır. Axşam nəvəsinin evdə olmasını yoxlayan nənə Qırmızı papağın qaçmasını öyrənir, Ağbəniz hər şeyi olduğu kimi nənəyə danışmalı olur. Nənə faciənin qarşısını almaq üçün meşəyə qaçır. Əslində canavar adamın Qırmızı papaq olduğunu, sehrli qırmızı əbanın isə onun çevrilməsinin qarşısını aldığını deyir. Ağbəniz və nənə meşəyə çatdıqda artıq gec olur, canavara çevrilmiş Qırmızı papaq sevgilisi Piteri öldürmüşdü. Şerif köməkçisi işləməyin çətin olduğunu anlayan Rubi isə nənəsinin yanına geri dönür. 
1616 Qaranlığın ürəyi Din VaytEndryu Çambliss & Yan Qoldberq18 mart 2012 (2012-03-18)1168.69[26]
Emma Ketrin Nolanın ölümünə görə Meri Marqareti hakim qarşısına çıxarmağa məcbur olur. Bu zaman Cənab Qold öz köməyini təklif edərək vəkil ola biləcəyini bildirir. Paralel olaraq, Cazibədar Şahzadə Ağbənizi Qəddar Kraliçanı öldürmək fikrindən daşındırmağa çalışır. Doktor Hupperin yanında olarkən Devid keçmişi ilə bağlı bəzi səhnələri xatırlayır, Ağbənizə “öldürmə onu” deməsi gözünün önünə gəlir. Lakin o, Meri Marqaretin Ketrini öldürmək istədiyini düşünür. Bu arada şəhərə gəlmiş Qərib – Avqust Henri ilə dostlaşır və Henri öyrənir ki, Avqust şəhərə Emmanı inandırmaq üçün gəlib. 
1717 Papaq ilə tryuk Ralf HemekerVladimir Svetko & David H. Qudmen25 mart 2012 (2012-03-25)1178.82[27]
Meri Marqaret saxlandığı kameranın açarını tapır və qaçır. Onu axtarmağa gedən Emma isə papaqçı tərəfindən qaçırılır. Paralel olaraq, Çılğın Papaqçının yanına gələn Qəddar Kraliça onu papaqdan açılan portal vasitəsiylə Möcüzələr ölkəsinə ötürməyi xahiş edir, əvəzində isə qızını təmin edəcəyini vəd edir. Möcüzələr ölkəsinə keçərkən papaqçı portaldan neçə nəfər keçsə, o qədər də adamın geri qayıda biləcəyini bildirir. Qəddar Kraliça Möcüzələr ölkəsində atasını azad edərək özü ilə portaldan keçirir, papaqçını isə tərk edərək qızı ilə ayrı düşməsinə səbəb olur. Möcüzələr ölkəsində Ürəklər kraliçası tərəfindən ələ keçirilən papaqçı sehrli papaq alınana kimi yüzlərlə yeni papaq tikməyə məcbur edilir. 
1818 Mehtər Din VaytEdvard Kitsis & Adam Horovitz1 aprel 2012 (2012-04-01)1188.36[10]
Meri Marqaret Ketrinin ölümünə görə hakim Attorni Albert tərəfindən sorğuya çəkilir. Emma Meri Marqaretin günahsızlığını sübut edəcək fakt axtarır. Paralel olaraq Qəddar Kraliçanın nəyə görə Ağbənizə nifrət etməsi danışılır. Gəncliyində sonradan Qəddar Kraliça olacaq Recina onların evində çalışan mehtəri sevir. Onlar evlənmək istəsələr də anası Recinanın kral ilə evlənməsini istəyir. Axırda gizlin görüş zamanı Ağbəniz Recinanın Mehtərlə öpüşməsini görür və heç kimə deməyəcəyini deyir. Lakin Qəddar cadugər olan Recinanın anası azyaşlı Ağbənizi aldadaraq Recinanın sirrini öyrənir və ehtərin ürəyini çıxararaq Recinanın gözləri qarşısında onu öldürür. Bundan sonra Recina Ağbənizin atası Kral Leopoldla evlənir. 
1919 Qayıdış Pol EdvardsCeyn Espenson22 aprel 2012 (2012-04-22)1199.08[28]
Cənab Qold Avqustun vaxtilə itirdiyi oğlu Belfayr olduğunu düşünür. Ölmüş hesab edilən Ketrin qəfildən peyda olur. Recina Sidnini Ketrini qaçırdığını etiraf etməyə məcbur edir. Paralel olaraq, Rumpelştilskin güclü sehrbaza çevrildikdən sonra oğlu ilə münasibətləri pozulur. Onun oğlu Belfayr atasını əvvəlki kimi görmək istədiyini bildirir. Rumpelştilskin çarə tapılacağı halda tilsimin gücündən imtina edəcəyinə söz verir. Belfayr kömək üçün Mavi pəriyə müraciət edir. O, tilsimin olmadığı dünyaya gedəcəkləri halda Rumpelştilskinin əvvəlki halına qayıdacağını deyir. Başqa dünyaya keçmək üçün isə ona sonuncu sehrli lobya tumunu verir. Belfayr atası ilə nağıllar aləmini tərk etmək üçün portalı açsa da Rumpelştilskin gücünü itirməmək üçün getməkdən imtina edir və beləcə oğlunu itirir. 
2020 Qərib Qvinet Horder-PeytonYan Qoldberq & Endryu Çambliss29 aprel 2012 (2012-04-29)1209.20[29]
Avqust çalşır ki, Emmanı nağıllar kitabında yazılanlara inandırsın, Recina isə Devidi yoldan çıxarmağa çalışır. Paralel olaraq, Cepetto və Pinokkio dənizdə tufana düşürlər. Pinokkio atasını xilas etmək üçün xilas balonunu ona verir. Tufandan sonra Mavi pəri Pinokkionu əsl insana çevirir və ədalətli və sözünün üstündə duran şəxs olsa həmişə insan olaraq qalacağını bildirir. Bir müddət sonra Qəddar Kraliçanın Ağbəniz və Cazibədar Şahzadəyə hücumu gözləndiyi ərəfədə Mavi pəri Cepettoya müraciət edərək sonuncu sehrli ağacdan onları qoruyacaq şkaf düzəltməyi xahiş edir. Cepetto isə bunun qarşılığında şkafda gizlənəcək iki nəfərdən birinin Pinokkio olmasını tələb edir. Lakin Ağbəniz vaxtından əvvəl uşağı dünyaya gətirdiyindən Pinokkio və Ağbənizin övladı (Emma Svon) bizim dövrümüzə gəlib çıxır. Qalan bütün nağıl qəhrəmanları isə əsl kimliklərini unudurlar. 
2121 Qan kimi qırmızı alma Milan ÇeylovCeyn Espenson & David H. Qudmen6 may 2012 (2012-05-06)1218.95[30]
Recina ənənəvi üsulundan istifadə edərək Emmanı alma ilə zəhərləməyə çalışır. Lakin onun hazırladığı alma piqrunu Henri yeyir və əbədi yuxuya gedir. Henrini xilas etmək üçün Emma Rumpelştilskinin vaxtilə Əjdahanın qəlsəməsində gizlətdiyi sevgi iksirini götürməli olur. Lakin Rumpelştilskin onları aldadaraq iksiri vermir. Emmanın vida öpüşü Henrini əbədi yuxudan oyadır və Qəddar Kraliçanın tilsiminin sınmasına səbəb olur. 
2222 Sehrsiz torpaq Din VaytEdvard Kitsis & Adam Horovitz13 may 2012 (2012-05-13)1229.66[11]
Bütün nağılların gerçək olduğuna inanan Emma Henrinin həyatını qorumaq üçün Recina ilə işbirliyinə məcbur olur. Verdiyi sözü tutmayan Pinokkio yenidən ağac oyuncaöa çevrilir. Ağbəniz və Cazibədar Şahzadə bizim dövrümüzdə qovuşurlar. 

ABŞ live reytinqləri[redaktə | mənbəni redaktə et]

No. Başlıq Orijinal efir vaxtı Reytinq/yayılma
(18–49)
Ümumi izləyicilər
(milyon)
Həftəlik izləyici
göstəricisi
Live + 7 gün (DVR) reytinqi
18-49 reytinq göstəricisi İzləyici miqdarı (milyon) Ümumi 18-49 Ümumi izləyicilər (milyon)
1 "Pilot" 23 oktyabr 2011 (2011-10-23) 4.0 12.93 #13[9] 1.2 2.54 5.2 15.48[31]
2 "Ən çox sevdiyin şey" 30 oktyabr 2011 (2011-10-30) 3.9 11.74 #18[12] 1.1 2.36 5.0 14.10[32]
3 "Ağbəniz aşiq olur" 6 noyabr 2011 (2011-11-06) 3.8 11.45 #24[13] 1.0 2.62 4.8 14.07[33]
4 "Qızılın dəyəri" 13 noyabr 2011 (2011-11-13) 3.8 11.36 #18[14] 1.1 2.54 4.9 13.90[34]
5 "Bu sakit səs" 27 noyabr 2011 (2011-11-27) 3.4 10.69 #14[15] 1.1 2.56 4.5 13.24[35]
6 "Çoban" 4 dekabr 2011 (2011-12-04) 3.2 9.66 #21[16] 1.0 2.43 4.2 12.08[36]
7 "Tənha ovçunun qəlbi" 11 dekabr 2011 (2011-12-11) 2.9 8.91 #25[17] 1.2 2.72 4.1 11.64[37]
8 "Ayrılmış ruhlar" 8 yanvar 2012 (2012-01-08) 3.7 10.35 #18[18] 1.3 2.86 5.0 13.21[38]
9 "Əsl Şimal" 15 yanvar 2012 (2012-01-15) 3.3 9.83 #18[19] 1.4 2.99 4.7 12.82[39]
10 "7:15 A.M." 22 yanvar 2012 (2012-01-22) 3.2 9.33 #24[20] 1.3 2.99 4.5 12.32[40]
11 "Zəhərli ağacın meyvəsi" 29 yanvar 2012 (2012-01-29) 3.5 10.91 #14[21] 1.2 2.56 4.7 13.47[41]
12 "Dərin dəri" 12 fevral 2012 (2012-02-12) 3.0 8.65 #20[22] 1.3 2.99 4.3 11.64[42]
13 "Frederikə nə oldu" 19 fevral 2012 (2012-02-19) 3.1 9.84 #23[23] 1.1 2.61 4.2 12:45[43]
14 "Xəyalpərəst" 4 mart 2012 (2012-03-04) 3.4 10.67 #16[24] 1.2 2.55 4.6 13.21[44]
15 "Qırmızı papaq" 11 mart 2012 (2012-03-11) 2.9 9.29 #18[25] 1.1 2.63 4.0 11.92[45]
16 "Qaranlığın ürəyi" 18 mart 2012 (2012-03-18) 2.9 8.69 #18[26] 1.1 2.27 4.0 10.96[46]
17 "Papaq ilə tryuk" 25 mart 2012 (2012-03-25) 2.9 8.82 #14[27] 1.1 2.38 4.0 11.20[47]
18 "Mehtər" 1 aprel 2012 (2012-04-01) 2.8 8.36 #25[10] 1.0 2.31 3.8 10.67[48]
19 "Qayıdış" 22 aprel 2012 (2012-04-22) 3.0 9.08 #18[28] 1.0 2.51 4.0 11.59[49]
20 "Qərib" 29 aprel 2012 (2012-04-29) 3.0 9.20 #17[29] 0.9 2.10 3.9 11.29[50]
21 "Qan kimi qırmızı alma" 6 may 2012 (2012-05-06) 3.0 8.94 N/A 1.1 2.47 4.1 11.42[51]
22 "Sehrsiz torpaq" 13 may 2012 (2012-05-13) 3.3 9.66 #24[11] 1.0 2.20 4.3 11.86[52]

Qəbulu[redaktə | mənbəni redaktə et]

Bəzi müəlliflər serialda nağılların feminizm mövqeyindən təqdim edilməsindən məmnun olduqlarını bildirmişlər. “Bitch” jurnalından Avital Norman Natman qeyd edir ki, hekayələrin içinə “feminist hissiyyatlığı”nın əlavə edilməsi xoşagələndir.[53]Feministing”dən Cene Lesli isə yazır ki, Emma obrazı vasitəsiylə “qadının öz taleyinin hakimi olması, öz həyatı və övladı haqqında azad qərar verə bilməsi”nin göstərilməsini bəyənib..[54] “Ms.” Jurnalından Natali Vilson əsas qadın obrazların güclü olmasını qiymətləndirir.[55]

Film musiqisi[redaktə | mənbəni redaktə et]

Extended play[redaktə | mənbəni redaktə et]

Once Upon a Time (Music from the TV Series)
Növü EP/Film musiqisi
Yayımlanma tarixi 14 fevral 2012 (2012-02-14)[56]
Leybl ABC Studios

Bütün mahnılar Mark İşam tərəfindən yazılmış və bəstələnmişdir. 

Başlıq Müddət
1. The Queen's Curse 2:47
2. Once Upon a Time Orchestral Suite 3:49
3. Belle's Story 2:39
4. Things are Changing in Storybrooke 1:53

Albom[redaktə | mənbəni redaktə et]

Once Upon a Time: Original Television Soundtrack
Növü film musiqisi
Yayımlanma tarixi 1 may 2012 (2012-05-01)[57]
Müddət 62:54
Leybl Intrada Records

Kolleksiyaçılar üçün albom beş fərqli üz qabığı ilə çıxarılmışdır.

Bütün mahnılar Mark İşama məxsusdur tərəfindən yazılmış və bəstələnmişdir. 

Başlıq Müddət
1. Once Upon a Time Orchestral Suite 4:13
2. Henry's Proposal 1:17
3. The Queen's Curse 2:46
4. Jiminy Cricket 3:11
5. Dealing with Rumplestiltskin 3:26
6. Belle's Story 2:37
7. Dwarves 2:45
8. The Huntsman 4:31
9. Things are Changing in Storybrooke 1:47
10. Cinderella 1:44
11. Wedding Dance 1:21
12. Advising Ashley 2:26
13. If the Shoe Fits 1:35
14. Unhappy Endings 3:46
15. Emma and Henry 1:43
16. The Siren 5:07
17. The Man with the Wooden Box 1:11
18. Hope Will Return 1:48
19. Rumplestiltskin in Love 2:19
20. The Genie's Wishes 1:58
21. The Road to True Love 2:50
22. The Family Compass 2:00
23. Burn the Witch 2:34
24. What the Queen Loves Most 2:30
25. The Clock Moves 1:12

Romanlaşdırma[redaktə | mənbəni redaktə et]

“Biri var idi, biri yox idi” fentezi romanı Disneyə məxsus “Hyperion” nəşriyyatı tərəfindən nəşr edilmişdir. “Oyanış” adlandırılan və birinci mövsümdəki hadisələri əhatə edən roman serial fanatlarına “hadisələrə və obrazlara tamamilə yeni baxış” vəd edir. Hadisələr Storibrukda Emma Svonun, Sehrli Meşədə isə Ağbənizin dilindən nəql edilir. Odetta Beyn tərəfindən yazılmış roman 27 aprel 2013-cü ildə eksklüziv nəşr formatında, 7 may 2013-cü ildə isə yumşaq üzlüklə nəşr edilmişdir.[58]

Ev üçün buraxılış[redaktə | mənbəni redaktə et]

DVD
Ad Dəstə daxildir DVD çıxarılma tarixi Xüsusi əlavələr
Region 1 Region 2 Region 4
Once Upon a Time: Chapter 1 – The First Five Episodes
  • Disk: 1
  • Seriya: 5
14 fevral 2012 (2012-02-14)[59] N/A N/A
  • Audio şərh
    • Edvard Kitsis və Adam Horovitz tərəfindən "Pilot" seriyasına
Once Upon a Time – The Complete First Season
  • Disk: 5 / 6 (R2/4)
  • Seriya: 22
28 avqust 2012 (2012-08-28)[1] 12 noyabr 2012 (2012-11-12)[2] 17 oktyabr 2012 (2012-10-17)[3]
  • Fairy Tales in the Modern World
  • Building Character
  • Welcome to Storybrooke
  • The Story I Remember...Snow White
  • Fairest Bloopers of Them All
  • Audio şərhlər
    • "Pilot"
    • "7:15 A.M."
    • "Dərin dəri"
    • "Mehtər"
    • "Sehrsiz torpaq"
  • Kəsilmiş səhnələr
Blu-ray
Ad Dəstə daxildir Blu-ray Disk çıxarılma tarixi Xüsusi əlavələr
Region A Region B
Once Upon a Time – The Complete First Season
  • Disk: 5 / 6 (Avstraliya)
  • Seriya: 22
28 avqust 2012 (2012-08-28)[1] 17 oktyabr 2012 (2012-10-17)[4] (Avstraliya)
17 iyun 2013 (2013-06-17)[5] (BK)
  • Once Upon a Time: Origins
  • Fairy Tales in the Modern World
  • Building Character
  • Welcome to Storybrooke
  • The Story I Remember...Snow White
  • Fairest Bloopers of Them All
  • Audio şərhlər
    • "Pilot"
    • "7:15 A.M."
    • "Dərin dəri"
    • "Mehtər"
    • "Sehrsiz torpaq"
  • Kəsilmiş səhnələr

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 {{Cite web|url=http://www.tvshowsondvd.com/news/Time-Season-1/16905%7Ctitle=Once Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Upon a Time - Magical Blu-rays and DVDs are Announced for  '​The Complete 1st Season '​|work=TV Shows on DVD|last=Lambert|first=David|date=May 4, 2012|accessdate=23 mart 2015
  2. 1 2 "Once Upon A Time – Season 1 [DVD]". Amazon.co.uk. 2017-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  3. 1 2 "Once Upon a Time: The Complete 1st Season (DVD)". Ezy DVD. 2016-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  4. 1 2 "Once Upon a Time: The Complete 1st Season". Ezy DVD. 2017-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  5. 1 2 "Once Upon A Time – Season 1 [Blu-ray] [Region Free]". Amazon.co.uk. 2016-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  6. "Once Upon a Time – Season 1 Reviews, Ratings, Credits and More". Metacritic. October 2011. 27 October 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2015.
  7. Stuever, Hank. "2011 TV season: Few smooth takeoffs, many bumpy arrivals". The Washington Post. 24 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2015.
  8. Gay, Verne. "Review: 'Once Upon a Time,' a 'Lost' fairy tale". Newsday. October 20, 2012. 20 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2015.
  9. 1 2 3 Seidman, Robert. "TV Ratings Broadcast Top 25: 'Sunday Night Football' Beaten By 'Modern Family' & 'Two and a Half Men' In Week #5 Among Adults 18-49". TV by the Numbers. October 25, 2011. October 28, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  10. 1 2 3 Bibel, Sara. "TV Ratings Broadcast Top 25: 'American Idol', 'NCIS' Top Week 27 Ratings". TV by the Numbers. April 3, 2012. April 6, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  11. 1 2 3 Bibel, Sara. "TV Ratings Broadcast Top 25: 'American Idol' & 'NCIS' Top Week 34 Viewing". TV by the Numbers. May 15, 2012. May 18, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  12. 1 2 Seidman, Robert. "TV Ratings Broadcast Top 25: 'Sunday Night Football' & 'World Series' Top Week #6 Among Adults 18-49". TV by the Numbers. November 1, 2011. November 3, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  13. 1 2 Seidman, Robert. "TV Ratings Broadcast Top 25: Ravens-Steelers, LSU-Alabama, 'Modern Family' Top Week #7 Among Adults 18-49". TV by the Numbers. November 8, 2011. November 11, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  14. 1 2 Gorman, Bill. "TV Ratings Broadcast Top 25: 'Sunday Night Football,' 'Big Bang Theory' Top Week #8 Among Adults 18-49". TV by the Numbers. November 15, 2011. November 18, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  15. 1 2 Seidman, Robert. "TV Ratings Broadcast Top 25: 'Sunday Night Football,' 'Two and a Half Men' Top Week 10". TV by the Numbers. November 30, 2011. December 2, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  16. 1 2 Gorman, Bill. "TV Ratings Broadcast Top 25: 'Sunday Night Football,' 'Victoria's Secret Fashion Show' Top Week 11 Among Adults 18-49". TV by the Numbers. December 6, 2011. January 7, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  17. 1 2 Seidman, Robert. "TV Ratings Broadcast Top 25: 'Sunday Night Football,' 'Modern Family,' 'Two and a Half Men' Top Week 12". TV by the Numbers. December 13, 2011. January 7, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  18. 1 2 Seidman, Robert. "TV Ratings Broadcast Top 25: Lions-Saints Wildcard, 'Modern Family,' 'NCIS' Top Week 16". TV by the Numbers. January 10, 2012. January 13, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  19. 1 2 Gorman, Bill. "TV Ratings Broadcast Top 25: Broncos/Patriots, 'Simpsons,' 'NCIS' Top Week 17". TV by the Numbers. January 18, 2012. January 21, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  20. 1 2 Seidman, Robert. "TV Ratings Broadcast Top 25: Giants-49ers, 'American Idol,' 'Big Bang Theory' Top Week 18". TV by the Numbers. January 24, 2012. January 26, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  21. 1 2 Gorman, Bill. "TV Ratings Broadcast Top 25: 'American Idol,' 'Big Bang Theory' Top Week 19". TV by the Numbers. January 31, 2012. February 2, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  22. 1 2 Gorman, Bill. "TV Ratings Broadcast Top 25:'Grammy Amards,' 'The Voice,' 'The Big Bang Theory' Top Week 21". TV by the Numbers. February 14, 2012. February 16, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  23. 1 2 Seidman, Robert. "TV Ratings Broadcast Top 25: 'American Idol,' 'The Voice,' 'The Big Bang Theory' and 'NCIS' Top Week 22". TV by the Numbers. February 22, 2012. February 25, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  24. 1 2 Seidman, Robert. "TV Ratings Broadcast Top 25: 'The Voice,' 'American Idol,' 'Modern Family,' NCIS Top Week 24". TV by the Numbers. March 6, 2012. March 8, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  25. 1 2 Kondolojy, Amanda. "TV Ratings Broadcast Top 25: 'The Voice,' 'American Idol,' 'Big Bang Theory' Top Week 25 Ratings". TV by the Numbers. March 13, 2012. March 13, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  26. 1 2 Bibel, Sara. "TV Ratings Broadcast Top 25: 'American Idol,' 'The Voice,' 'Modern Family' Top Week 26 Ratings". TV by the Numbers. March 20, 2012. March 22, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  27. 1 2 Kondolojy, Amanda. "TV Ratings Broadcast Top 25: NCAA, 'American Idol,' 'The Voice,' 'Big Bang Theory' and 'NCIS Top Week 28 Viewing". TV by the Numbers. March 27, 2012. March 30, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  28. 1 2 Kondolojy, Amanda. "TV Ratings Broadcast Top 25: 'American Idol', 'Modern Family' Top Week 31 Viewing". TV by the Numbers. April 24, 2012. April 27, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  29. 1 2 Bibel, Sara. "TV Ratings Broadcast Top 25: 'American Idol', 'Big Bang Theory' Top Week 32 Viewing". TV by the Numbers. May 1, 2012. May 7, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  30. Kondolojy, Amanda. "Sunday Final Ratings: 'Simpsons', 'Amazing Race' Finale, 'Harry's Law' Adjusted Up; 'Desperate Housewives', 'NYC 22' Adjusted Down". TV by the Numbers. May 8, 2012. February 3, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  31. "Live+7 DVR Ratings: 'Modern Family' Tops Absolute Gains, 'Private Practice' Tops % Gains In Week 5". TV by the Numbers. November 7, 2011. November 9, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  32. "Live+7 DVR Ratings: 'Grey's Anatomy,' 'Big Bang Theory' Top Absolute Gains, 'Supernatural' Tops % Gains In Week 6". TV by the Numbers. November 14, 2011. November 17, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  33. "Live+7 DVR Ratings: 'Modern Family' Tops Absolute Gains, 'House' Tops % Gains In Week 7". TV by the Numbers. November 21, 2011. November 23, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  34. "Live+7 DVR Ratings: 'Two and a Half Men,' 'House,' 'Hawaii Five-0' Top Absolute Gains, 'Fringe' Tops % Gains In Week 8". TV by the Numbers. November 29, 2011. December 2, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  35. "Live+7 DVR Ratings: 'Two and a Half Men,' 'House,' 'Hawaii Five-0' Top Absolute Gains, '90210' Tops % Gains In Week 10". TV by the Numbers. December 12, 2011. January 7, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  36. "Live+7 DVR Ratings: 'New Girl' Tops Absolute Gains, 'Ringer' Tops % Gains In Week 11". TV by the Numbers. December 19, 2011. December 25, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  37. "Live+7 DVR Ratings: 'Modern Family' Tops Absolute Gains, 'Grimm' Tops Percentage Gains In Week 12". TV by the Numbers. December 27, 2011. January 8, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  38. "Live+7 DVR Ratings: 'Modern Family' Tops Absolute Gains; 'Pan Am' Tops % Gains in Week 16". TV by the Numbers. January 23, 2012. January 27, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  39. "Live+7 DVR Ratings: 'Modern Family' Tops Absolute Gains; 'Grimm' Tops % Gains in Week 17". TV by the Numbers. January 30, 2012. January 31, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  40. "Live+7 DVR Ratings: 'Modern Family' Tops Absolute Gains; 'Fringe' Tops % Gains in Week 18". TV by the Numbers. February 6, 2012. February 8, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  41. "Live+7 DVR Ratings: 'The Big Bang Theory' Tops Absolute Gains; 'Fringe' Tops % Gains in Week 19". TV by the Numbers. February 13, 2012. February 15, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  42. "Live+7 DVR Ratings: 'Modern Family' Tops Absolute Ratings Gains; 'Pan Am' Tops % Gains in Week 21". TV by the Numbers. February 27, 2012. June 25, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  43. "Live+7 DVR Ratings: 'Modern Family' Tops Absolute Ratings Gains; 'Fringe' Tops % Gains in Week 22". TV by the Numbers. March 5, 2012. March 7, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  44. "Live+7 DVR Ratings: 'Modern Family' Still Tops Absolute Ratings Gains; 'The Firm' Tops % Gains in Week 24". TV by the Numbers. March 19, 2012. March 21, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  45. "Live+7 DVR Ratings: 'The Big Bang Theory' + 'New Girl' Top Absolute Ratings Gains; 'Awake' Tops % Gains in Week 25". TV by the Numbers. March 26, 2012. March 29, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  46. "Live+7 DVR Ratings: "Modern Family' Tops Absolute Ratings Gain; 'Nikita' & 'Ringer' Top % Gains in Week 26". TV by the Numbers. April 2, 2012. April 6, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  47. "Live+7 DVR Ratings: 'New Girl' Tops Absolute Ratings Gain, 'Fringe' and 'The Firm' Top % Gains, 'Castle' Tops Total Viewer Gains in Week 27". TV by the Numbers. April 9, 2012. April 11, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  48. "Live+7 DVR Ratings: 'The Big Bang Theory' Tops Absolute Ratings Gain, 'The Firm' Tops % Gains, 'The Mentalist' Tops Total Viewer Gains in Week 28". TV by the Numbers. April 16, 2012. April 19, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  49. "Live+7 DVR Ratings: 'Modern Family' Tops Absolute Ratings & Total Viewer Gains, 'Firm' Tops % Gains in Week 31". TV by the Numbers. May 7, 2012. May 10, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  50. "Live+7 DVR Ratings: 'Big Bang Theory' Tops Absolute Ratings, 'Fringe' Tops % Gains, 'The Mentalist' Tops Total Viewer Gains in Week 32". TV by the Numbers. May 14, 2012. May 16, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  51. "Live+7 DVR Ratings: 'Modern Family' Leads Ratings and Viewership Gains, 'The Secret Circle' Tops Percentage Increases". TV by the Numbers. May 21, 2012. May 25, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  52. "Live+7 DVR Ratings: 'Modern Family' Again Leads Ratings and Viewerrship Gains,'Grimm' Ranks Number One In Percentage Increases". TV by the Numbers. May 29, 2012. June 1, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2015.
  53. Avital Norman Nathman. "Mom & Pop Culture: Once Upon A Remake". Bitch. November 17, 2011. May 12, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2015. (#apostrophe_markup)
  54. Genie Leslie. "Once Upon a (Feminist) Time". Feministing. January 19, 2012. June 2, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2015.
  55. Natalie Wilson. "What a Difference a Strong Snow White Makes". Ms. November 13, 2011. July 18, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2015. (#apostrophe_markup)
  56. "Once Upon A Time (Music from the TV Series) – EP". iTunes Store. February 18, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 3, 2013.
  57. "Once Upon A Time: Original Television Soundtrack [Soundtrack]". Amazon.com. 2022-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2015.
  58. James Hibberd. "'Once Upon a Time' launching a novel -- EXCLUSIVE". Entertainment Weekly. March 18, 2013. December 16, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2015. (#apostrophe_markup)
  59. "Once Upon A Time: Chapter One". Target. February 21, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2015.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]