Cennifer Morrison

Cennifer Meri Morrison (ing. Jennifer Marie Morrison; 12 aprel 1979, Çikaqo, ABŞ) — Amerikalı aktrisa, prodüser, rejissor və keçmiş modeldir. Dr. Ellison Kameron rolu ilə tibbi-dram serialı olan Ev (2004–12) və Emma Suan rolu ilə ABC-nin Biri var idi, biri yox idi (2011–17) fantastik-macəra serialı ilə tanınır. O həmçinin Anan ilə necə tanış oldum komediya serialında Ted Mosbinin məşuqələrindən biri olan Zoe Pierson, Ceyms T. Kirkin anası Uiona Kirk rolu ilə 2009-cu il elmi-fantastik filmi olan Ulduz yolu və Tess Konlon rolu ilə 2011-ci il idman dram janrlı Döyüşçü filmində də çəkilib.

Cennifer Morrison
Jennifer Morrison
Morrison 2013-ci ildə Toronto Beynəlxalq Film Festivalında
Morrison 2013-ci ildə Toronto Beynəlxalq Film Festivalında
Doğum adı Jennifer Marie Morrison
Doğum tarixi (45 yaş)
Doğum yeri Çikaqo, İllinoys ABŞ ABŞ
Milliyyəti Amerikalı
Vətəndaşlığı
Fəaliyyəti
  • Aktrisa
  • produser
  • rejissor
Fəaliyyət illəri 1994 — indiyədək
IMDb ID0607185
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Morrison 2004-cü ildə Ev-dəki tərəf müqavili olan Cesse Spencer ilə sevgili idi.[1] 23 dekabr 2006-cı ildə Cesse Eyfel qülləsində ikən ona evlənmə təklifi etmişdi. Lakin cütlük 2007-ci ilin avqus ayında nişanı təxirə saldılar.[2] 2012-ci ilin yayında Marrison Biri var idi, biri yox idi serialındakı tərəf müqavili olan Sebastian Sten ilə tanış olduqdan sonra bir ilə yaxın onunla sevgili oldu. 2013-cü ilin ortalarında cütlük ayrıldı.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-08.
  2. "Arxivlənmiş surət". 2016-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-08.
  3. "Arxivlənmiş surət". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-08.