Birinci Peşəkar Futbol Liqası (Bolqarıstan)

Birinci Peşəkar Futbol Liqası (bolq. Първа професионална футболна лига), Bolqarıstan Birinci Liqası və ya Barva liqa kimi də tanınır, hazırda efbet Liqası sponsor adını daşıyır[1] ― Bolqarıstan futbol liqası sisteminin ən üst peşəkar futbol liqası. 14 komandanın yarışdığı liqa həmçinin İkinci Peşəkar Futbol Liqası ilə yüksəliş və düşmə sistemi üzərində fəaliyyət göstərir.

Bolqarıstan futbol çempionatı 1924-cü ildə Bolqarıstan Dövlət Futbol Çempionatı olaraq təqdim olunmuşdur və və A qrupunun qurulduğu 1948-ci ildən bəri liqa formatında keçirilir. Birinci Liqa çempionları, liqanın Avropa əmsalına əsasən UEFA Çempionlar Liqasının seçmə mərhələlərində iştirak etmək hüququna malikdirlər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "The Bulgarian first division has a new brand identity". bfunion.bg (ingilis). 10 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 July 2019.