Birləşmə Tağı (rəsmi Milli Birləşmə naminə üç nöqtə fərmanı abidəsi)[1] — abidə Şimali Koreyanın paytaxtı Pxenyan şəhərinin cənubunda yerləşir. Abidə 2001-ci ilin avqust ayında Kim İr Senin Koreyanın birləşməsi ilə bağlı təkliflərini anmaq məqsədiylə inşa edilmişdir.[2]
Birləşmə Tağı | |
---|---|
조국통일3대헌장기념탑 | |
38°57′52″ şm. e. 125°42′57″ ş. u.HGYO | |
Ölkə | Şimali Koreya |
Şəhər | Pxenyan, Şimali Koreya |
Yerləşir | Pxenyan |
Tikilmə tarixi | avqust 2001 |
Sökülmə tarixi | 19–23 yanvar 2024 |
Hündürlüyü | 30 m |
Uzunluğu |
|
Eni | 61.5 m (202 ft) |
Material | mərmər |
Vikianbarda əlaqəli mediafayllar |
Tağ Pxenyandan Koreya tərəfsiz bölgəsinə kimi uzanan birləşmə magistralı üzərində yerləşir. O, iki milli libasda olan Koreya qadınını ehtiva edir və şimal və cənubun[2] birlikdə kürədə əks edilmiş birləşmiş Koreyanı yuxarı qaldırmaları təsvir edir. Kürə Üç Nöqtənin emblemidir; Milli yenidən birləşmənin üç prinsipi; Koryo Demokratik Federal Respublikasının qurulması planı və 10 bəndlik proqramdan ibarət bütün xalqın Böyük Birliyinin.
Abidənin alt hissəsində yenidən birləşməyə və müxtəlif fərdlərin, təşkilatların, xalqların sülh şəraitində yaşamasına dəstək mesajı verən obrazlar təsvir edilmişdir.
Tağ 2002-ci ildə poçt markaların üzərində təsvir edilmişdir.
2024-cü ilin yanvarında Kim Çen İn Cənubi Koreya ilə birləşmədən narazı olduğu üçün abidənin dağıdılmasına çağırış edib. O, Cənubi Koreya ilə birləşmə təklifindən imtina edib və bu siyasətin bitdiyini elan edib.[3] Peyk görüntülərinə görə, tağ 19-23 yanvar 2024-cü il tarixləri arasında sökülüb.[4][5] Yenidən birləşmə tağının sökülməsi xəbəri 24 yanvar 2024-cü ildə Cənubi Koreyanın Birləşmə Nazirliyi tərəfindən təsdiqlənib.[6]