Birləşmiş Krallıqda islam

Birləşmiş Krallıqda islam — İslam Böyük Britaniyada ikinci ən böyük dindir. 2011-ci il siyahıyaalınmasına əsasən, Birləşmiş Krallıqda yaşayan müsəlmanların sayı 2,7 milyon nəfərə və ya ümumi əhalinin 4,8%-nə çatmışdır.[3][4]

Böyük Britaniyada İslam
Bradford Böyük Məscidi tutumuna görə Birləşmiş Krallıqda ən böyük məscid, Yorkşir və Humber
Bradford Böyük Məscidi tutumuna görə Birləşmiş Krallıqda ən böyük məscid, Yorkşir və Humber
Ümumi say
  • 3,868,133 (2021)[1]
  • Ümumi əhalinin 6,5%-ni təşkil edir
  • (Yalnız İngiltərə və Uels üçün rəqəmlər)
Əsas regionlar
Böyük London 1,318,754
Dinlər
Çoxluq Sünni İslam ilə böyük ŞiəƏhmədiyyə azlıqlar
Dillər
İngilis dili, Punjabi dili,Sindhi dili, Urdu dili, Bengali dili, Qucarati dili, Ərəb, Türk dili, Somali, Fars dili[2]

2001–2009-cu illər arasında İslam Böyük Britaniyada ən sürətlə böyüyən ikinci din oldu. Uokinqdəki Şah Cahan məscidi 1889-cu ildə tikilmiş ilk məscid idi. Elə həmin il Abdullah Quilliam Liverpulda bir məscid tikdirdi. Londonda ilk məscid 1924-cü ildə yaranıb.[5] Müsəlmanların sayının artması 2007-ci ilə qədər 1500-dən çox məscidin yaradılmasına səbəb oldu. Əksər məscidlər Pakistan, Banqladeş, Türkiyə və Somalidən olan insanların hesabına tikilirdi. Eyni zamanda, Böyük Britaniya şirkətlərinin direktorlarının sayının təxminən üçdə biri müsəlmanlardır.[6]

Ayrı-seçkilik

[redaktə | mənbəni redaktə et]

2014-cü ildə dərc edilmiş sosioloji araşdırmaya görə, ölkənin əmək bazarında müsəlmanlar artan ayrı-seçkiliklə üzləşirlər və rəhbər vəzifələr əldə etmək şansları minimaldır. Bu vəziyyət ona görədir ki, artan islamafobiya və düşmənçilik səbəbindən müsəlmanlar birlikdə ölkənin irqi və etnik-mədəni sisteminin ən aşağı təbəqəsi adlandırılır. Müsəlman qadınların iş tapmaq şansı xristian qadınlara nisbətən 65% aşağıdır.[7].

2010-cu illərin ortalarına qədər Böyük Britaniyada 2500-dən çox müsəlman xeyriyyə təşkilatı var idi. Britaniya Xeyriyyə üzrə Dövlət Komissiyasının məlumatına görə, müsəlmanlar ölkədə sədəqə üçün ən səxavətli məzhəbdir. Ramazan ayının fərz orucunun cəmi bir ayında ehtiyacı olanlara təxminən 100 milyon funt sterlinq ianə verirlər. 2013-cü il hesabatına görə, Britaniya müsəlmanları adi britaniyalıdan iki dəfə çox xeyriyyəçilik edib. Xeyriyyəçilik üzrə Milli Şuranın hesabatına görə, müsəlman xeyriyyə təşkilatları hər il təxminən 542 milyon funt-sterlinq toplayır.[8].

1889-cu ildən Böyük Britaniyada ən qədim müsəlman təşkilatı olan Britaniya Müsəlmanları Assosiasiyası fəaliyyət göstərir. 1996-cı ildə ölkə müsəlmanlarının vahid nümayəndəli orqanı — hökumət tərəfindən tanınan Böyük Britaniya Müsəlmanları Şurası yaradıldı. 1990-cı illərin ortalarına qədər Böyük Britaniyada 839 məscid və 950 müxtəlif müsəlman təşkilatı fəaliyyət göstərirdi.[9].

  1. "Religious composition, 2011 and 2021, England and Wales". Office of National Statistics. 2022-11-29. 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-29.
  2. "2011 Census: Quick Statistics". 25 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2014.
  3. CT0341_2011 Census — Religion by ethnic group by main language — England and Wales ONS.
  4. "Religion, England and Wales - Office for National Statistics". www.ons.gov.uk. 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-05.
  5. "Offa Dinar". British Museum. 5 August 2017 tarixində arxivləşdirilib.
  6. Fisher, Michael H. Counterflows to Colonialism: Indian Travellers and Settlers in Britain, 1600-1857. Delhi: Permanent Black. 2004. 140, 154–6, 160–8, 172. ISBN 978-81-7824-154-8. 2023-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-09.
  7. Roger Dobson. "British Muslims face worst job discrimination of any minority group, according to research". The Independent. 2014-11-30. 2018-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-01.
  8. "Какая конфессия опережает всех в благих делах?". islamnews.ru. 2016-07-26. 2016-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-26.
  9. Rosser-Owen, David. "History". Association of British Muslims. 2010-04-30. 2012-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-17.