Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi

Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətlər Bürosu (ing. United Nations Office on Drugs and Crime) (UNODC) Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Narkotiklərə Nəzarət Proqramının (UNDCP) və Cinayətlərin qarşısının alınması və Cəza Ədaləti şöbələrinin 1997-ci ildə Birləşmiş Millətlər Təşkilatının Vyanadakı Ofisində birləşdirilməsi nəticəsində yaradılan bir ofisdir. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Qrupunun üzvüdür və 2002-ci ildə Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıqla Mübarizə Ofisi olaraq yenidən adı dəyişdirilmişdir.

Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi
UNODC
United Nations Office on Drugs and Crime
Loqonun şəkli
UNODC loqosu
UNODC loqosu
Növü Agentlik
Yaranma tarixi 1997
Mərkəzi Avstriya
unodc.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Vyanadakı UNODC mərkəzi

Təşkilati strukturu

[redaktə | mənbəni redaktə et]

Əsas mərkəzi Vyanada yerləşən ofisin dünya üzrə 1500 nəfər işçisi mövcuddur. Avstriya ilə birlikdə 21 sahə ofisi olan təşkilatın, biri Brüsseldə, digəri New Yorkda olmaqla iki əlaqə ofisi də mövcuddur. Ofisə Birləşmiş Millətlər Təşkilatının Baş Katibliyi tərəfindən təyin olunmuş icraçı direktor rəhbərlik edir. İcraçı direktoru İngiltərənin Rusiyadakı keçmiş səfiri Yuri Fedotovdur. Fedotov bu vəzifəni 2002-ci ildən 12 iyul 2010-cu il tarixinədək ofisin keçmiş icraçı direktoru olan Antonio Maria Costadan almışdır. Ofisin uzunmüddətli hədəfləri arasında dövlət, ictimai qurum və təşkilatlar arasında narkotik, cinayət, terrorizm və korrupsiya mövzularında paylaşılan məlumatları maksimum dərəcədə artırmaq və bu mövzularda qlobal, milli və sosial səviyyələrdə ictimaiyyətin məlumatlılığını artırmaqdır. Ofisin maliyyələşdirilməsinin 90% -i hökumətlərin könüllü yardımlarından ibarətdir.

UNODC eyni zaman Beynəlxalq Narkotiklərə Nəzarət Şurasının (ing. International Narcotics Control Board) (INCB) katibliyini də strukturunda cəmləşdirir.

Məqsəd və funksiyaları

[redaktə | mənbəni redaktə et]

UNODC, qanunsuz narkotik ticarəti cinayətlərinin, beynəlxalq terrorizmin və siyasi korrupsiyanın qarşısının alınmasına dair bir-biri ilə koordinasiyalı və hərtərəfli (əhatəli) iş aparmaq və cinayətlərə həll yollarının tapılmasında Birləşmiş Millətlər Təşkilatına kömək məqsədi ilə yaradılmışdır. Bu hədəfləri üç əsas funksiya izləyir. Bunlardan birincisi, müxtəlif terror və qanunsuz narkotik ticarəti cinayətlərinin müəyyənləşdirilməsi, istintaqı, icrası və təqibi mövzularında hökumətləri dəstəkləmək və onları izləməkdir. İkincisi, bu cür cinayətlərə dair ölkələr arasında müqavilələrin, protokollarınrazılaşmaların imzalanmasıdır. Üçüncüsü, hökumətlərin bu cür cinayətlərlə mübarizədə çətinliklərlə qarşılaşmaları halında maliyyə/texniki dəstək göstərməkdir.

Bu çərçivədə UNODC-nin məsul olduğu əsas mövzular; Alternativ İnkişaf, Korrupsiya, Cəza mühakiməsi, Həbsxanalarda islahatlar və cinayətlərin qarşısının alınması, qanunsuz narkotik ticarəti, müalicəsi və qulluğu, HİVQİÇS, İnsan Alveri və Miqrant qaçaqmalçılığı, Çirkli pulların yuyulması, Mütəşəkkil Cinayətkarlıq, QuldurluqTerrorizmdir.