Suriya Türkman Ordusu (türk. Suriye Türkmen Tugayları, ərəb. التركمان جيوش سورية), həmçinin Birləşmiş Türkman Ordusu (türk. Birleşik Türkmen Ordusu) — Suriya vətəndaş müharibəsi zamanı Suriya türkmanları tərəfindən qurulan hərbi birləşmə. Suriya Silahlı Qüvvələri, İraq Şam İslam Dövləti (İŞİD) və Suriya Demokratik Qüvvələrinə qarşı vuruşan Suriya türkmanları Məclisinin hərbi qanadını təşkil edən suriyalı türkmanlərdən və türklərdən ibarət qeyri-rəsmi silahlı müxalifət quruluşudur.[4] Suriya müxalifətinə yaxındır və artileriya və hava dəstəyi ilə birlikdə maliyyə və hərbi təlim keçən Türkiyə tərəfindən dəstəklənir.[5][6][7] Qruplar islamçılıqdan dünyəvi türk millətçiliyinə qədər geniş bir ideologiyanı təmsil edir.
Suriya Türkman Ordusu | |
---|---|
türk. Suriye Türkmen Tugayları ərəb. التركمان جيوش سورية | |
Yaranma tarixi | 2012 - müasir dövr |
Ölkə | Suriya |
Tabedir |
Suriya türkmanları məclisi ** Suriya Türkman Milli Bloku ** Suriya Demokratik Türkman Hərəkatı |
Sayı | 5000 min nəfər[1] |
Qərargah | Türkman dağları, Latakiya vilayəti |
Rəngləri | Açıq mavi, Ağ, Qırmızı / Bənövşəyi |
Müharibələr | Suriya vətəndaş müharibəsi |
Döyüşlər |
Homs mühasirəsi 2012-ci il Homsa hücum Hələb Döyüşü (2012–2016) Əl-Haffah döyüşü Türkman dağı, Bayırbucak, Salib Türkman uğrunda Latakiya kampaniyası[2] 2014-cü il Latakiya hücum 2015–2016-cı illər Latakiya hücum 2015-ci il Rusiya Suxoy Su-24 vuruşu 2016-cı il Latakiya hücumçuları[3] Fərat Qalxanı əməliyyatı Əl-Ray döyüşü (Avqust 2016) Şimali əl-Bab hücumu (sentyabr 2016) |
Komandanlıq | |
Komandir | Əbu Bəkir Məhəmməd Abbas |
Suriyanın şimalındakı Türkman kəndlərində yaşayan insanlar vətəndas müharibəsi başlayarkən müxalifət tərəfdən döyüşlərə qatıldı.[8] Suriya Türkman Ordusunun sayı on min nəfər civarındadır.[9] Komandiri və qurucusu polkovnik Əbu Bəkir Məhəmməd Abbasdır. Suriya Türkman Ordusu Latakiya, İdlib və Hələbdə aktivdir. Bundan əlavə, Hama, Homs, Kuneytra və Raqqada ərəblərin rəhbərliyi altında müxalifət sıralarında türkman briqadaları mövcuddur.
2015-ci ilin noyabrında Suriya türkman Briqadaları və Nusra Cəbhəsi döyüşçüləri Şiə könüllüləri və Rusiya Hava Qüvvələri tərəfindən dəstəklənən Suriya hökumət qüvvələrinə qarşı ağır döyüşlərdə iştirak edirdilər.[10] türkman qüvvələri 2015-ci ildə ağır Rusiya bombardmanının hədəfi olmuş və xeyli sayda mülki itkilər olmuşdur. Rusiya bu addımla yerli əhalini qorxudaraq bölgədəki etnik vəziyyəti dəyişdirmək məqsədi daşımaqda ittiham edilmişdir.[11][12][13]
24 noyabr 2015-ci ildə Türkiyə General Dynamics F-16 Fighting Falconu dağların üzərində uçan Rusiyaya məxsus iki Suxoy Su-24 döyüş təyyarəsindən birini vurmuşdu. Hər iki pilot təyyarəni tərk edə bilsə də, lakin pilotlardan biri türkman ordusu döyüşçüləri tərəfindən havadaca yerə düşmədən öldürülmüşdü.[14][15]
Sultan Murad Diviziyası 2013-cü ilin əvvəlində yaradıldı və əsasən Hələb valiliyində fəaliyyət göstərir və 2016-cı il tarixinə qədər 1300 döyüşçüsünü olduğu iddia edilir. Oradakı qruplara Mehmed Fateh Briqadası,[16] Suriya türkman Cəbhəsi,[17] 1-ci alay və türkman Şəhidlər Briqadası, Sultan Murad Briqadası, Şəhid Zəki Türkmani Briqadası, Əşbal Akida Briqadası, Həmzə və Abbas Briqadası, Əhli Sünnə və İcma Briqadası, Yarmuk Alayı daxildir.[18] Onların daha bir üstünlüyü Hələb valiliyində türkman üsyançı könüllü Müntəzir Billah Briqadasıdır.[19]
1 noyabr 2016-cı ildə Hələbin şimalında "Alp Arslanın Qüvvələri" adlı daha bir qrup quruldu. Qrupun loqosu "Boz Qurdlar"ın dəyişdirilmiş nişanəsidir.[20]
2015-ci ilin iyul ayında qurulan 2-ci Sahil Diviziyası Latakiya valiliyində fəaliyyət göstərən əsas türkman üsyançı qrupudur və Türkiyə tərəfindən vurulan Su-24-dən paraşütlə tullanan Rusiya Hərbi Hava Qüvvələri pilotunu öldürməsi ilə diqqət çəkir.[21] Briqadanın komandiri Alparslan Çelik "Boz Qurdlar"ın üzvüdür. Bölmələrə Dağ Türkmanları Briqadası, Fateh Sultan Mehmet briqadası, Sultan Səlim briqadası və basqın briqadası-1071 daxildir.[22] 2015-ci ilin sonundan etibarən, 2-ci Sahil Dviziyasında 500-dən az döyüşçü var idi, baxmayaraq ki, qrup 2000-ə qədər qzvə sahib olduğunu iddia edir.[23]
Suriya Türkman Milli Hərəkat Partiyasına görə, 2016-cı ilin əvvəlindən etibarən 2015–2016-cı illər Latakiya hücumunda üsyançıların məğlubiyyəti nəticəsində Latakiya Türkman dağındakı 40 kənddən yalnız üçü türkman üsyançılarının nəzarəti altında qalmışdır.[24] Bölgədəki bir çox türkman üsyançısı "Boz Qurdlar"la əlaqəli Türkiyə vətəndaşlarıdır. 2-ci Sahil Diviziyası 2015-ci ildə hökumət qüvvələri tərəfindən tutulan itirdiyi əraziləri geri qaytarmaq üçün 2016-cı ildə Latakiya hücumunda iştirak etdi. Hücum əsnasında üsyançılar Kinsabbayı tutdular.[3] Hücum zamanı bölük komandiri Riyad Qarrah Bijeq ölümcül yaralanmışdı.[3]
Dəməşqdə İmam əz-Zəhabi və Fevral bölmələri Tartusda əl-Mitras Dərnəyi daha çox türkmanlər vardır. Hamada xüsusi bir briqada yoxdur və buradakı türkmanlar daha çox ərəb briqadalarında vuruşurlar.[2]
Səlcuq Briqadası (keçmiş Sultan Səlim Briqadasının üzvü; indi İnqilab Ordusunun üzvü) və Türkman Mənbic Taburu (İnqilabçı Ordunun Şimali Günəş Taburu)[25] Rojaviriyada fəaliyyət göstərən Suriya türkman qruplarıdır. Digər qruplardan Suriyanın demokratik qüvvələri ilə müttəfiqdirlər və Türkiyə tərəfindən dəstəklənmirlər.