Birlad


BIRLÁD — (rum. Bârlad [bɨrˈlad])Ruminiyanınnın ş.-ində, Vasluy judetində şəhər. Əh. 67,3 min (2006). Moldova yüksəkliyinin c.-unda, Bırladçayının (Siret çayının qolu) sahilindədir. Nəql. qovşağı (o cümlədən Buxarest–Kişinyov avtomobil yolu). Arxeoloji məlumatlara görə, təqr. 13 əsrin 2-ci yarısında yaranmışdır, yazılı mənbələrdə 15 əsrdən qeyd olunur. 1401 ildən Moldova knyazlığının tərkibində olmuşdur; Krım tatarlarının, osmanlıların, kazakların və polyakların yürüşləri zamanı dəfələrlə dağıdılmışdır (1440, 1659, 1711). 1475 ildə Moldova qospodarı Böyük III Stefan burada torpaq bəndlərlə möhkəmləndirilmiş ağac qala tikdirmişdir (qalıqları saxlanılır). 16 əsrdə Aşağı Moldovanın paytaxtı olmuşdur. İkinci dünya müharibəsindən (1939–45) sonra sənaye mərkəzi kimi inkişaf etmişdir.

Birlad
Bârlad
Rumıniya Rumıniya Gerb
Bayraq Gerb
46°13′ şm. e. 27°40′ ş. u.HGYO
Ölkə
Başçı Dumitru Boroș
Tarixi və coğrafiyası
Sahəsi
  • 20 ± 1 km²
Mərkəzin hündürlüyü 100 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi 67,3 min nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi 731001–731231
Digər
primariabarlad.ro
Xəritəni göstər/gizlə
Birlad xəritədə
Birlad
Birlad
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

B.-da Uspeniye kilsəsi (1634–36; 19əsr), Georgi baş kilsəsi (17 əsr; 1817–25), Yaşıl körpü (19–20 əsrlər), saat qülləsi (1953) var. Müəllim kolleci (1999); prof S. Belloyesku ad. kitabxana (1906), tarixçi və arxeoloq V. Pırvan ad. muzey (1914), V. Y. Popa ad. teatr (1955); zoopark fəaliyyət göstərir. Maşınqayırma (diyircəkli podşipnik istehsal edən "Rulmentsi" z-du və s.), metal emalı, kimya, mebel, yüngül və yeyinti (o cümlədən yağ-piy kombinatı) sənayesi müəssisələri fəaliyyət göstərir. İES var. B. yaxınlığında neft və təbii qazyataqları kəşf edilmiş, onların sənaye üsulu ilə işlənilməsinə (2005) başlanılmışdır.[1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 12. ISBN 978-9952-441-03-1.