Birminqem (Alabama)

Birmingem (ing. Birmingham) — ABŞ-nin cənub-şərqində, Alabama ştatının mərkəzi hissəsində şəhər. Birminhem-Quver-Kalman aqlomerasiyasının mərkəzi.[1]

şəhər
Birmingem
ing. Birmingham
Bayraq[d]
Bayraq[d]
33°31′03″ şm. e. 86°48′34″ q. u.HGYO
Ölkə  ABŞ
Tabesində Alabama
Region Birminhem-Quver-Kalman
Tarixi və coğrafiyası
Əsası qoyulub 19 dekabr, 1871
Sahəsi 384.71 km²
Mərkəzin hündürlüyü 196 m
Saat qurşağı
Əhalisi
Əhalisi 212,237 nəfər (2012)
Sıxlığı 1,453.24 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 205
Poçt indeksi 35201 - 35298
Digər
birminghamal.gov
Xəritəni göstər/gizlə
Birmingem xəritədə
Birmingem
Birmingem
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi 231,6 min (2005; o cümlədən afroamerikalılar 70%-dən çoxdur), şəhərətrafı ilə 939 min.[1]

Appalaç dağlarının ətəyindədir. Avtomobil və dəmiryolları qovşağı. Beynəlxalq aeroport. Blek-Uorrior çayı sahilində port. Su yolu vasitəsilə Mobil portu (Meksika körfəzi) ilə əlaqəsi var.[1]

1871-ci ildə dəmiryol xətlərinin kəsişdiyi yerdə, dəmir filizləri, yüksəkkeyfiyyətli kokslaşan kömür, dolomit və flüslu əhəngdaşı yataqlarının yaxınlığında salınmışdır; adını İngiltərənin ən iri metallurgiya mərkəzinin adından götürmüşdür. 19-cu əsrin sonlarından Birmingem rayonunda  mədən və metallurgiya sənayesi sürətlə inkişaf edirdi. 1907-ci ildə “Yunayted Steyts Stil” şirkəti tərəfindən Birmingemdən qərbdə tam tsiklli metallurgiya kombinatı (ABŞ-nin cənubunda ən iri) inşa olunmuşdur. 1960-cı illərdə afroamerikalılar hərəkatının mərkəzlərindən biri idi. 1979-cu ildə ABŞ tarixində ilk dəfə Birminqemin meri vəzifəsinə ağ irqə mənsub olmayan R. Arrinqton seçilmişdir.[1]

Birminqemın ən iri təhsil və elmi mərkəzi Alabama Universitetidir (1969); Samford Universiteti (1841), Birmingem Cənub kolleci (1898), Mayls kolleci (1905), Kütləvi kitabxana (1909), İncəsənət muzeyi (İntibah dövrünə aid rəngkarlıq əsərləri kolleksiyası) fəaliyyət göstərir. Red-Mauntin dağlarında şəhərin simvolu olan tanrı Vulkanın çuqundan 17 m-lik heykəli (pyedestalının hündürlüyü 48 m) qoyulmuşdur (C. Moretti, 1904).[1]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatında xidmət sferası, o cümlədən səhiyyə (qadın sağlamlığının mühafizəsi üzrə ölkənin aparıcı müəssisələri və s.), maliyyə və işgüzar xidmətləri (ABŞ-nin 500 ən iri korprasiyalarından 6-sının mənzil qərargahı şəhərdə yerləşir) mühüm yer tutur.[1]

Birmingem aqlomerasiyasında işləyənlərin təqribən 10 %-i sənayedə məşğuldur. Qara metallurgiya (idxal olunan xammal əsasında; polad tikişsiz borular və s. istehsalı), təyyarəqayırma, “Daymler-Kraysler” və “Honda” şirkətlərinin avtomobilyığma zavodları, qaldırıcı-nəqliyyat avadanlıqları, sement istehsalı, yeyinti sənayesi (o cümlədən sallaqxanalar) müəssisələri var.[1]

Birmingem səması
  1. 1 2 3 4 5 6 7 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 138–139. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]