Biya (c.alt. Бий-суу: Bıy — «bəy», suu — «su»[1]) — Altay Respublikası və Altay diyarı ərazisindən axan, Ob çayını sağ qolunu təşkil edən çay.
Biya çayı | |
---|---|
Ölkə | Rusiya |
Mənbəyi | |
• Yüksəkliyi | 436 m |
Mənsəbi | Ob |
Uzunluğu | 301 km |
Su sərfi | 477 m³/s |
Hövzəsinin sahəsi | 37000 km² |
|
|
DSR[ru] | 13010100212115100000014 |
Vikianbarda əlaqəli mediafayllar |
Çayın uzunluğu — 301 km, hövzəsinin sahəsi — 37 000 km² təşkil edir. Teleskoe gölündən başlayaraq Katun çayı ilə birləşir, sonradan isə Ob çayın məbərində bu çayı əmələ gətirir. Yuxarı axarkarda çayı suyu nisbətən soyuqdur (10-15 °C), aşağıya doğru isə temperaturu qalxır.
Çay turistik məqsədlərlə istifadə edilir. Burada çoxlu sayda astana vardır. Onların hündürlüyü bəzən bir metrə çatır[2]. Əsas astabaları: Yurtok, Pıjinski, Kebezenski, Sarıkoşinski, Turaçok kəndində yerləşən Kipyatok. Sonuncu astana Udalovka kəndində yerləşir. Ən sürətli axın 1-1.5 m/s təşkil edir.
Çayın qidalanmasında ısas rolu qar və yağış suları tutur. Çaya axan suyun böyük qimini Çulişman çayı verir. Bu çay Teleskoe gölünə tökülür. Gursululuq davamlıdır. İllik su sərfiyyatı 477 m³/s təşkil edir. Çay yuxarı axarda noyabrın sonu dekabrın əvvəlləri donur. Buzdan azad olma yuxarı axarlarda aprelin əvvələri, aşağı axarda isə aprelin ortalarına təsadüf edir.
1936—1989 illər üzrə susərfiyyatı[3]
Biya çayının axarı boyunca yerləşən yaşayış məntəqələri: Artıbaş, İoqan, Ust-Pıja, Kebezen, Tuloy, Verx-Biysk, Tondoşka, Turaçok, Ust-Lebed, Udalovka, Dmitrievka, Şunarak, Ozero-Kureevo, Ust-Kuyurt, Balıksa, Saydıp, Sisnovka, Staraya Ajinka, Feşrunze adına, Ust-Kaja, Novaya Ajinka, Lebyaje, Promışlennı, Novikovo, Sauskanixa, Usyatskoe, Мальцева Курья, Klyuçi, Stan-Bextemir, Maloyeniseyskoye, Yeniseyskoye, Malouqrenno, Biysk, Sorokino.
Çayın mənbəyi iki kəndin yaxınlığından başlayır Artıbaş və İoqan. İoqanda iri kolxoz mövcuddur. Turizm inkişaf etdirilir. Poçt daimi fəaliyyət göstərir. Artıbaşda «Zolotoe ozero» istirahət düşərgəsi mövcuddur.
Verx-Biyskdə bir çox mağazalar vardır. Bu kənddən Qorno-Altaya yol gedir.
Turoçak Altay Respublikasında rayon mərkəzidir. Burada internet, beynəlxaq telefon xətti və Qorno-Alyaya gedən yol vardır. Qorno-Altay, Biyska avtobuskar işləyir.
Udalovka kəndi yaxınlığında Biyanın sol sahilində İkanostas qayası yerləşir. 1940-ci ildə məktəb müəllimi Turoçaka kəndinin sakini İvan Sıçyov Qayada Lelinin barelefini hazırlamıışdır.
Biysk şəhəri Biya və Katuni çaylarının bitişdiyi 30 km yuxarı axarda yerləşir.
2009-cu ilə olan məlumata görə Biya çayı mənsəbdən Biyski çay limanına qədər gəmiçilin üçün yararlıdır (22 км).
60-х — 80-х illərdə mövcud olmuş daimi naviqasiya (sərnişin və meşə materiallarının daşınması):
Biysk su idmanı direktoru Viktir Frankın sözlərinə görə Kommulanı körpüsündə sonuncu gursululuq 2006-cı ildə müşahidə edilmişdir[4].