Biysk — Rusiya Federasiyasında, Altay diyarının cənub şərqində şəhər. Biysk rayonunun mərkəzi.[2]
şəhər | |
Biysk | |
---|---|
ing. Biysk | |
52°31′ şm. e. 85°10′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Tabesində | Altay diyarı |
Başçı | Lidiya Qromoqlasova |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1709 |
Sahəsi | 291,67 km² |
Mərkəzin hündürlüyü | 180 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 180.000 nəfər (2024) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 385 |
Poçt indeksləri | 659300–659306, 659308, 659309, 659311, 659314–659316, 659318–659323, 659325, 659326, 659328–659330, 659332–659336, 659399 |
Digər | |
biysk22.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi 227,6 min (2005).[2]
Biya çayı (Ob hövzəsi) sahilində port. Biyskdən Novosi birsk–Taşanta avtomobil yolu (Çuya traktı) keçir. Dəmiryol stansiyası. Aeroport.[2]
1708–09-cu illərdə Bikatun ostroqu (qala) kimi salınmış, 1732-ci ildən Biya ostroqu adlandırılmışdır. 1782-ci ildə şəhər statusu almışdır. 1782–97-ci illərdə Kolıvan vilayətinin (1783-cü ildən Kolıvan quberniyasının), 1804–22-ci illərdə Tomsk quberniyasının qəza şəhəri idi. 1827–1917-ci illərdə Tomsk quberniyasının Biysk dairəsinin inzibati mərkəzi, 1917–25-ci illərdə isə Altay quberniyasının qəza şəhəri olmuşdur.[2]
Şəhərin nəqliyyat yollarının kəsişməsində yerləşməsi, həmçinin əkinçilik və maldarlıq üçün əlverişli şəraitin olması Biyskin inkişafına imkan yaratmışdır. 1915-ci ildə Biysk dəmiryolu vasitəsilə Transsibir magistralına qoşulmuşdu. Sibir (1925–30) və Qərbi-Sibir (1930–37) diyarlarının dairə mərkəzi olmuşdur. Biysk Dövlət Pedaqoji Universiteti (1939), Altay Dövlət Universitetinin və Altay Dövlət Texniki Universitetinin filialları; dram teatrı fəaliyyət göstərir Biysk Altay diyarının ikinci sənaye mərkəzidir. Biysk qazanxana avadanlıqları zavodu, "Altay vitamin", şüşə-plastik zavodu, faner-kibrit kombinatı, tikiş fabrikivə s. var.[2]