Bizon içkisi — sərinləşdirici içki.[1][2] Bizon markası 2015-ci ildə “Avrora” şirkəti tərəfindən yaradılmışdır.[3]
Bizon | |
---|---|
Növü | sərinləşdirici içki |
Alkoqol | yoxdur |
İstehsalçı | Avrora Qrup |
Mənşəsi | |
Yaradıldığı il | 2015 |
bizon.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Taurin zərərsizliyinə görə polietilen qabda belə 25 dərəcədə 36 ay rəfdə saxlanıla bilər. Bu EFSA tərəfindən sınaq labaratoriyalarında gəlinmiş nəticədir.[4] Avropa Qida Təhlükəsizliyi agentliyi eyni zamanda sınaq labaratoriyalarında gün ərzində insanın 3000 mg taurin qəbul etməli olduğunu da vurğulamışdır. Çünki bu maddə ürək xəstəlikləri, parkinson, metobolizma və periodontal xəstəliklərin qarşısını alır, cinsi fəaliyyətə müsbət təsir göstərir. Enerji içkiləri texnoloqlarının uzunmüddətli araşdırmalarından sonra bu içkilərdəki karbohidrat və kofein balanslaşdırılıb. Belə olan halda yalnız içkidəki karbohidrat parçalanması insana enerji verir. Yəni kofeinin orqanizmdə hər hansı enerji mənbəsindən istifadə etmək kimi bir funksiyası yoxdur. Southampton Universitetinin 200-dən çox elmi araşdırmasının nəticələrinə görə kofein qəbulu ürək xəstəliklərinin qarşısını alır.[5]
Tərkibində su, şəkər, saxaroza, glikoz şurubu, asit, sitrik asit, sodyum sitrat, karbondioksit, taurin, qoruyucu, potasyum sorbat, kofein, inositol, rəngləndirici, allura red, antioksidant, askorbik asit, guarana özütü, ginseng, glukoronoloktan, niasin, vitamin B3, tiamin, vitamin B1 vardır.[6][7][8][9]
2021-ci ildən etibarən sosial şəbəkələrdə bu içki barədə mübahisə doğuran xəbərlər yayılmağa başladı.[10] Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti enerji içkiləri bazarında haqsız rəqabət hallarının qarşısının alınması məqsədi ilə araşdırmalarının ilkin nəticələrinə görə, “Avrora” MMC-nin istehsal etdiyi “BİZON energy” markalı spirtsiz içkilərin üzərində “ENERGY” və “CHARGE YOUR POWER” sözlərindən istifadə olunması ilə istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Dövlət Xidməti şirkət barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.
“Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.[11] Araşdırmalar aparan Dövlət xidmətinin verdiyi nəticələrə görə isə Bizon bu qayda və normalara cavab vermir.[12]
Bizon istifadəçilərindən biri içkinin içindən şüşə çıxdığını iddia edib. İstehlakçı bu barədə sosial şəbəkələrdə paylaşım edib. İstehlakçı bunu fiziki hesablamalara bənzədib, bizonun sıxlığı şüşənin sıxlığından çox olduğu üçün şüşə üzdə qalır ki, susuzluqdan ciyəri yanan adam alıb başına çəkəndə ilk qurtumda şüşəni udmuş olsun. Bunun nə məqsədlə edildiyi barədə qarşı tərəfin mövqeyini öyrənmək mükün olmadı.[13][14][15] Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı açıqlmasında vurğulayıb ki, Bizonun içindən şüşə çıxması mümkün deyil. İstehsal prosesinin şüşə ilə heç bir əlaqəsi yoxdur. Bu cür proseslər bir-biri ilə mübarizə aparan şirkətlərin nüfuzuna ziyan vurmaq üçün olduğunu qeyd etmişdir.[16]