Energetik içki

Energetik içki ("energetik") — tərkibində stimullaşdırıcı preparatlar (adətən kofein) olan, zehni və fiziki stimullaşdırma təmin edən spirtsiz (tərkibində cüzi miqdarda spirt də ola bilər[1]) içki növüdür. Energetik içki "enerji" kimi satılsa da, qida enerjisindən fərqli olan məhsuldur.

Energetik içkilər qazlı və ya qazsız olur, tərkibində şəkər və ya digər dadlandırıcılar, bitki ekstraktları, taurin və amin turşuları ola bilər.

Onlar energetik məhsulların böyük bir qrupunun althissəsidir və idman üzrə göstəriciləri yüksəltmək üçün reklam edilən içkilərdən fərqlənir. Energetik içkilərin bir çox markası (brend) və çeşidi var.

Qəhvə, çay və tərkibində kofein olan digər təbii içkilər energetik içkilər hesab edilmir. Kola kimi digər yumşaq içkilərin də tərkibində kofein ola bilər, ancaq həmin içkilər də energetik içkilər deyil. Buckfast Tonic Wine kimi bəzi spirtli içkilərin tərkibində kofein və digər stimullaşdırıcılar olur. Mayo Clinic tibbi praktika və tədqiqat qrupunun (Minnesota, ABŞ) apardığı araşdırmaların nəticəsinə görə, yetkinlik yaşına çatmış tipik sağlam adam üçün gündə 400 mq kofein içmək təhlükəsizdir (Mayo Clinic – 4500-dən artıq həkim və alimlərin çalışdığı, ümumilikdə 60 min nəfərə yaxın tibbi işçisi olan təşkilatdır). Avropa Qida Təhlükəsizliyi Təşkilatı (European Food Safety Authority) tərəfindən də təsdiq edilmişdir ki, gündə 400 mq-a kimi kofein qəbulu yetkinlik yaşına çatmış adamların (böyüklərin) təhlükəsizliyi üçün problem yaratmır, belə ki, bu, 4 fincan qəhvəyə (hər biri 90 mq) və ya 5 standart (250 ml) energetik içki bankasına (hər biri 80 mq) ekvivalentdir[2][3][4]

"Enerji atəşi"

[redaktə | mənbəni redaktə et]

"Enerji atəşi" və ya "Enerji partlayışı" Energy shot xüsusi bir energetik içki növüdür. Energetik içkilərin çoxu bankalarda və ya şüşə butılkalarda satılarkən, "enerji atəşi" adətən kiçik 50 ml butılkalarda satılır. Enerji atəşlərinin tutumu balaca (azhəcmli) olsa da, onların tərkibində kofeinin, vitaminlərin və ya digər funksional maddələrin miqdarı böyük qablarda satılan energetik içkilərin tərkibindəki həmin maddələrin miqdarı ilə eyni olur, odur ki, "enerji atəşi" energetik içkilərin qatılaşdırılmış forması hesab edilə bilər. Enerji atəşlərinin marketinqi, adətən, onların istehlakçı üçün rahat və əlverişli olması iddiası üzərində qurulur, belə ki, lazımi ruh yüksəkliyini və iş qabiliyyətini əldə etmək üçün istehlakçı energetik içkinin böyük (bəzən hətta 250 kaloriyə malik) bir bankasını içməli olmur, bir "qurtuma" azkalorili "enerji atəşi"ni içməklə lazımi effekt təmin edilir.[5]

Kofeinli alkoqollu içkilər

[redaktə | mənbəni redaktə et]

Red Bull kimi energetik içkilər çox vaxt spirtli içkilərlə qarışıqdırılır, məsələn, Vodka Red Bull kimi qarışıq içkilər istehsal olunur. Belə içkilər rom və kolaya oxşar olub, tərkibindəki kofeinin miqdarına görə onlardan daha güclüdür [6]. Bəzən bu, bomba atəşi kimi (məs., Jägerbomb və ya F-Bomb Fireball Cinnamon WhiskyRed Bull) konfiqurasiya edilir [7]

Bəzi ölkələrdə kofeinli spirtli içkilər də müxtəlif formalarda satılır. ABŞ-də kofeinli spirtli içkilərin qadağan olunmasından (2010-cu il) əvvəl Amerika məhsulları Four LokoJoose içkilərinin tərkibində həm kofein, həm də spirt var idi.[8][9][10]

Rahatlıq gətirən içki

[redaktə | mənbəni redaktə et]

2000-ci illərdə bir sıra içkilər: Lava Cola, Slow Cow, Drank, Marley's Mellow Mood, Mary Jane's Relaxing Soda, Chill, Calm, Malava Kava, V.i.B., Take 5, Relax by RockstarJones Gaba "anti-enerji", "soyuq" və ya rahatlıq gətirən içkilər kimi satışa buraxıldı [11][12] bu içkilərin populyarlığı getdikcə artır, təkcə 2008-ci ildən 2010-cu ilədək satış həcminin ikiqat yüksəlməsi buna əyani sübutdur [13]. Onların tərkibinə teaninmelatonin kimi inqrediyentlər daxildir.[14]

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]
Energetik içki üçün qida etiketkası

Energetik içkilərin tərkibində adətən metilksantinlər (kofein daxil olmaqla), B qrup vitaminləri, qazlı (karbonatlı) su və fruktozası yüksək olan qarğıdalı şərbəti (pəhriz istiqamətli olmayan versiyalar üçün) daxildir. Digər geniş istifadə olunan inqrediyentlər: quarana, yerba mate, açaí və taurin, həmçinin həyat kökünün (jenşen) müxtəlif variantları, maltodekstrin, inositol, karnitin, kreatin, glukuronolakton, sükraloz və qinkqo biloba və s.-dir [15]

Bəzi energetik içki istehsalçıları məhsulun tərkibində nə qədər kofein olduğunu açıqlamırlar [16]. İstehlakçılar Birliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində müxtəlif energetik içkilərin tərkibində kafeinin miqdarının 6-242 milliqram (mq) olduğu aşkar edilmişdir [16]. Müqayisə üçün: 240 ml həcmi olan 1 fincan qəhvənin tərkibində 100 mq, 350 ml-lik Coca-Cola Classic içkisinin tərkibində isə 35 mq kofein olur [16][17]. İstehlakçılar Birliyinin mətbuat orqanında (Consumer Reports) göstərilir ki, energetik içkinin tərkibində kofeinin miqdarı etiketdə göstərildiyi kimi, 20% həddində olacağı gözlənildiyi halda, ABŞ-də energetik içkilərin testi bəzi energetik içkilərdə kofeinin səviyyəsi həmin həddən çoxdur[16]. Monster Beverage Corporation energetik içkilərdə kofeinin miqdarını açıqlamamasını belə izah edir: "biz bu məlumatı vermirik, çünki bunun üçün heç bir qanuni və ya kommersiya tələbi yoxdur, həmçinin məhsullarımız tamamilə təhlükəsizdir və faktiki rəqəmlər istehlakçıların çoxu üçün məna kəsb etmir ""[16] Elmi qruplar və istehlakçı təşkilatları energetik içkilərin tərkibinə daxil olan inqrediyentlərin siyahısına daha çox açıqlama verilməsini tələb etmişdir [16].

Pəhriz içkisi olmayan energetik içkilərdə şəkər insan orqanizmi tərəfindən istifadə edilə bilən qida enerjisidir [15]

Səhhətə təsiri

[redaktə | mənbəni redaktə et]
Səhhətiniz üçün potensial problemlər yarada bilər

Energetik içki kofein və şəkərlə təmin edir, lakin içkinin tərkibinə daxil olan digər çoxsaylı inqrediyentlərin hər hansı təsirinin olduğunu iddia etmək düzgün olmazdı[18]. Energetik içkinin koqnitiv təsiri (diqqətin, reaksiyavermə sürətinin artması) əsasən kofeinin varlığı ilə əlaqədardır [19]. Lakin bəzi tədqiqatlar energetik içkinin bu təsirini içkinin tərkib hissələrinin birgə təsiri ilə əlaqələndirirlər [20]. Energetik içkilər barədə reklamlar adətən əzələ gücü və dözümlülüyün artmasını nümayiş etdirir, lakin indiyə kimi bunu təsdiq edən və dəstəkləyən elmi bir fikir birliyi yoxdur [21].

Xarici ölkələrdə aparılmış bir sıra tədqiqatlarda göstərilir ki, energetik içkidən istifadə sağlamlıq üçün risklərlə əlaqədardır, alkoholla birgə istifadə edilməsi isə alkoholun orqanizmə (xüsusən cavan orqanizmə - gənclərə) vurduğu zərərin artmasına səbəb olur, bu içkilər hətta narkotik asılılığın digər formalarına da yol aça bilər [22].

Avstriya Power Horse energetik içkisində bir xəbərdarlıq: "Bir gündə ikidən artıq banka içmək sağlamlığınıza zərər verə bilər. Hamilə qadınlar, südəmər körpələr, 16 yaşından kiçik uşaqlar, ürək xəstəliyi, diabet xəstəliyi, yüksək qan təzyiqi, kofeinə allergiyası olan adamlara zərərdir və məşq zamanı istifadə idmançılar üçün zərərlidir"

Bəzi mənbələrdə göstərilir ki, energetik içkinin həddindən artıq və ya təkrar istifadəsi ürək problemlərinə (aritmiya və ürək ağrıları) və psixi xəstəliklərə (narahatlıq, fobiya) gətirib çıxara bilər [23],[24]. Avropada tərkibində taurin və kofein olan energetik içkilər idmançıların ölümünə səbəb olması barədə məlumatlar var [25]. 2007-ci ildə Journal of the American Heart Association qeyd edir ki, yalnız kofeinin miqdarı yeganə təsiredici amil deyil, içkinin tərkibindəki digər inqrediyentlər qarışığı içkini daha təhlükəli edir, belə işkilər — tərkibində bir neçə inqrediyentlərin qarışığı olan işkilər tərkibində stimulyant kimi yalnız kofein olan içkilərdən daha təhlükəlidir; tədqiqatlarda qeyd olunmuşdu ki, həmin inqrediyentlərin hansı birinin daha təhlükəli olduğunu müəyyən etmək üçün bu maddələr fərdi surətdə tədqiq edilməlidir [26].

Tədqiqatlar göstərir ki, energetik içkilərlə əaləqar təcili tibb yardımına müraciətlərin artması müşahidə olunur. 2005-ci ildə ABŞ-də energetik içki istehlakı ilə əlaqədar 1494 təcili yardım çağırışı olduğu halda, 2011-ci ildə 20783 fövqəladə tibbi vəziyyət energetik içkilərlə əlaqədar olub [27], təhlükəya məruz qalmış xəstələr arasında kişilərin sayı daha çox olub ki, bu da qadınlara nisbətən kişilərin energetik içkilərə daha meylli olması və kişilərin daha çox içki istehlak etməsi ilə izah olunur [27]. Araşdırmalar göstərir ki, energetik içkilərlə əlaqədar səhhətdə problemin yaranmasına, əsasən, həmin içkilərə mənfi reaksiyalar səbəb olur. 2011-ci ildə energetik içkilərlə əlaqədar xəstəxanaya 14042 müraciət olub [27].Bu kofeinli içkilərdən sui-istifadə də əksər hallarda təcili yardım ziyarətinə səbəb olur. 2011-ci ildə energetik içkilərdən sui-istifadə səbəbindən tibb məntəqələrinə 6090 nəfər xəstə daxil olub [27]. Xəstələrin 42% -i energetik içkini başqa bir stimulyantla qarışdırdığını bildirib, digər 58%-i isə yalnız energetik içki qəbul etdiklərini bildirib [28]

Bir sıra tədqiqatlarda göstərir ki, energetik içkilər dərman vasitəsi ola bilər [22].

İstifadə dairəsi

[redaktə | mənbəni redaktə et]

Energetik içkilər gənclər üçün cəlbedici olur. İstehlakçıların təxminən 66 faizi 13 və 35 yaş arasındadır, kişilər isə energetik içki bazarının təxminən 65 faizini təşkil edir [29]. Pensilvaniyada 2008-ci ildə keçirilmiş ümummilli sorğunun nəticələri göstərdi ki, 21-30 yaşları arasında respondentlərin 20 faizi hələ orta məktəbdə və ya kollecdə təhsil alarkən daha çox oyaq qalmaq və dərslərini hazırlamaq üçün energetik içkilərdən istifadə edib; respondentlərin 70 faizinin tanışları arasında təhsil almaq və ya işləmək üçün daha çox oyaq qalmaq məqsədilə energetik içki istifadə edənlər var [30].

2012-ci ildə ABŞ-də Packaged Facts tərəfindən energetik içki istehlakçıları barədə müxtəlif aspektlər üzrə aparılmış araşdırmalar göstərdi ki, energetik içkiləri ən çox istifadə edən demoqrafik qruplar aşağıdakılardır:

  • yaş həddinə görə — 18 yaşdan 34 yaşa qədər;
  • cinsinə görə — kişi;
  • milliyyətinə (irqinə) görə — latın-amerikalılar;
  • geoloji yerinə görə — Sakit okean bölgəsi;
  • sosial (vətəndaş) vəziyyətinə görə — uşağı olan ailəli adamlar [31].
Energetik içki reklam edən avtomobil

Euromonitor marketinq araşdırmalar firmasının apardığı hesablamalara əsasən, dünya energetik içkilər satışı 1999-cu ildə 3,8 milyard dollar (ABŞ) təşkil edib və bu dəyər 2013-cü ildə 27,5 milyard dollara (ABŞ) çatıb [32]

2000-ci ildə ABŞ-nin energetik içki bazarı 350 milyon ABŞ dolları təşkil edib və Packaged Facts (ABŞ) şirkətinin məlumatlarına əsasən, 2008-2012-ci illər arasında ABŞ-də istehsal artımı 60 faiz olub, 2012-ci ildə ABŞ-də energetik içkilərin ümumi satış həcmi 12,5 milliard dollardan çox təşkil edib.[31]

2012-ci ildə ən çox satılan iki ən yaxşı marka Red Bull və Monster olub, ABŞ energetik içki satışının təxminən 80%-i məhz bu içkilərin payına düşür. 2014-ci il üzrə isə energetik içki satışı 1 milyard ABŞ dollarından artıq təşkil edib.[32]

Qanunla tənzimləmə

[redaktə | mənbəni redaktə et]

18 yaşlı irland idmançısı Ross Kuninin 4 banka energetik içki qəbul edərək basketbol oynadıqdan bir neçə saat sonra keçinməsi Fransa bazarında Red Bull energetik içkisinə qarşı mənfi münasibət yaratdı. Bu qadağa ilə əlaqədar işə 2004-cü ildə Avropa məhkəməsində baxıldı və nəticədə qadağa aradan qaldırıldı [33]. Bir vaxtlar Norveç dövlətində də Red Bull içkisinə icazə verilmirdi, son zamanlar bu qadağalar bir qədər yumşaldılıb, 2009-cu ilin may ayından Red Bull içkisinin Norveçdə satışı qanunidir, sadəcə B vitamininin (B6) miqdarı azaldılıb [34]. Birləşmiş Krallıq bu içkinin tərkibini tədqiq edib, bu içkinin satışı qanunidir, amma onun uşaqlar və hamilə qadınlar tərəfindən içilməsinə qadağa qoyub [33].

2009-cu ildə Kolumbiyada Sosial Müdafiə Nazirliyi 14 yaşına çatmamış şəxslərə energetik içkilərinin satışını qadağan etdi [35].

2009-cu ildə İngiltərənin Hov şəhərində yerləşən bir məktəb yerli mağazalara tələbələrə energetik içki satmaması barədə müraciət etdi. Baş müəllim Malvina Sanders əlavə edib ki, "bu, bir ehtiyat tədbiri idi, çünki bütün tədqiqatlar göstərir ki, yüksək enerjili içkilər gənclərin sinifdə diqqətini toplamasına təsir göstərir". Əldə edilən razılığa görə, supermarketin yerli şöbəsi tələbələrə bu məhsulları almamaq barədə plakatlar nümayiş etdirir [36]. Oxşar tədbirlər İngiltərənin Oxted şəhərində məktəb tərəfindən də həyata keçirilib, tələbələrə energetik içki qəbulu qadağan edilmiş və valideynlərə bu barədə məktub göndərilmişdir.

2012-ci ilin noyabr ayındaÇeçenistan Respublikasının (Rusiya Federasiyası) prezidenti Ramzan Kadırov energetik içki satışının qadağan edilməsi barədə qanun layihəsi yaratmaq barədə qərar verdi - "sərxoş edici vasitə" kimi bu içkilər "müsəlman bir cəmiyyətdə qəbul edilə bilməz". Kadırov 2012-ci ildə belə içkilərin içilməsi nəticəsində zəhərlənmə hadisələri (bir ölüm hadisəsi və 530 xəstəxanaya müraciət) barədə xəbərdar etdi. Rusiyanın Baş sanitariya inspektoru Gennadiy Onişenko da energetik içki qəbuluna analoji münasibət bildirmişdir [37].

Bəzi ölkələrdə energetik içkilərinin satışı və istehsalına üçün müəyyən məhdudiyyətlər tətbiq olunub. Avstraliya və Yeni Zelandiyada içkilər qanunla tənzimlənir; energetik içkilərdə kofeinin miqdarı 320 mg/l və spirtsiz içkilərdə 145 mg/l-ə qədər məhdudlaşdırılır. Ölkədə tərkibində quarana olan bütün qida məhsulları üçün məcburi kofein etiketləri verilir [38] və Avstraliya energetik içki markaları istehlakçını gündə iki bankadan çox içməmək barədə xəbərdar edir [39].

2014-cü ilin may ayında Litva ölkədə 18 yaşından aşağı həddi-buluğa çatmayanlara energetik içkilərin satışı qadağa edilən ilk dövlət oldu (qanun həmin ilin noyabr ayından etibarən qüvvədədir). Energetik içki — tərkibində kofeinin miqdarı ən azı 150 mq/l olan hər hansı bir içki kimi təsvir edilir.

2016-cı ilin iyun ayında həmçinin Latviyada da 18 yaşına çatmamış insanlara tərkibində kofein və ya taurin və guarana kimi stimulyantlar olan energetik içkilərin satışı qadağan edilmişdir [40].

  1. "Архивированная копия" (PDF). 2011-07-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-07-21.
  2. Preszler, Buss. "How much is too much?". mayoclinic.org. Mayo Clinic. 3 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 November 2014.
  3. Smith, Leesa. "'My heart just hit the floor': A mother's pain after her son died from drinking FOUR energy drinks daily... as a doctor warns no more than two caffeinated beverages per day". Daily Mail Australia. 3 September 2014. 4 September 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2014.
  4. "Scientific Opinion on the safety of caffeine | Europäische Behörde für Lebensmittelsicherheit". www.efsa.europa.eu. 20 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2016.
  5. Klineman, Jeffrey. ""Little competition: energy shots aim for big" profits". Bevnet.com. 30 April 2008. 14 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2013.
  6. Marczinski CA, Fillmore MT, Bardgett ME, Howard MA. "Effects of energy drinks mixed with alcohol on behavioral control: Risks for college students consuming trendy cocktails". Alcoholism: Clinical and Experimental Research. 35 (7). 2011: 1282–92. doi:10.1111/j.1530-0277.2011.01464.x. PMC 3117195. PMID 21676002.
  7. Hoare, Peter. "5 Awesome Drinks You Can Make With Fireball Cinnamon Whisky". Food & drinks. MTV. 9 January 2014. 14 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 June 2014.
  8. FDA. "List of Manufacturers of Caffeinated Alcoholic Beverages". U.S. Food and Drug Administration. 3 November 2010. 28 October 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 November 2010.
  9. Zezima, Katie. "A Mix Attractive to Students and Partygoers". The New York Times. 26 October 2010. 27 October 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 November 2010.
  10. Bruni, Frank. "Caffeine and Alcohol: Wham! Bam! Boozled". The New York Times. 30 October 2010. 11 November 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 November 2010.
  11. Morning Edition. "What To Drink When You Want Less Energy". NPR. 30 December 2009. 15 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2010.
  12. Eric Wahlgren, Adios, Red Bull? Anti-energy drinks seek to soothe frazzled Americans Arxivləşdirilib 2011-04-04 at the Wayback Machine, DailyFinance, 7 October 2009
  13. Eunju Lie. "Relaxation drinks see energetic growth in U.S." Reuters. 19 July 2011. 20 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 July 2011.
  14. Jennifer Nelson, M.S.; Katherine Zeratsky. "Relaxation drinks: Does calm come in a can?". Mayo Clinic. 6 mart 2010. 25 August 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 July 2011.
  15. 1 2 Meier, Barry. "Energy Drinks Promise Edge, but Experts Say Proof Is Scant". The New York Times. New York: New York Times Company. 1 January 2013. ISSN 0362-4331. 12 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 September 2014.
  16. 1 2 3 4 5 6 Consumer Reports. "Energy Drinks – Caffeine Levels". consumerreports.org. December 2012. 30 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 September 2014.
  17. Heckman, Melanie A.; Weil, Jorge; De Mejia, Elvira Gonzalez. "Caffeine (1, 3, 7-trimethylxanthine) in Foods: A Comprehensive Review on Consumption, Functionality, Safety, and Regulatory Matters". Journal of Food Science. 75 (3). 2010: R77–87. doi:10.1111/j.1750-3841.2010.01561.x. PMID 20492310.
  18. McLellan TM, Lieberman HR. "Do energy drinks contain active components other than caffeine?". Nutr Rev. 70 (12). 2012: 730–44. doi:10.1111/j.1753-4887.2012.00525.x. PMID 23206286.
  19. Van Den Eynde F, Van Baelen PC, Portzky M, Audenaert K. "The effects of energy drinks on cognitive performance". Tijdschrift voor psychiatrie. 50 (5). 2008: 273–81. PMID 18470842.
  20. Alford, C.; Cox, H.; Wescott, R. "The effects of red bull energy drink on human performance and mood". Amino Acids. 21 (2). 1 January 2001: 139–150. doi:10.1007/s007260170021. PMID 11665810.
  21. Mora-Rodriguez R, Pallarés JG. "Performance outcomes and unwanted side effects associated with energy drinks". Nutr Rev. 72 Suppl 1. 2014: 108–20. doi:10.1111/nure.12132. PMID 25293550.
  22. 1 2 Reissig CJ, Strain EC, Griffiths RR. "Caffeinated energy drinks—a growing problem". Drug Alcohol Depend. 99 (1–3). 2009: 1–10. doi:10.1016/j.drugalcdep.2008.08.001. PMC 2735818. PMID 18809264.
  23. Sanchis-Gomar F, Pareja-Galeano H, Cervellin G, Lippi G, Earnest CP. "Energy drink overconsumption in adolescents: implications for arrhythmias and other cardiovascular events". Can J Cardiol. 31 (5). 2015: 572–5. doi:10.1016/j.cjca.2014.12.019. PMID 25818530.
  24. Petit A, Karila L, Lejoyeux M. "[Abuse of energy drinks: does it pose a risk?]". Presse Med. 44 (3). 2015: 261–70. doi:10.1016/j.lpm.2014.07.029 pmc= (#bad_doi). PMID 25622514. (#missing_pipe)
  25. Clauson KA, Shields KM, McQueen CE, Persad N. "Safety issues associated with commercially available energy drinks". J Am Pharm Assoc (2003). 48 (3). 2008: e55–63, quiz e64–7. doi:10.1331/JAPhA.2008.07055. PMID 18595815.
  26. Emily A. Fletcher; Carolyn S. Lacey; Melenie Aaron; Mark Kolasa; Andrew Occiano; Sachin A. Shah. "Randomized Controlled Trial of High‐Volume Energy Drink Versus Caffeine Consumption on ECG and Hemodynamic Parameters". Journal of the American Hart Association. 6 (5). May 2017. doi:10.1161/JAHA.116.004448. 2018-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-27.
  27. 1 2 3 4 "The DAWN Report: Update on Emergency Department Visits Involving Energy Drinks: A Continuing Public Health Concern". archive.samhsa.gov. 17 February 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 March 2016.
  28. United States Substance Abuse and Mental Health Services Administration. "Update on Emergency Department Visits Involving Energy Drinks: A Continuing Public Health Concern" (PDF). 10 January 2013. 30 January 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 12 August 2015.
  29. Mintel Energy Drink Report 2006, 07.05.06
  30. Pennsylvania Medical Society. "Energy Drinks "" Busting Your Health for the Buzz". Newswise. Newswise, Inc. 19 September 2008. 23 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2014.
  31. 1 2 "Energy Drink Trends". ReportLinker. January 2013. 22 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 March 2014.
  32. 1 2 Roberto A. Ferdman. "The American energy drink craze in two highly caffeinated charts". Quartz. 26 March 2014. 27 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2014.
  33. 1 2 "French ban on Red Bull (drink) upheld by European Court". Medicalnewstoday.com. 5 May 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 May 2009.
  34. Red Bull blir tillatt i Norge – NRK Norge – Oversikt over nyheter fra ulike deler av landet Arxivləşdirilib 2015-09-21 at the Wayback Machine. Nrk.no (23 April 2009). Retrieved on 2016-11-14.
  35. RESOLUCION 4150 DE 2009 (octubre 30). Diario Oficial No. 47.522 de 3 de noviembre de 20 Arxivləşdirilib 2016-04-03 at the Wayback Machine. invima.gov.co
  36. "Pupils facing energy drink 'ban'". BBC News. 7 October 2009. 9 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2009.
  37. "Kadyrov Vows to Ban Energy Drinks". The Moscow Times. 21 November 2012. 12 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 November 2012.
  38. "Australia New Zealand Food Standards Code – Standard 2.6.4 – Formulated Caffeinated Beverages – F2009C00814". comlaw.gov.au. Department of Health and Ageing (Australia). 13 August 2009. 13 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2012.
  39. Pogson, Jenny. "Energy drinks pack more punch than you might expect". ABC. 9 May 2012. 1 September 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2014.
  40. Latvia bans sales of energy drinks to under-18s Arxivləşdirilib 2017-03-15 at the Wayback Machine, Associated Press. Jun 1, 2016. Retrieved 14 March 2017.