Bizon içkisi

Bizon içkisi — sərinləşdirici içki.[1][2] Bizon markası 2015-ci ildə “Avrora” şirkəti tərəfindən yaradılmışdır.[3]

Bizon
Loqonun şəkli
Növü sərinləşdirici içki
Alkoqol yoxdur
İstehsalçı Avrora Qrup
Mənşəsi
Yaradıldığı il 2015
bizon.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Taurin zərərsizliyinə görə polietilen qabda belə 25 dərəcədə 36 ay rəfdə saxlanıla bilər. Bu EFSA tərəfindən sınaq labaratoriyalarında gəlinmiş nəticədir.[4] Avropa Qida Təhlükəsizliyi agentliyi eyni zamanda sınaq labaratoriyalarında gün ərzində insanın 3000 mg taurin qəbul etməli olduğunu da vurğulamışdır. Çünki bu maddə ürək xəstəlikləri, parkinson, metobolizma və periodontal xəstəliklərin qarşısını alır, cinsi fəaliyyətə müsbət təsir göstərir. Enerji içkiləri texnoloqlarının uzunmüddətli araşdırmalarından sonra bu içkilərdəki karbohidratkofein balanslaşdırılıb. Belə olan halda yalnız içkidəki karbohidrat parçalanması insana enerji verir. Yəni kofeinin orqanizmdə hər hansı enerji mənbəsindən istifadə etmək kimi bir funksiyası yoxdur. Southampton Universitetinin 200-dən çox elmi araşdırmasının nəticələrinə görə kofein qəbulu ürək xəstəliklərinin qarşısını alır.[5]

Tərkibində su, şəkər, saxaroza, glikoz şurubu, asit, sitrik asit, sodyum sitrat, karbondioksit, taurin, qoruyucu, potasyum sorbat, kofein, inositol, rəngləndirici, allura red, antioksidant, askorbik asit, guarana özütü, ginseng, glukoronoloktan, niasin, vitamin B3, tiamin, vitamin B1 vardır.[6][7][8][9]

Tənqidi fikirlər və mübahisələr

[redaktə | mənbəni redaktə et]

2021-ci ildən etibarən sosial şəbəkələrdə bu içki barədə mübahisə doğuran xəbərlər yayılmağa başladı.[10] Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti enerji içkiləri bazarında haqsız rəqabət hallarının qarşısının alınması məqsədi ilə araşdırmalarının ilkin nəticələrinə görə, “Avrora” MMC-nin istehsal etdiyi “BİZON energy” markalı spirtsiz içkilərin üzərində “ENERGY” və “CHARGE YOUR POWER” sözlərindən istifadə olunması ilə istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Dövlət Xidməti şirkət barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.

“Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.[11] Araşdırmalar aparan Dövlət xidmətinin verdiyi nəticələrə görə isə Bizon bu qayda və normalara cavab vermir.[12]

Bizon istifadəçilərindən biri içkinin içindən şüşə çıxdığını iddia edib. İstehlakçı bu barədə sosial şəbəkələrdə paylaşım edib. İstehlakçı bunu fiziki hesablamalara bənzədib, bizonun sıxlığı şüşənin sıxlığından çox olduğu üçün şüşə üzdə qalır ki, susuzluqdan ciyəri yanan adam alıb başına çəkəndə ilk qurtumda şüşəni udmuş olsun. Bunun nə məqsədlə edildiyi barədə qarşı tərəfin mövqeyini öyrənmək mükün olmadı.[13][14][15] Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı açıqlmasında vurğulayıb ki, Bizonun içindən şüşə çıxması mümkün deyil. İstehsal prosesinin şüşə ilə heç bir əlaqəsi yoxdur. Bu cür proseslər bir-biri ilə mübarizə aparan şirkətlərin nüfuzuna ziyan vurmaq üçün olduğunu qeyd etmişdir.[16]

  1. "History of the Flying Bison Brewing Company". Try-it Distributing. January 16, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 3, 2012.
  2. "A Brief Introduction..." Flying Bison Brewing Company. November 17, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 3, 2012.
  3. "Bizon enerji içkiləri". 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
  4. BIZON RED ENERGY DRINK[ölü keçid]
  5. "Enerji içkilərinin tərkibi". 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
  6. Christmann, Samantha Maziarz. "Brewery aims for production next week". The BuffaloNews. February 23, 2010. İstifadə tarixi: 2011-11-24.Puzzling reply from publisher when accessed 2012–11-04; should this link be considered "dead"?
  7. 10–26-2012 by Andrew Galarneau 'Buffalo Beer Week explores the growth of the area’s craft beer movement' Buffalo Beer Week: Tapping into local beer culture Arxivləşdirilib 2016-03-24 at the Wayback Machine Accessed 2012–11-04.
  8. 02–14-2014 by James Fink 'New Blueprint For Flying Bison in Business First Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine Accessed 8–1-2014
  9. Kulamannage, Shamindra. "Cheers, Three More Beers Here". The Sunday Times. 2 February 1997. 9 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 December 2014.
  10. ""BİZON energy" energetik içki deyilmiş - İnsanları aldadırmışlar - RƏSMİ". BAKU.WS - Azərbaycanın xəbər saytı (rus). 2023-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
  11. ""BİZON energy" energetik içki deyilmiş - İnsanları aldadırmışlar - RƏSMİ". Tribunainfo.Az (az.). 2021-06-23. İstifadə tarixi: 2023-08-21.
  12. ""Bizon" un SAHİBİ ciddi suallardan necə yayınır?". Ayaletmedia.az (türk). 2023-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
  13. Avtosfer.az. ""Bizon"un içindən görün nə çıxdı? - FOTO". Avtosfer.az (az.). 2021-08-09. 2023-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
  14. "Azərbaycanda". avropa.info (az.). 2023-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
  15. ""Bizon" enerji içkisinin içərisindən şüşə qırıntıları çıxdı". Pravda.az. 2023-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
  16. BestApp.az. ""Bizon"un içindən şüşə necə çıxa bilər ki?" – Mövqe". -Yeni Sabah- (az.). 2021-08-11. 2023-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]