BlackRock Inc — baş ofisi Nyu-York şəhərində yerləşən ABŞ-ın qlobal investisiyaların idarəedilməsi şirkətidir. 1988-ci ildə ilkin olaraq risklərin idarə edilməsi və sabit gəlirli institusional aktivlərin idarə olunması şirkəti kimi yaradılmış olan BlackRock şirkəti 10 trilyon dollara çatan idarə olunan aktivləri ilə 2023-cü ildə dünyanın ən böyük aktivlərin idarə olunması şirkətidir.[4] BlackRock şirkəti 30 ölkədəki 70 ofisi və 100 ölkədəki müştəriləri ilə qlobal miqyasda fəaliyyət göstərir. Gücünə və maliyyə aktivlərinin və fəaliyyətlərinin ölçüsünə və əhatə dairəsinə görə BlackRock şirkəti dünyanın ən böyük kölgə bankı adlandırılmışdır.[5] 2023-cü ildən etibarən şirkətin baş icraçı direktoru həm də şirkətin təsisçi tərəfdaşlarından biri olan Larri Finkdir.[6]
BlackRock | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Aktivlərin idarə edilməsi[1] |
Məhsulları | Aktivlərin idarə edilməsi, risk idarəsi, İndeks fondları[d] |
Təsis tarixi | 1988[2] |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
blackrock.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Səhmləri, böyük kapital qrupları PNC Financial Services və Merrill Lynch şirkətlərinin də 80% səhmlərinin olduğu Nyu-York Fond Birjasında (ing. New York Stock Exchange; abr: NYSE) qeydiyyatdan keçmişdir.