Black Bullet (ブラック・ブレット,Burakku Buretto?, azərb. Qara güllə) — Saki Ukayın rəssamlığı ilə Şiden Kanzaki tərəfindən yazılan və ASCII Media Works nəşriyyatının Dengeki Bunko imprinti altında nəşr olunmuş ranobe seriyası. 10 iyul2011-ci ildən nəşr olunur və 2014-cü ilin aprelinə qədər 7 cildi buraxılmışdır. Manqa adaptasiyası 27 avqust2012-ci ildə ASCII Media Works nəşriyyatının "Dengeki Maoh" jurnalında nəşr olunmağa başlamışdır. 6 oktyabr 2013-cü ildə Dengeki Bunko imprintinin "Autumn Festival 2013" tədbirində Kinema Citrus və Orange studiyaları anime serialı adaptasiyası çəkəcəklərini anons etmişdir. Anime 8 aprel 2014-cü ildən 1 iyul 2014-cü ilə kimi yayımlanmışdır. Yaponiyadan xaricdə isə Crunchyroll vasitəsilə nümayiş etdirilmişdir. "Black Bullet" üç ölkədə lisenziyalaşdırılmışdır: anime Şimali AmerikadaSentai Filmworks tərəfindən, Böyük BritaniyadaAnimatsu Entertainment tərəfindən, AvstraliyadaHanabee tərəfindən lisenziyalaşdırılmışdır. Manqa və ranobe Şimali AmerikadaYen Press tərəfindən nəşr olunur.
2021-ci ildə qastreya adlı parazit virusu bütün dünyada yayılır və bütün bəşəriyyətə böyük fəlakət üz verir. İnsanlar artıq qastreyalardan qorunmaq üçün varaniumdan hazırlanmış monolit divarlar arxasında yaşamağa məcburdurlar. Varanium qara rəngli metal olub qastreyalarda sağalmaz yaralar buraxan yeganə elementdir. Daha sonra qastreyaya yoluxmuş şəxslərin uşaqlarının supergüclərə malik olduğu kəşf edilir və bu cür uşaqlara "Lənətli uşaqlar" adı verilir. Lənətli uşaqlar sadəcə qızlar olur. Qastreyalara qarşı döyüşmək üçün Mülki təhlükəsizlik agentlikləri formalaşdırılır. Hər bir komanda bir inisiatordan – lənətli uşaqdan və bir promoterdən – lənətli uşağa nəzarət edən şəxsdən ibarətdir. Epidemiyadan 10 il sonra lisey tələbəsi, Kisara Tendonun cavabdeh olduğu Tendo Mülki Təhlükəsizlik Agentliyində fəaliyyət göstərən, Encu Ayhara adlı inisiatorun promoteri olan Rentaro Satomi Tokio bölgəsini, eləcə də, bütün dünyanı qorumaq üçün müxtəlif əməliyyatları yerinə yetirməklə vəzifələndirilir.
Rentaro seriyanın əsas personajıdır. Maqata liseyində təhsil alır, Tendo Mülki Təhlükəsizliyində Encunun promoteridir. Hekayənin əvvəlində reytinqdə 120.000-cü yerlərdə olsa da, daha sonra 300-cü yerlərə qədər qalxır. Rentaronun valideynləri on il əvvəl qastreyalara qarşı müharibədə ölmüşdürlər və Tendo ailəsi tərəfindən övladlığa alınmışdır. Lakin Kisara ilə birlikdə ailəni tərk etmişdir. Rentaro Kisaranı qastreyalardan qoruyarkən sağ qıçını, sağ qolunu və sol gözünü itirmişdir və "Yeni İnsan Yaradılış Planı" çərçivəsində Sumire ona varaniumdan hazırlanmış protezlər taxmışdır. Mehriban və qəlbitəmiz təbiətinə görə Rentaro lənətli uşaqlar arasında çox sevilir. O, lənətli uşaqlara kömək etməyə çalışır. İstifadə etdiyi əsas silah XD tapançalarıdır və Tendo stilində döyüşməyi bacarır.
Encu lənətlu uşaqdır və Tendo Mülki Təhlükəsizliyində Rentaronun dovşan tipli inisiatorudur. Rentaro ilə birlikdə yaşayır və ibtidai məktəbə gedir. Lakin Kaqetane Hirukoya görə məktəbdə lənətli uşaq olduğu üzə çıxdıqdan sonra başqa məktəbə keçməyə məcbur olur. Rentaro Encu ilə ilk dəfə Beynəlxalq İnisiator Nəzarət Təşkilatı (BİNT) sayəsində tanış olmuşdur. Bu zaman Encu insanlara güvənmədiyindən Rentaroya qarşı soyuq münasibət bəsləyirdi. Lakin daha sonra bu mövqeyini dəyişdirmişdir. O, "Tenchuu Girls" animesinin fanatıdır.
Kisara Tendo Mülki Təhlükəsizliyinin prezidentidir. Əslində Tendo klanından olsa da, bəzi konfliktlərə görə uşaqlıq dostu Rentaro ilə birlikdə klandan ayrılmışdır. Valideynlərinin qastreya tərəfindən diri-diri yeyildiyinə şahidlik edərkən aldığı travmaya görə böyrəkləri funksiyasını güclə yerinə yetirir. Ailəsinin ölümünün Tendo ailəsi ilə bağlı olduğunu düşünən Kisara qisas almağa və qatilləri tapmağa çalışır. Tendo stilində əla döyüşməyi bacarır, lakin sağlamlığı ilə əlaqədar olaraq uzun müddət döyüşə bilmir. Kisaranın Rentaroya qarşı sevgi hisləri var və bu hisləri qarşılıqsız deyil. Lakin nə vaxt hisləri haqqında danışmaq istəsə, söhbəti yarımçıq qalır, xüsusilə Encu tərəfindən. Lakin Kisaranın ailəsinin qisasını almağı həddən çox istəməsi Rentaronun narahatçılığına səbəb olur və Rentaro qorxur ki, bir gün onlar düşmən ola bilərlər.
Tina Ayn Randın mexaniki əsgərlərinin bir məhsuludur və bayquş tipli inisiatordur. Əla snayperçidir və reytinqdə 98-ci yerdədir. Rand ona Seytenşini öldürməyi əmr edir, lakin Encu ona mane olur, sonda isə Rentaro tərəfindən məğlub edilir. Tina ondan onu öldürməsini istəyir, lakin Rentaro bunu rədd edir. Seytenşi onun canını bağışlayır və Tina Tendo Mülki Təhlükəsizliyində işləməyə başlayır. Daha sonra Kisaranın inisiatoru olur. Tina da Encu kimi Rentaronu çox sevir və ona həmişə "oni" (azərb. "böyük qardaş") kimi xitab edir.
Seitenşi müharibədən sonra Yaponiyanın ən böyük beş bölgəsindən biri olan Tokio bölgəsinin lideridir. Əsl adı bilinmir. İdealistikdir və hər kəsin harmoniya içində yaşamasını arzu edir. Hazırda lənətli uşaqlar üçün insan hüquqlarının qəbul edilməsi üçün çalışır və buna görə də Mərhum nəsil ondan narazıdır.
Kikunoco Seytenşinin məsləhətçisidir və əlində güclü siyasi güc cəmləyib. Kisaranın babasıdır və Rentaronun tərbiyəçisidir. Həyat yoldaşı 10 il əvvəl qastreyalar tərəfindən öldürüldüyündən Seytenşinin lənətli uşaqlar üçün hüquq qəbul etdirməsi təklifindən məmnun deyil.
Miori Maqata liseyinin məktəb şurasının prezidentidir və Rentaronun sponsorudur. O və Kisara bir-birilərinə nifrət edirlər, çünki hər ikisi Rentaronu sevirlər.
Kaqetane mülki təhlükəsizlikdə promoter idi, lakin daha sonra qətlərinə görə lisenziyasını itirmişdir. Kaqetane "Yeni İnsan Yaradılış Planı"nın məhsuludur və Tokio bölgəsini məhv etmək istəyir. O və inisiatoru Rentaro və Encu tərəfindən məğlub edilir, lakin daha sonra Rentaroya Üçüncü Kanto müharibəsində kömək edir.
Kayo Şoqenin delfin tipli inisiatorudur. IQ-sü 210-dur, lakin ön cəbhələrdə döyüşmür. Hiruko cütlüyünü məğlub etmək əməliyyatında Şoqendən ayrı düşür və Rentaro ilə qarşılaşır. Qastreyalarla döyüşən zaman bədəninə böyük miqdarda qastreya virusu daxil olur. Kayo hələ insan formasında ikən ölmək istəyir və Rentaro onun xahişini yerinə yetirib onu öldürür.
Kazumitsu Kisara 4 qardaşından biridir. Kisaranın valideynlərinin öldürülməsində iştirak etmişdir. Kazumitsu varanium monolitlərinin tikintisində varaniumların konsentrasiyasını azaldaraq xərclərə qənaət edib və əldə etdiyi pulla siyasi mövqə qazanıb. Lakin tikdirdiyi monolitlərdən biri qastreyalardan tərəfindən məhv edildikdən sonra Kisara onun günahkar olduğunu üzə çıxarır və onu öldürür.
Sumire Dörd dahidən biridir və "Yeni İnsan Yaradılışı Planı"nın üzvlərindən biridir. Maqata liseyinin yaxınlığındakı tibbi məktəbdə tədqiqatçıdır Rentaronun məsləhətçisidir. Rentaro ona "sensey" olaraq xitab edir. On il əvvəl Sumire Rentaronun həyatını xilas etmiş və ona varanium protezləri vermişdir.
Ayn Dörd dahidən biridir. Mexaniki Əsgər Planının Amerika Diviziyası – "NEXT"-ə başçılıq edir. Ayn Dörd dahi arasındakı razılığı pozaraq sağlam lənətlu uşaqları "HYBRID" adlı mexaniki inisiatorlara çevirir. Ayn Tina Sprautun inisiatorudur, lakin heç vaxt döyüşmür, sadəcə əmrlər verir.
Şoma Rentaronun dostlarından biridir və Tendo stilində döyüşməyi bacarır. Müharibə zamanı Rentaronun dəstək qrupuna qoşulur. Qastreya ordusunun lideri Aldebaranı məhv etmək üçün özünü fəda edir.
Midori Şomanın pişik tipli inisiatorudur. Midori çox utancaq qızdır. Hekayədəki digər lənətli uşaqlardan fərqli olaraq onun pişik qulaqları var və bunu gizlətmək üçün cadugər papağı taxır. Üçüncü Kanto müharibəsində ölümcül dərəcədə qastreya virusuna yoluxur və komandaya yük olmamaq üçün intihar edir.
Naqamasa Üçüncü Kanto müharibəsi ordularının lideridir. Rentaronun komandası əmrlərə tabe olmadığından Rentaronu ölüm missiyasına – civə püskürən Pleyadi adlı təhlükəli qastreyanı öldürməyə göndərir. Daha sonra döyüşlərin birində ölür. Onun yerini Rentaro doldurur.
Ranobe seriyası Saki Ukayın rəssamlığı ilə Şiden Kanzaki tərəfindən yazılır. İlk cildi 10 iyul2011-ci ildə ASCII Media Works nəşriyyatı tərəfindən Dengeki Bunko imprinti altında buraxılmışdır.[2]10 aprel2014-cü ildə kimi 7 cildi nəşr olunmuşdur.[3] Şimali Amerikada Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.[4]
№
Başlıq
Yapon versiyasının nəşr tarixi
İngilis versiyasının nəşr tarixi
1
Tanrı olacaq şəxslər Kami o Mezashita Mono Tachi (神を目指した者たち)
Morinohonun rəssamlığı ilə istehsal olunan manqa adaptasiyası 27 avqust2012-ci ildən[16]27 iyun2014-cü ilə kimi[17]ASCII Media Works nəşriyyatının "Dengeki Maoh" jurnalında nəşr olunmuşdur. 27 may2013-cü ildə ilk cildi buraxılmışdır.[18]27 iyun2014-cü ilə qədər isə 4 cildi buraxılmışdır.[19] Bundan əlavə, 10 mart 2014-cü ildə abua tərəfindən hazırlanmış "Black Bullet Interlude Fakkyu!" adlı çibi-manqası buraxılmışdır.[20]
Kinema Citrus studiyası tərəfindən anime adaptasiyasının çəkiləcəyi 6 oktyabr2013-cü ildə Dengeki Bunko imprintinin "Autumn Festival 2013"[27][28] Rejissoru Masayuki Kocima, ssenaristi Tatsuhiko Urahata, Senbon Umişima personaj dizayneri, Şiro Saqisu bəstəkar, Yo Yamada səs rejissorudur.[29] Anime serialı 8 aprel 2014-cü ildən 1 iyul 2014-cü ilə kimi yayımlanmışdır və 13 seriya davam etmişdir.[30]Crunchyroll animeni ABŞ, Kanada, Böyük Britaniya, İrlandiya, Avstraliya, Yeni Zelandiya, CAR, Niderland, Skandinaviya, Türkiyə, Latın Amerikası, İtaliya, İspaniya, Portuqaliya, Orta Şərq, Ərəb Liqası, Fransa, Belçika, İsveçrə, Andorra, Lüksemburq, Əlcəzair, Tunis, Mərakeşdə yayımlamışdır.[31] Şimali Amerikada Sentai Filmworks tərəfindən lisenziyalaşdırılmış və dublaj edilmişdir.[32][33]
Açılış mahnısı fripSide tərəfindən ifa olunan "black bullet" mahnısı,[29], bağlanış mahnısı isə Naqi Yanaqi tərəfindən ifa olunan "Tokohana" (トコハナ?) mahnısıdır.[34] Bundan əlavə, 4-cü seriyada bağlanış mahnısı kimi "Wasurenai Tame ni" (忘れない為に?), 13-cü seriyada bağlanış mahnısı kimi "Wasurenai Tame ni for lotus" (忘れない為に for lotus?) mahnısı səsləndirilmişdir. Hər iki mahnı Naqi Yanaqi tərəfindən ifa olunmuşdur.
Anime News Network-dən beş tənqidçi animenin ilk seriyasını dəyərləndirmişdir:[35] Houp Çapman döyüş səhnələrini baxmağa dəyər adlandırmış, amma bir başqa tənbəl ranobe adaptasiyası olduğunu qeyd etmişdir. O, yan qadın personajlarını qınanmağa dəyər hesab etmiş, Encu Ayharanı "otaku yemi" adlandırmışdır; Bambu Don və Karl Kimlinqer layiqincə yazıldığına, hekayəyə və personajların inkişafına kifayət qədər yer ayrıldığına görə animeni tərifləmişdirlər. Bambu animenin növbəti seriyalarda daha yaxşı olacağını, Karl isə öz növündə olan animelərlə eyni olduğunu bildirmişdir; Rebekkaa Silverman girişin maraq oyatdığını, lakin potensialına çatması üçün hekayə üzərində işləməyin lazım olduğunu qeyd etmişdir. Beşinci tənqidçi Teron Martin da döyüş səhnələrini tərifləmiş və bildirmişdir ki, anime daha qaranlıq hal almaq istəsə də, "otaku tələləri"ni atmadan bu məqsədinə çata bilmir.[35]
Kotaku-dan Riçard Aysenbeys anime haqqında mənfi fikirlər bildirmişdir. O demişdir ki, birlikdə işlənməyən janrların bir-birinə qarışmasına görə anime batıb qalıb, digər animelərin şablon qurmasına malikdir və hekayə boşluqlarla doludur. Tənqidinin sonunda isə bildirir: "Mən sadəcə "Black Bullet"-i heç kimi tövsiyə etməzdim. Bu qarışıq animedir."[36] Animenin birinci seriyasına qiymət verən Fandom Post tənqidçisi Emetist Beveric məzmunu və personajları ümidverici hesab etmiş, Rentaro ilə Encu arasındakı münasibətləri əyləncəli adlandırmışdır.[37]THEM Anime Reviews-dan Allen Mudi animenin ona "Beyond the Boundary" animesini xatırlatdığını qeyd etmişdir. O, animenin döyüş səhnələrini və sonuncu seriyasını bəyənmiş, lakin "harem personajları"nın animeyə zərbə endirdiyini ifadə etmişdir.[38]