Black Isle Studios (əvvəlki adı: Dragonplay) — videooyun istehsalçısı və yayımçısı "Interplay Entertainment" şirkətinin rol videooyunları üzrə şöbəsi. Studiya digər istehsalçılardan da bir neçə oyun satışa çıxarmışdır
Black Isle Studios | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tipi | özəl şirkət[d] |
Sənaye | videooyun sənayesi[d] |
Məhsulu | proqram təminatı[1] |
Təsis tarixi | 1996 |
Bağlanma tarixi | 8 dekabr 2003 |
Əvvəlki adı | Dragonplay |
Baş qərargahın yeri | |
Struktur | |
Ana şirkət | Interplay Entertainment |
Rəhbərlik | |
Təsisçi | |
blackisle.com |
"Black Isle Studios" studiyasının baş qərargahı ABŞ-nin Kaliforniya ştatının İrvin şəhərində yerləşir.[2] Şöbə 1996-cı ildə "Dragonplay" adı ilə qurulmuş, sonradan 1998-ci ildə "Black Isle Studios" adını almışdır.[3] Studiyanın adı qurucu Ferqus Urkhartın əslən olduğu Şotlandiyanın Blek-Ayl yarımadasından gəlir.[4] Studiya "Fallout" seriyasındakı ilk iki videooyun üzərində işləməklə yanaşı, "Planescape: Torment" ilə də tanınır. Studiya "Icewind Dale" və sadəcə yayım sahəsində iştirak etdiyi "Baldur's Gate" rol videooyun seriyası ilə də uğur qazanmışdır. 1999-cu ildə "IGN" saytını "RPG Vault" layihəsi studiyanı "İlin istehsalçısı" mükafatına layiq görmüşdür.[5] Bir müddət sonra "Interplay" şirkəti maddi çətinliklərlə üzləşmiş, nəticədə isə "Black Isle Studios" 2003-cü ilin sonunda bağlanmışdır.[6]
"Interplay" eyni ad altında yeni rol videooyunları satışa çıxarmaq məqsədilə studiyanı 2012-ci ilin avqustunda yenidən açmışdır.[7] "Black Isle Studios" 2021-ci ilin may ayında "Baldur's Gate: Dark Alliance" videooyununun remaster edilmiş versiyasını satışa çıxarmışdır.[8]