Ferqus Urkhart (ing. Feargus Urquhart; 19 aprel 1970, Tastin[d], Kaliforniya) — Şotlandiya əsilli ABŞ geymdizayneri və "Obsidian Entertainment" şirkətinin baş direktoru.[1][2][3]
Ferqus Urkhart | |
---|---|
Doğum tarixi | 19 aprel 1970 (54 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti | mühəndis, video oyun tərtibatçısı[d], video oyun rejissoru[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Urkhart xüsusilə "Black Isle Studios" studiyasının rəhbəri olaraq "Interplay Entertainment" şirkətindəki işləri ilə tanınır.[4][5] Studiya Urkhartın 1997-ci ildə qurduğu "Interplay"in daxili rol videooyun şöbəsi idi. Urkhart onlarla birlikdə ilk iki "Fallout" oyunu üzərində çalışmışdır.[6]
Urkhart və bir neçə digər işçi "Interplay" şirkətinin maddi çətinliklərlə üzləşdiyi və "Black Isle Studios" studiyasının gələcəyi qeyri-müəyyən olduğu bir dövrdə şirkəti tərk etmişdir. Onlar 2003-cü ildə "Obsidian Entertainment" şirkətini qurmuşdur.[7]
Urkhart ABŞ-nin Kaliforniya ştatının Vest-İrvin şəhərində yaşayır. O, Marqo adlı bir qadınla evlidir və cütlüyün iki övladı var.[3]
1999-cu ildə "IGN" saytının "RPG Vault" layihəsi ona "İlin elan edilməmiş qəhrəmanı" mükafatını vermiş və əlavə etmişdir ki, "o, həmişə şan-şöhrəti özündən uzaqlaşdırmağa tələsdiyi üçün azarkeşlərin böyük əksəriyyəti Ferqusun "Black Isle" buraxılışlarına verdiyi töhfələrdən xəbərsiz qalır".[8]