Leonard Boyarski

Leonard Boyarski (ing. Leonard Boyarsky; XX əsr) — ABŞ geymdizayneri və rəssamı. O, daha çox "Interplay Entertainment" şirkətinin "Black Isle Studios" studiyasındakı işləri, xüsusilə də "Fallout" (1997) və "Fallout 2" (1998) videooyunlarının istehsalındakı rolu ilə tanınır. Boyarski həmçinin, "Troika Games" studiyasının həmtəsisçidir. O, burada "Arcanum: Of Steamworks and Magick Obscura" (2001) və "Vampire: The Masquerade – Bloodlines" (2004)[1] kimi videooyunların istehsalında iştirak etmişdir.

Leonard Boyarski
Doğum tarixi XX əsr
Təhsili
  • Kaliforniya Dövlət Universiteti, Fallerton[d]
Fəaliyyəti video oyun tərtibatçısı[d], oyun dizayneri[d]
leonardboyarsky.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leonard Boyarski eyni zamanda "Blizzard Entertainment" tərəfindən yayımlanan "Diablo III" (2012) videooyununda aparıcı dünya dizayneri kimi çalışmışdır.[2]

Başlıq İl Rol(lar)
Castles 1992 Titrlar
Unnatural Selection 1993 Rəssam köməkçisi
Stonekeep 1995 Baş rəssam
Fallout 1997 Rəsm rejissoru, orijinal oyun dizaynı
Fallout 2 1998 Əsas süjet xətti, ərazilər, personajlar
Arcanum: Of Steamworks and Magick Obscura 2001 Layihə rəhbəri, rəsm rejissoru, dizayner, ssenarist
Vampire: The Masquerade – Bloodlines 2004 Layihə rəhbəri, rəsm rejissoru, dizayner, ssenarist
Diablo III 2012 Baş dünya dizayneri
Diablo III: Reaper of Souls 2014 Baş dünya dizayneri
The Outer Worlds 2019 Rejissor (Tim Keyn ilə)
  1. Nunneley, Stephany. "Diablo 3, Vampire: The Masquerade – Bloodlines dev joins Obsidian Entertainment". VG247. April 13, 2016. April 14, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 14, 2016.
  2. "Archived copy". sentyabr 6, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: sentyabr 6, 2008.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]