Blinovo (Soçi)

BlinovoKrasnodar diyarının Soçi şəhərində mikrorayon. Blinovo mikroroyonu Adler rayonunun ərazisində yerləşir. İmeretin düzənliyinin şimal-qərbində yerləşir. Qara dəniz sahillərindən 3,5 km aralıdadır.

Blinovo
rus. Блиново
43°26′48″ şm. e. 39°55′12″ ş. u.
Ölkə  Rusiya
Region Krasnodar diyarı
Rayon Adler rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1920
İlk məlumat 1920
Rəqəmsal identifikatorlar
Telefon kodu 244ХХХХ
Poçt indeksi 354340
Xəritəni göstər/gizlə
Blinovo xəritədə
Blinovo
Blinovo
Blinovo xəritədə
Blinovo
Blinovo

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Üç tərəfdən meşə zolağı ilə əhatə olunmuşdur. Meşə zolağı dənizkənarı zonadan federal avtomobil yolu ilə ayrılır. Bu ərazi Kaspiyskaya küçəsi adlanır.

Blinovoda iki uşaq bağçası, bir məktəb, sənaye malları və ərzaq mağazaları var. Adler və Soçinin mərkəzinə ictimai nəqliyyatla çatmaq olar.

Ərazinin iqlimi əsasən subtropikdir. İsti yay və az qarlı qışI ilə xarakterizə olunur. Dənizdən uzaqlaşdıqca iqlimin kontinentallığı yüksəlir. Orta illik hava temperaturu təxminən + 14,2 ° C-dir və yanvarda orta + 5,3 ° C-dən iyulda + 23,2 ° C-ə qədər dəyişir. İllik orta yağıntı təxminən 1300 mm-dir. Baş Qafqaz silsiləsinin şimal yamacından asılı olaraq, cənub yamacında yağıntının əsas miqdarı qışda düşür.

Tarixi[redaktə | mənbəni redaktə et]

Mikrorayonun tarixi 1920-ci illərdə 1-ci Süvari Ordusunun 2-ci Süvari Diviziyasının əsgərlərinin əhəmiyyətli bir hissəsinin Adlerə gələrək həlak olmuş diviziya komandiri, Vətəndaş müharibəsi qəhrəmanı M.F.Blinovun[1] adına kommuna təşkil etdiyi vaxtdan başlayır. Sonralar kommuna iriləşdirilmiş Blinov kolxozuna çevrildi. 1960-cı illərdə isə Blinov kolxozu Kalinin adına 11 saylı meyvə-tərəvəz sovxozuna birləşdirilib. Sonralar "Vosxod" sovxozu adlanıb. Ən böyük tərəvəz, çay və tütün istehsalçısı.

Təhsil müəssələri[redaktə | mənbəni redaktə et]

Mikrorayon ərazisində 1989-cu ildə tikilmiş Soçi şəhəri büdcəli 28 saylı orta məktəb yerləşir.

Küçələri[redaktə | mənbəni redaktə et]

Mikrorayonun əsas küçəsi şəhərdə Kaspiyskaya küçəsi adı ilə tanınan Novorossiysk-Suxumi federal magistiral yoludur. Digər küçələr: Blinov küçəsi, Blinov zolağı. Əsasən, bütün yaşayış binalarının Lesnaya küçəsi ünvanı var.

Blinovo meşəsi[redaktə | mənbəni redaktə et]

Dəniz sahilinə perpendikulyar uzanan mikrorayonun yuxarı hissəsində təbiətin nadir guşəsi — fıstıq meşəsi qorunub saxlanılıb. Qafqazın Qara dəniz sahillərinin florasının bütün müxtəlifliyi meşədə təmsil olunur. Fıstıq meşəsinin yarusları aydın görünür. Kolluq və ot örtüyü yaxşı qorunub saxlanılır. Meşədə bir neçə böyük ekoloji zonalar var. Meşənin şərq hissəsində iki göl var: "Blinovo" və "Yaşıl".

Görməli yerləri[redaktə | mənbəni redaktə et]

Müqəddəs Məryəm Maqdalena kilsəsi

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Названо в честь командира Красной Армии М. Ф. Блинова". 2013-12-03 tarixində arxivləşdirilib.