İmeretin ovalığı — Rusiya dövlət sərhədinin keçdiyi Mzımta və Psou çayları arasında, Qara dəniz sahilində, Soçi şəhərinin Adler rayonunu yerləşdiyi ovalıq. İmeretin ovalığı ərazisində, 2014 -cü ildə XXII Qış Olimpiya Oyunları üçün tikilmiş Olimpiya Parkı və digər obyektlər var.
İmeretin ovalığı | |
---|---|
rus. Имеретинская низменность | |
Ümumi məlumatlar | |
Sahəsi | 1300 ha |
Yerləşməsi | |
43°24′08″ şm. e. 39°57′53″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İmeretin ovalığının ərazisində, 2014-cü il Olimpiadası üçün olimpiya obyektləri tikilməzdən əvvəl yaşayış məntəqələri var idi: Nijne-İmeretinskaya körfəzi, "Rusiya", "Yujnıye kultury" sovxozları və Mirnı kəndi. Imeretin ovalığı təxminən 1300 hektar ərazini əhatə edir.
Ovalıq ərazisində IX-X əsrlərə aid bir xristian məbədinin qalıqları var və bunun əsasında hazırda muzey təşkil etmək planlaşdırılır.[1]
Nijne-Imeretinskaya körfəzi sahilində tarixən kazaklar-nekrasovların evləri və torpaq sahələri var idi. Ərazidə Marlinski qəsəbəsi var idi. 2011-ci ildə əhalinin əksəriyyəti Nekrasovskoye köçürüldü. Buna səbəb ərazidə Olimpiya oyunları üçün qurğuların tikilməsi idi.[2][3][4]. Beynəlxalq əhəmiyyətə malik ornitoloji ərazi statusunu, habelə heyvanlar aləmini və yaşadıqları qorumaq, bərpa etmək və çoxaltmaq üçün İmeretin ovalığında ümumi sahəsi 298.59 hektar olan təbii ornitoloji park yaradılmışdır. Təbii ornitoloji park 14 klasterdən ibarətdir. Onlardan 6-sı Psou çayının vadisindəki alçaq dağ təpələrində, digər 8-i isə birbaşa İmeretin ovalığında yerləşir. [5].
Olimpiya obyektlərinin inşası zamanı Mzımta çayından İmeretin ovalığının çimərliklərinə qum və çınqıl axınının qarşısı alındı. Nəticədə çimərliklər dəniz suları tərəfindən parçalanır və ovalıq əraziləri su basması təhlükəsi meydana gəldi.[6]
1 Fevral 2020-ci ildə İmeretin ovalığında, Adler rayonuna tabe olan ərazidə şəhər tipli Sirius qəsəbəsi inşa edildi.[7]
Imeretin ovalığının bənzərsizliyi çar hökuməti tərəfindən tanındı. 1911 -ci ildə xüsusi qorunan təbiət zonası statusu aldı.
Hazırda təbiət parkının ərazisində 179 quş növünə rast gəlinir. Quşlar burada qışlayır və ya köç zamanı dayanır. Onlardan 18 -i Krasnodar diyarının Qırmızı Kitabına, 16 növü Rusiya Federasiyasının Qırmızı Kitabına daxil edilmişdir[8]