Boğayrı oymağı

Boğayrı və ya Bəğayrı Gəraylı elinin oymaqlarındandı.3 əsr qabaqdan İsfərayenin neçə qismində və Nişapur ilə Səbzivarın neçə kəndində yaşayırdılar.Əfşarlar dövründə, Boğayrıların neçə başçısı AzərbaycanGürcüstanın baş komandiri və Farsın hakimi oldular.Fətəli şah Qacar dövründə bu tayfanın bəzi əmirləri dəfələrlə Qacar dövlət ilə düşmənçiliyə qalxdılar. Onların ən məşhuru Səadət Qulu xan Boğayrı və qardaşları idi.Nasirəddin şah Qacar dövründə Boğayrı əmirlərinin gücü, tədricən azaldı və irsi hükimət Boğayrı əmirlərinin ailəsindən çıxdı.İndi bu oymağın törəmələri Esfərayenin BamSəfiabad şəhərləri ilə yanaşı MəşhədTehranda da yaşayırlar.

Bəğayirilər Nadir şah dövründə

[redaktə | mənbəni redaktə et]

Nadirqulu xana qarşı fitnə quran qüvvələr bununla da kifayətlənmədilər. Onlar qərara aldılar ki, Nişapurla Səbzəvar arasında məskunlaşan Bəğayiri tayfasına divan tutsunlar. Çünki bu tayfa Nadiri müdafiə edirdi və həmin tayfanın talan edilməsi Nadiri də özündən çıxara bilərdi. Nadir Herata tərəf hərəkət etdiyi zaman doğrudan da Səbzəvar ətrafında toplanmış olan dəstələr Bəğayiri camaatını soyub talamağa başladılar. Bəğayiri camaatı onları təhdid edən təhlükənin xeyli ciddi olduğunu görüb şah qoşunlarına qarşı müxalifət yaratdılar və müqavimətə əl atdılar. Eyni zamanda baş verənlər barədə Nadirə xəbər göndərdilər. Bu xəbəri alan kimi Nadir qoşunları ilə yenidən Məşhədə döndü. Əbdali əfqanları da bundan istifadə etdilər. Musa xanın rəhbərliyi altında olan əbdali əfqanları Biyarcümənd və Qayinə hücum edib oraları talan etdilər. Əbdali əfqanlarının bu yürüşləri Nadirin gümanlarının doğru olduğunu sübut etdi. O, Şah Təhmasibin yanına adam göndərib əbdali əfqanlarının Heratdan qovulmasına kömək göstərilməsini xahiş etdi. Nadir eyni zamanda Bəğayiri camaatına divan tutulmasını səbəblərini aydınlaşdırmağa çalışdı.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Bəğayrı Encyclopaediaislamica saytında
  • Tiflis Encyclopaediaislamica saytında