Boğurxan

BoğurxanAzərbaycan Respublikasında, XocalıXocavənd rayonları sərhəddində, Qızıloba kəndindən 1 km. şimalda dağ. Hündürlüyü 1584 metrdir. Dağın şimal-şərq yamacları meşəlikdir. Xanaşençay bu ərazidən başlayır.[1]

Boğurxan
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1584 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət

Boğurxan dağı Köndələnçayın yaxınlığındadır. Bağırxan, Bağırqan da adlanır. Oronim orada müqəddəs sayılan Boğurxan qayasının adı ilə bağlıdır. Qırmızı rəngli, vulkan mənşəli suxurdan ibarət olan bu qayanın başında qədim məbəd xarabalığı var. Bu pirə sonsuz qadınlar müraciət edirlər. Tədqiqatçılar belə güman edirlər ki, Boğurxan din xadimi olmuş və orada dəfn edildikdən sonra qəbri sitayiş yerinə çevrilmışdır.[2]

  1. Azərbaycan Milli Ensiklopediyası. IV cild. Bakı, 2013, səh. 221
  2. Boğurxan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.