Boş yerə təbil vurma (rus. ...В барабан не бью без толку...) qısametrajlı sənədli filmi rejissorlar Andrey Pavlenko və Tahir Əliyev tərəfindən 2011-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyası və Lennauçfilmin birgə istehsalıdır. Film Rusiya Dövlət Mükafatı laureatı, bu ölkənin Əməkdar İncəsənət Xadimi, sovet kinosunun tanınmış səs rejissoru və operatoru, həmvətənimiz Ələkbər Həsənzadəyə həsr olunmuşdur.
Boş yerə təbil vurma | |
---|---|
...В барабан не бью без толку... | |
Janr |
sənədli qısametrajlı bioqrafik |
Rejissorlar |
Andrey Pavlenko Tahir Əliyev |
Prodüserlər |
Böyükağa Məmmədov Anton Smirnov |
Ssenari müəllifləri |
Andrey Pavlenko Ələkbər Həsənzadə |
Operatorlar |
Sergey Smirnov Elxan Rüstəmov Dmitri Sidorov Yuri Qorbaçevski |
Bəstəkar | Camal Nəsirov |
İstehsalçılar |
"Salnamə" sənədli filmlər studiyası Lennauçfilm |
İlk baxış tarixi | 2011 |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 39 dəq. |
Ölkələr |
Azərbaycan Rusiya |
Dil | rusca |
İl | 2011 |
Rəng | rəngli |
Ekran əsəri Rusiya Dövlət Mükafatı laureatı, bu ölkənin Əməkdar İncəsənət Xadimi, sovet kinosunun tanınmış səs rejissoru və operatoru, həmvətənimiz Ələkbər Həsənzadəyə həsr olunmuşdur.[1]
Ə. Həsənzadə 2000-ci ildə Rusiyanın “Nika” mükafatını alan ilk azərbaycanlı kino ustasıdır.[1]