Bob Marli

Robert Nesta "Bob" Marli (6 fevral 1945, Nayn Mayl, Yamayka — 11 may 1981, Mayami) — Yamaykalı musiqiçi və Rastafari hərəkatının üzvü. Reqqi musiqisinin tanınmasında əvəzsiz rolu olmuş Bob Marley "I shot the sheriff", "Bad Boys", "No Woman, No Cry", "One Love" və s. hitlərin müəllifidir. Məhz reqqi musiqisi onun beynəlxalq müvəffəqiyyətinin sayəsində Yamayka xaricində geniş şöhrət əldə etmişdir.

Bob Marley
Nesta Robert Marli
Ümumi məlumatlar
Doğum adı Robert Nesta Marley
Doğum tarixi
Doğum yeri Yamayka Yamayka, Nayn Mayl
Vəfat tarixi (36 yaşında)
Vəfat yeri ABŞ ABŞ, Mayami
Vəfat səbəbi melanoma[d][2]
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Fəaliyyət illəri 1962–1981
Janrlar reqqi, ska[d]
Musiqi alətləri gitara
Səs tembri tenor
Albom şirkətləri Island Records[1]
Mükafatları Order of Merit
əbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı
bobmarley.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yamaykalı musiqiçi, gitaraçı, vokalçı və bəstəkar Bob Marli — əsl adı Robert Nesta Marli 1945-ci il fevralın 6-sı anadan olub. Bobun ölümündən 30 il keçməsinə baxmayaraq o indiyədək Reqqi janrının ən yaxşı nümayəndəsi sayılır. Reqqini Yamayka sərhədlərindən kənarda bütün dünyaya məhz Bob Marli tanıdıb.

Bob Marli Yamaykanın Nayn-Mayls kəndində anadan olub. Onun atası Böyük Britaniya zabiti Norval Marli avropalı idi. Daha sonra o Yamaykada işlədiyi zaman 18 yaşlı Sedella Bukerlə tanış olur və onlar evlənirlər, lakin Bob doğulandan sonra Norval ailəni tərk edir. Buna baxmayaraq oğluna arabir baş çəkir və onlara maddi dəstək göstərirdi.

1950-ci illərin sonu Marli anası ilə Yamaykanın paytaxtı Kinqstona köçür. Onlar Trençtaun adlı kasıb rayonda məskunlaşırlar. Orada Marli Banni təxəllüslü Nevil Livinqstonla tanış olur və bir yerdə musiqi ilə maraqlanmağa başlayırlar. Məktəbi bitirdikdən sonra Marli dülgər işləyir, lakin boş zamanlarında öz musiqi bacarığını təkmilləşdirmək üçün məşqlər edirdi. Bu iki gəncə Yamaykanın o zamanlar məşhur musiqiçisi olan Co Hiqqs kömək göstərir. Marli və Banniyə pulsuz vokal dərsləri keçirdi. Tezliklə onlar Piter Makintoşla tanış olurlar. Piter bir müddət sonra Piter Toş kimi tanınmağa başlayır.

16 yaşı olarkən Bob Marli Co Hiqqslə yazdığı ilk parça Judge Not ilə debüt edir. 1963-cü ildə Hiqqsin köməyi ilə Marli vokal qrupu The Wailersi yaradır. Qrup üzvləri isə Piter Toş, Banni Livinqston, Cunior Breytueyt, Çerri Qrin və Beverli Kelso olur. 1964-cü ildə qrupun ilk singlı "Simmer Down Yamayka" hit paradlarının zirvəsini fəth edir. 80 min nüsxə satılır. 1965-ci ildə qrup üzvləri arasında seçim olur və kollektiv trio kimi yollarına davam edir, lakin bir neçə singldan sonra 1965-ci ildə qrup dağılır. Anası ilə ABŞ-na köçən Bob Marli bir müddət maşınqayırma zavodunda işlədikdən sonra geri Yamaykaya qayıdır və öz qrupu The Wailersi yenidən yaradır. Qrup bir neçə janrda mahnılar ifa edirdi. Ska, kalipso, fyujn, lakin adadan qıraqda heç bir popularlıq qazana bilmirdi. 1971-ci ildə Bob Marli amerikalı musiqiçi Con Neşlə müqavilə imzalayır və ona 2 mahnı bəstələyir. "Guava Jelly" və "Stirt it Up" əsl hitə çevrilir. 1972-ci ildə The Wailers nəhayət ki beynəlxalq musiqi şirkəti olan İsland Recordsla müqavilə bağlayır, Yamaykadan kənarda işıq üzü görən ilk albom "Catch A Fire"i satışa çıxarırlar. Qrupun şöhrəti getdikcə artırdı. Bu işdə onlara The Wailersin "İ Shot The Sheriff" parçasını oxuyan məşhur musiqiçi Erik Kleptonda çox kömək göstərirdi. 1973-cü ildə qrup Amerika turnesinə çıxır, lakin Toş və Livinqston solo karyeraya başlayaraq kollektivdən ayrılırlar.

Bob Marli The Wailersin tərkibinə qadınlardan ibarət trio "İ-THREE"-ni daxil edir. Onların arasında Bobun həyat yoldaşı Rita Marlidə var idi. Qrupun adını dəyişib Bob Marli And The Wailers edir və Hiqqslə birgə Afrika, Avropa, Şimali və Cənubi Amerika turnesinə yola düşür. 1970-ci illərin ortaları Bob Marli və onun qrupu artıq bütün dünyada reqqi janrının lideri sayılırdı. Bütün yeni mahnıları reytinq cədvəllərinin zirvəsini fəth etmişdi.

Yamaykada Bob Marli əsl əfsanəyə çevrildi. Onun siyasi və dini baxışları auditoriya tərəfindən dəstəklənirdi. 1976-cı ildə siyasi qalmaqal nəticəsində onu yaralayırlar. Ağır yara almasına baxmayaraq nəzərdə tutulan bütün konsertlərdə iştirak etdi. Və buna açıqlama olaraq "dünyada çox qəddarlıqlar var, lakin bir günü belə hədər yerə sərf etməyə ixtiyarımız yoxdur" şüarını irəli sürdü. 1977-ci ildə futbolda aldığı zədədən sonra Bob Marlinin ayaq barmağında bədxassəli melanoma xəstəliyi aşkar olunur, lakin dini baxışlarına görə o barmağının kəsilməsinə qarşı çıxır. Bədən bütöv qalmalı idi və heç bir üzv ondan ayrıla bilməzdi. Həm də barmağı kəsilsə səhnədə şou göstərə və futbol oynaya bilməyəcəkdi.

Bob Marli 1980-ci ildə müstəqilliyini bərpa edən Zimbabvedə konsert verir. Artıq bu müddət ərzində Marli Afrika birliyinin simvoluna çevrilmişdi. Ardınca uğurlu Almaniya qastrolları oldu, lakin Amerika turnesi Bob Marlinin Nyu York parkında qaçışa çıxdığı zaman özündən getməsi nəticəsində təxirə salındı. Səbəbsə xərçəng xəstəliyinin irəliləməsi idi. Bir müddət müalicə alan Marlinin artıq sağalmağına şansı qalmamışdı.

Bob Marli Yamaykada şərəf ordeni ilə təltif olunur və son günlərini vətənində keçirməyi arzulayırdı, lakin Almaniyadan üçüşü məcburi enişlə Mayamidə başa vururlar. Müalicələrə baxmıyaraq Bob Marli 1981-ci il 11 may tarixində xəstəxanada dünyasını dəyişir. Onun sonuncu sözləri isə "Həyatı pul ilə almaq olmur" idi. Bob Marlini Yamaykada dəfn edirlər. Yanına isə onun gitarası Gibson Les Paul, futbol topu və Efiopiya şahzadəsinin ona hədiyə etdiyi incil ilə üzüyünü qoyurlar.

Bob, The Wailers'dən ayrıldıqdan sonra üç qadın reqqi musiqiçidən ibarət olan The I-Threes qrupuna musiqi sahəsində kömək etmişdir. Qrupun üzvlərindən biri olan Judy Mowatt təcrübəli musiqiçi üçün bu sözləri demişdir; "Bob Marli'nin musiqi infrastrukturu o qədər inkişaf edib ki, o özü musiqi ensiklopediyası kimidir"

1978-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən, Afrika insanına edilən yardımlara, mahnılarıyla dəstək verdiyi üçün Bob Marli'yə "Sülh Medalı" təqdim edilmişdi.

Həyatının son vaxtları

[redaktə | mənbəni redaktə et]

1977-ci ildə futbol oynayarkən ayağının baş barmağından yara alan Marli'də dəri xərçəngi aşkar edildi. Onun baş barmağı kəsilməli idi. Marli, Rastafari dini inancına görə "Bədən bütöv qalmalıdır" ifadəsini əsas gətirərək amputasiyadan imtina etdi. Çünkü Rastafari dini inancına görə bədən, məzara tək parça halında girməlidir.

Rasta amputasiyanı qəbul etmir. Mən imkan verməyəcəm ki, insan bədənini hissələrə bölsünlər.

1980-ci ildə Marli, Böyük Britaniyadan yeni müstəqillik əldə etmiş Zimbabvedə çıxış etdi. O vaxtlar Marli, xüsusilə müstəmləkə ölkələrində Afrika birliyinin rəmzi idi. Almaniya'dakı qastrol səfərləri uğurla davam edirdi. Marli, Madison Square Garden'də iki konsert verdikdən sonra Nyu-York'un mərkəzi parkında yürüş edərkən şüurunu itirdiyi üçün Amerika turnesi ləğv edildi. Bob Marli, Münhendə xərçəng xəstəlikləri üzrə mütəxəssis Jozef İsselsin yanında müalicə kursu keçdi. Ancaq müalicə vaxtı Marli'nin badamcıq vəziləri alındığı üçün ona hər gün qan köçürülürdü. Bu müalicə nəticəsiz qaldı. 4 may 1980-ci ildə Bob Marli Kinqston'da Efiopiya pravoslav kilsəsində xristian dinini qəbul edir və Berxane Sellasie (amxar dilində — Müqəddəs Üçlüyün İşığı) adını götürdü. Sonradan o müvəffəqiyyətinə görə Yamayka Hörmət Ordeni ilə mükafatlandırılır. 1981-ci ildə vəziyyəti ağırlaşan Marli son günlərini yaşamaq üçün Almaniya'dan ölkəsi Yamayka'ya təyyarə ilə səfər edərkən yolda vəziyyəti daha da kritik hal aldı. Təyyarə təcili tibbi yardım üçün Mayamiyə eniş edir. Mayami (Florida)'dakı Cedars of Lebanon xəstəxanasında 11 may 1981-ci ilin səhər saatlarında 36 yaşında vəfat edən reqqi ustası ölüm ayağında olarkən böyük oğlu Ziggy'nin qulağına son sözlərini pıçıldayır: "Pulla həyat almaq olmur". Ölmədən əvvəlki ay Marli'yə ölkə mədəniyyətinə verdiyi töhfələrinə görə Yamaykanın ən böyük mükafatı "Merit" verilmişdi, ancaq almağa ömrü çatmadı.

  • Sən deyirsən, yağışı sevirsən, amma çətir istifadə edib altında gedirsən. Sən söyləyirsən ki, günəşi sevirsən, lakin o parlayanda kölgə axtarırsan. Sən deyirsən ki, küləyi sevirsən, ancaq o gələndə pəncərəni bağlayırsan. Bax elə ona görə də mən qorxuram — siz mənə "mən səni sevirəm" deyəndə.
  • Atam mənə dedi ki, mənə etdiyini övladından çəkərsən. Atama dedim ki, atana etməsəydin məndən çəkməzdin.
  • Əslində hər kəs sevdiyi insana baxırmış kimi həyata baxsa, bəlkə də həyat bu qədər acı verməkdən vazkeçərdi insanlara.
  • Bəlkə də ilk əvvəl səhv insanlarla tanışmasaydıq, doğru insanı tapdığımızda onların dəyərini anlaya bilməzdik.
  • Kişi, ya da qadın ikisinin də bildikləri doğrudur, amma qadının təxmin etdiyi hər şey, kişinin əmin olduğu şeydən daha doğrudur.
  • Hər şeyinlə sevərsən, bütün gücünlə bəlkə də, amma yenə itirərsən. Niyəmi? Çünki hər "sevirəm" deyəni adam zənn edərsən.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 https://www.theguardian.com/music/2005/feb/04/bobmarley60thanniversary.bobmarley.
  2. https://scienceblog.cancerresearchuk.org/2014/08/20/bob-marley-genomics-and-a-rare-form-of-melanoma/.