Rastafari hərəkatı və ya Rasta — 1930-cu illərdə Yamaykada yaranan yeni bir dini hərəkat.
O zaman Yamayka əsasən xristian mədəniyyəti olan bir ölkə və xalqının 98%-i qara qulların nəslindən idi[1][2]. Efiopiyanın son imperatoru olan Hayle Selassi (Ras Tafari Makonnen: vəliəhd Tafari Makonnen) tanrının dünyadakı əksi olaraq görən dinin və bu dinə bağlı olaraq ortaya çıxmış olan inanc və düşüncə formasınındır. Markus Qarvey də bu dinin peyğəmbəri kimi görülür. Buna qarşı, nə Hayle Selassi, nə də Markus Qarvey özlərini bu dinlə əlaqələndirmişlərdir. Bab Marleyin də mənsublarından biri olduğu bu dinin qurucusu Leonard Hovell olaraq tanınır.
Misir mənşəli Ra dinlərinin Xristianlıq və Yəhudilik ilə qarışığından ibarət olan bir dindir. Musanın əsl yol göstərdiyi müqəddəs qövmmün qaralar xüsusilə də Etiyopyalılar olduğunu müdafiə edir. Rastafari hərəkatında müqəddəs vəd edilmiş torpaqlara zion (bir mənada cənnət) deyilməkdədir. Rastafarianistlər öz içlərində bir çox qola ayrıldıqlarından müxtəlif inanclara və cah (jah) anlayışına sahib ola bilirlər.
Bu dinin ilahiləri daha sonralarıda Yamaykada reqqi musiqisinə qaynaqlıq etmişdir.
Rastanın rəngləri qara, qırmızı, sarı və yaşıldır. Qırmızı, yaşıl və sarı rəngləri Efiopiya bayrağı, və qara Afrika xalqını təmsil edir. Hər bir rəngin öz mənası vardır və bunlar rastafarianlar üçün çox mühümdür. Sarı bütün qızıl, ləl-cəvahirat və xəzinələr üçündür. Yaşıl insanların, üzərində getdiyi dünyadır. Qırmızı isə qara xalqın tökülən qanıdır.
Rastaların çoxu Köhnə Əhdin qayda qoyduğu yeməyə uyğun yeyərlər. Ətin məhdud növlərini yeyərlər. Qabıqlı dəniz heyvanı və donuz əti yeməzlər. Digərləri bütün ətlərdən çəkinirlər. Nazirit andını qəbul edən cərəyanlardır. Alkol istifadəsini ümumiyyətlə zərərli olaraq görürlər və siqaret istifadəsi də qəti qadağandır. Eyni zamanda rastafari dinində bədənin torpağa tək parça girməsi lazım olduğuna inanılar. Robert Nesta Marley (Bab Marley) 11 may 1981-ci ildə dəri xərçəngindən-rastaların tək parça ölümə inanmaları səbəbiylə ölmüşdür.
Rastalar saçlarını daramaz və kəsməzlər bu şəkildə uzanan saçlar bir müddət sonra Dredlak (Dreadlock) adını alan bir saç modelinə çevrilir. Rastalar bu şəkildə Cah (Jah)ın uzun dırnaqlarıyla bir gün onları yer üzündən götürüb Ziona aparacağını inanarlar. İndiki vaxtda dredlak şəklindəki saçlar Trend halına gəlmişdir, amma rastafariların çoxu bu saçın stil olaraq istifadə edilməsinə qarşıdır.