Bob Semple tankı

Bob Semple tankı - Yeni Zelandiya Daxili İşlər naziri Bob Semple tərəfindən İkinci dünya müharibəsində yaradılmış Yeni Zelandiya tankıdır. Əldə olan materiallardan istifadə edilməklə hərbi texnikaya olan ehtiyacdan yaradılmış olan bu tank traktorun üzərinə polad parçaları birləşdirməklə yaradılmışdır. Yaponiyanın Yeni Zelandiyanı işğal etmək qorxusundan yaradılmış olan bu tank ölkənin müdafiə edilməsi ehtiyacından yaradılmışdır.

Bob Semple
Bob Semple tankı
Bob Semple tankı
Tipi Əsas döyüş tankı
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1941
İstismar edənlər Yeni Zelandiya
İstehsal tarixçəsi
Konstruktor Bob Semple
Konstruksiya tarixi 1940-1941
İstehsalçı Yeni Zelandiya Daxili İşlər Nazirliyi
İstehsal illəri 1941-1943
Xüsusiyyətləri
Ağırlığı 25.4 ton (sonra 18 ton)
Zireh 8-12.7 mm[1]
Güc nisbəti 5 at gücü/ton
Əsas silah 6 ədəd Bren. 303 pulemyotu
Uzunluğu 4.20 m (13 ft 9 inç)
Eni 3,30 m (10 ft 10 inç)
Hündürlüyü 3,65 m (12 ft 0 inç)
Ekipaj 6-8
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəsmi konstruksiya və hazırlanma planına sahib olmayan bu tank yaradılmış, lakin çoxsaylı mexaniki qüsurları, istifadə edilməsinin praktiki cəhətdən olduqca çətin olması səbəbindən kütləvi istehsala və hərbi əməliyyat meydanlarına heç bir zaman buraxılmamışdır.[2]

Konstruksiya və yaradılması[redaktə | mənbəni redaktə et]

Yeni Zelandiyanın qonşusu Avstraliya kimi yerli zirehli müharibə maşını istehsal edəcəck sənayesi yox idi. Zirehli müharibə maşının Böyük Britaniyadan idxal ediləcəyi gözlənilirdi. Avstraliya və Yeni Zelandiya zireh və zirehli maşın istehsal edəcək ağır sənayeyə sahib olsa da çox az şey istehsal edilmişdi. Yeni Zelandiya Ordusunun mexanikləşdirilməsi fikri, müharibədən əvvəl irəli sürülsə də bu sahədə çox az uğurlara imza atılmışdı. Əfqanıstan və Çinə satılan[3] Caterpillar Model 35 şassisi üzərində[4] bir zirehli qutudan hazırlanmış 1937-ci il istehsalı olan ABŞ istehsalı olan Disston “Altı Ton Traxtor Tankı”nın istifadəsi məsləhət görülmüşdü.

Yeni Zelandiya bəzi digər ölkələrin zirehli yük maşınlarına oxşayan zirehli yük maşınları istehsal etmişdi və Avstraliyadan Böyük Britaniya istehsalı olan Universal Daşıyıcı (Universal Carrier) almaq planları baş tutmamışdı. Buna görə də Yeni Zelandiya hökuməti Avstraliyadan zirehli plakatlar idxal etdirmiş və öz imkanları hesabına tanklar və zirehli maşınlar istehsal etməyə qərar vermişdi. 1940-cı ildə Nasist Almaniyası tərəfindən Fransanın işğal edilməsi nəticəsində Böyük Britaniyanın əlində olan tanklar yox edilmişdi və beləliklə Yeni Zelandiyaya ixrac ediləcək tanklar da sıradan çıxmışdı. Yeni Zelandiya rəhbərliyi isə ABŞdan tanklar və zirehli maşınlar idxal etməyin əvəzinə daxili imkanlar hesabına istehsala qərar verildi.

Bu “traktor-tank”ın adekvat bir dizayn olacağı qərara alınmışdır; müdafiə tələb olunduqda, böyük bir tank üst quruluşu bir neçə saat ərzində bir traktor bazasına vurulacaq və beləliklə tankların tez çevrilməsinə və yerləşdirilməsinə imkan yaradılacaqdı.

İlk prototip (karbon poladlı) hal-hazırda asanlıqla tapıla bilən Caterpillar D8 tırtıllı traktorunun üzərində inşa edilmişdi. İctimai İşlər Departamenti 81 ədəd Caterpillar D8 traktoruna sahib idi. Eyni zamanda 19 ədəd də traktor əlçatan idi. Silah çatışmazlığı səbəbindən traktora 6 ədəd Bren pulemyotu yerləşdirilmişdi-hər tərəfdən biri, ikisi ön tərəfə, biri qülləyə və biri də, arxaya. Texnikanın hündürlüyü 12 ft (3.5 m)-dən çox idi və performansı çox zəif idi. Zireh plitəsinin olmaması səbəbindən mərmiləri sektirmə üçün dalğalı (manqan) örtükdən istifadə edilmişdir. Səkkiz nəfərdən ibarət olan ekipajı Bren pulemyotundan atəş aça bilmək üçün motorun üzərində yerləşdirilmiş bir silah yuvasının içərisinə girməli idi.[5]

Tanklar hərhansı bir rəsmi plan və ya planlamadan istifadə edilmədən yaradılmışdı. Bir traxtorun bir “traxtor tankına” çevrilməsini nəzərdə tutan bir Amerikan kartpostalında işləyən Bob Semple və TG Beck (Christchurch District Works Engineer)[6], tankların dizaynını təkmilləşdirdi. İctimai İşlər naziri olan Bob Semple mövcud qaynaqlardan istifadə edərək ilk tank sürətlə PWD Temuka zavodlarında istehsal edilmişdi. Əlavə əkizi, NZR Addington zavodlarında istehsal edilmişdir. İlk dəyəri 5.902 £; ikinci və üçüncünün dəyəri 4.323 £; ümumi dəyəri 10.225 £ olmuşdur (Baxmayaraq ki, ordu texnikanın yalnızca 3.414 £ dəyərində olmasını istəyirdi.[7]

Buradakı məqsəd, yapon istilası zamanı traxtorları tez bir zaman ərzində modifikasiya edərək cəbhə bölgəsinə göndərmək idi. Tanklar xalq tərəfindən gülüş obyektinə çevrildikdən sonra layihə ləğv edildi; Buna baxmayaraq, Bob Semple layihəsinin üzərində inadla dayandı və hətta “Daha yaxşı bir fikirlə gələn başqa bir şəxsi görə bilmirəm” dedi.[8]

İstifadəsi və performansı[redaktə | mənbəni redaktə et]

Tələblərin və resursların məhdud olması səbəbindən, tank funksional bir səhv idi. Böyük bir traxtorun baza kimi istifadə olunması və tələsik yaradılması, zəif qurulmuş bir tank üst qurğusuna sahib idi. Bundan əlavə yaradılmış tankların zirehi kifayət qədər güclü deyildi, çox ağır (20-25 ton), qeyri-sabit, sürət həddinin çox aşağı olması və sürətlər qutusunun dəyişdirilməsi üçün tankın mütləq dayandırılması lazım idi. Ayrıca olaraq, traxtorun quruluş forması və həddindən artıq titrəmələr səbəbiylə, tankdan atəş açmaq həm çox çətin, həm də qeyri-dəqiq idi. Bütün bu qeyri-məqbul dizaynlardan istifadə edilməsi səbəbinə görə, Bob Semple tankının “İndiyə qədər istehsal edilmiş olan ən pis tank” adını almasına səbəb olmuşdur.[9]

Son nəticə[redaktə | mənbəni redaktə et]

Sonunda, pratiki cəhətdən səmərəli olmadıqları üçün, tanklar ordu tərəfindən məhv məhv edilmişdirlər. Onlara orduda seriya nömrəsi olaraq NZ6292 (Papakurada) və NZ3494 & NZ 3495 (Burnham'da) verilmişdi. Birincisi, 1944-cü ildə zirehləri söküldükdən sonra Sakit okeana buraxıldı.[10]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2014-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-19.
  2. Kola (2000) , s. 352.
  3. Fletcher, Great Tank Scandal|page=103
  4. "A Place to Live and Work: The Henry Disston Saw Works". 2020-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-22.
  5. Fletcher, Great Tank Scandal|page=104
  6. Cooke|2000|p=354
  7. Cooke|2000|p=356
  8. Fletcher, Great Tank Scandal|page=104
  9. "The 'Semple' Tractor Tank". Tank Encyclopedia (ingilis). 2017-02-04. 2014-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.
  10. Cooke|2000|p=356