Boeing (ing. The Boeing Company) — dünyanın aparıcı aerokosmik şirkətlərindən biri. Eyni zamanda reaktiv kommersiya və hərbi təyyarələrin ən böyük istehsalçılarından biridir. Ayrıca, Boeing rotorlu təyyarə, elektron və müdafiə sistemləri, raketlər, peyklər, raket atıcı qurğular və inkişaf etmiş informasiya və kommunikasiya sistemləri dizayn və istehsal edir.
The Boeing Company | |
---|---|
Boeing | |
Ümumi məlumatlar | |
Tipi | ictimai şirkət |
Sənaye | aviakosmos sənayesi[d][1], Aviasiya sənayesi, silah sənayesi[d], kosmik sənaye[d] |
Məhsulları | Sərnişin və hərbi təyyarələr, kosmik texnika |
Təsis tarixi | 1916 |
Baş qərargahın yeri | Çikaqo, ABŞ |
İqtisadi göstəriciləri | |
Birjada listinqi | NYSE: BA |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri | $60,9 mlrd. (2008-ci il) |
Xalis mənfəəti | $2,7 mlrd. (2008-ci il) |
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı | 164,495 |
Tərəfdaşlar | McDonnell Douglas |
Rəhbərlik | |
Təsisçi |
|
Boeing rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
NASA-nın əsas xidməti təminatçısı kimi, Boeing Aerokosmik Gəmi və Beynəlxalq Aerokosmik Stansiyanı (The Space Shuttle and International Space Station) idarə edir. Şirkət həmçinin çoxsaylı hərbi və kommersiya hava dəstək xidmətləri təşkil edir. Boeing-in dünyanın 90-dan çox ölkəsində müştəriləri var və satış həcminə görə ABŞ-in ən böyük ixracatçılarından biridir.
14 iyul 2010-cu ildə Boeing dörd gün dayanmadan uça bilən və hidrogenlə işləyən kəşfiyyat təyyarə prototipini təqdim etdi. "Phantom Eye" adlanan təyyarə 20 min metr yüksəklikdən uça bilir. 96 saat havada qala bilən təyyarə hər biri 150 at gücünə sahib 2,3 litrlik dörd silindirli iki motorla təchiz olunmuşdur. [2] Boeing Şirkətinin ən çox istifadə olunan təyyarələrindən biri də Boeing 747-400 təyyarəsidir.
Şirkət ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |