Boeing B-29 Superfortress və ya qısaca B-29 — İkinci dünya müharibəsi ərzində ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan 4 motorlu ağır bombardman təyyarəsi. İkinci dünya müharibəsindən sonra Koreya müharibəsində də istifadə olunmuşdur.
Boeing B-29 Superfortress | |
---|---|
| |
Tipi | döyüş |
Hazırlayan | Boeing |
İstehsalçı | Boeing |
Dizayner | Peyton M. Maqruder |
İlk uçuş | 21 sentyabr 1942 |
İstismara verilmə tarixi | 8 may 1944 |
İstimarının bitmə tarixi | 21 iyun 1960 |
İstismarçılar |
ABŞ Hərbi Hava Qüvvələri Britaniya Hərbi Hava Qüvvələri Avstraliya Hərbi Hava Qvvələri Sovet Hərbi Hava Qüvvələri |
İstehsal ili | 1943-1946 |
Buraxılış sayı | 3.970 |
Vahidinin qiyməti | 639,188 $ |
Variantları |
KB-29 Superfortress B-50 Superfortress Tupolev Tu-4 |
Vikianbarda əlaqəli mediafayllar |
B-29 İkinci dünya müharibəsində istifadə olunan ən böyük bombardman təyyarələrdən biridir. Təsirli bombalama gücünə, mərkəzi atəşləmə sisteminə, uzaqdan idarə olunan silahlara malik olması başlıca üstünlüklərindən biri olmuşdur. Həm gecə, həm gündüz yüksək bombalama qabiliyyətinə sahibdir. B-29 təyyarələri Naqasaki və Hiroşimaya atom bombası dayışan təyyarələrdir. 1960-cı ilin 20 iyununda istismardan qaldırana qədər 3.970 ədəd B-29 istehsal edilmişdir.
B-29-lar İkinci dünya müharibəsində ancaq Sakit okean cəbhəsində istifadə olunmuşdur.[1] "Enola Gay" adlı B-29 "Little Boy" atom bombasını 6 avqust 1945-ci ildə Hiroşimaya, "Bocksar" adlı B-29 isə "Fat Man" atom bombasını 9 avqust 1945-ci ildə Naqasakiyə atmışdır.
Xüsusiyyət | Rəqəm | |
---|---|---|
1 | Maksimum heyət | 11 |
2 | Uzunluq | 30,2 metr |
3 | Qanad uzunluğu | 43,1 metr |
4 | Hündürlük | 8,5 metr |
5 | Qanad sahəsi | 161,3 m2 |
6 | Boşkən ağırlıq | 33.800 kq |
7 | Yüklü ağırlıq | 54.000 kq |
8 | Maksimum qalxma ağırlığı | 60.560 kq |
9 | Maksimum sürət | 310 knots |