Boeing/Saab T-7 Red Hawk (Qırmızı Şahin) ilkin olaraq bilinən adı, Boeing TX, İsveç/ABŞ müştərək istehsalı olan reaktivtəlim təyyarəsidir. Təyyarə İsveçin Saab AB və ABŞ-nin Boeing şirkəti tərəfindən müştərək olaraq istehsal edilmişdir. 27 sentyabr2018-ci ildə Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri tərəfindən Northrop T-38 Talonu əvəz etmək üçün qabaqcıl pilot təlim sistemi (TX) proqramının qalibi seçilmişdir. Prototip məqsədi ilə hələlik cəmi 2 ədəd istehsal edilmişdir.[2]
ABŞ Hərbi Hava Qüvvələrinin Hava Təhsili və Təlim Komandanlığı (AETC) Northrop T-38 Talonun dəyişdirilməsi üçün tələbləri 2003-cü ilin əvvəlindən inkişaf etdirməyə başladı. Əvvəlcə, əvəzedici təlim təyyarəsinin2020 ətrafında xidmətə girməsi gözlənilirdi. 2008-ci ildəki qəza nəticəsində T-38C-nin iki nəfər şəxsi heyəti həyatını itirdi və Hərbi Hava Qüvvələri ilkin əməliyyat qabiliyyətinin (IOC) hədəflənmə tarixini 2017-ci ilə qədər irəli çəkdi.[3]2013-cü ilin maliyyə büdcəsi təklifində USAF 2016-cı maliyyə ilindən əvvəl icrası mümkün olmayan bu layihəni 2020-ci ilin büdcəsinə qədər təxirə salınmasını təklif etdi.[4] Azalan büdcələr və daha yüksək prioritetli modernləşdirmə layihələri TX proqramının qalibi olan IOC-u “2023 və ya 2024-cü maliyyə ili”nə kimi təxirə saldı. Proqram 2014-cü ilin büdcəsindən tamamilə kənarda qalsa da, xidmət yenə də təlim təyyarəsi layihəsinə prioritet kimi baxırdı.[5]
İsveçin aerokosmik şirkəti olan Saab AB ilə birlikdə[6][7], Boeing şirkətinin yarışa qatılması ilə, əkiz quyruqlu, iki nəfərlik oturacaqlı (tandem oturacaqlı) və geriyə çəkilə bilən üç təkərli eniş dəstinə sahib olan, tək mühərrikli qabaqcıl reaktivtəlim təyyarəsi olan Boeing TX modeli meydana çıxdı. Təqdim olunan təyyarə və nümayiş etdirilmiş modelləri afterburner sistemli turbofan General Electric F404 ilə təchiz edilmişdirlər.[8]
27 sentyabr2018-ci il tarixində Boeingin dizaynının ABŞ Hərbi Hava Qüvvələrinin T-38 Talonunu rəsmi olaraq əvəzləyəcək yeni qabaqcıl reaktiv təlim təyyarəsi olduğu elan edildi. Cəmi 351 təyyarə və 46 simulator, texniki(xidmət, təmir, təminat) təlim və dəstək 9,2 milyard ABŞ dolları dəyərində bir proqramla təmin ediləcəkdir.[12][13][14][15]
2019-cu ilin may ayında Saab, Purdue Universiteti ilə ortaq olaraq, İndianada TX üçün ABŞ-də bir istehsal müəssisə açacağını açıqladı.[16][17]
16 sentyabr2019-cu ildə təyyarənin rəsmən Tuskegee Airmen və Curtiss P-40 Warhawka hədiyyə olaraq T-7A Red Hawk (T-7A Qırmızı Şahin) olaraq adlandırılacağı açıqlandı.[18]