Bofort adası

Bofort adası[1][2]Ross dənizində yerləşən ada. Ross arxipelaqının şimal nöqtəsini təşkil edir. Ross adasında yerləşən Byord burnundan 21 km şimalda qərarlaşır. İlk dəfə 1841-ci ildə Ceyms Ross tərəfindən xəritəyə salınmışdır. Ada Bofort şkalasını hazırlayan Frensis Bofortun şərəfinə adlandırılmışdır.

Bofort adası
ing. Beaufort Island
Ümumi məlumatlar
Sahəsi 18.4 km²
Uzunluğu
  • 5,5 km
Eni 2,7 km
Hündür nöqtəsi 771 m
Əhalisi 0 nəfər
Yerləşməsi
74°54′00″ c. e. 163°41′00″ ş. u.
Ölkə  Antarktida
Akvatoriya
Bofort adası xəritədə
Bofort adası
Bofort adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Ada vulkanik məşhəllidir və bazaltdan[3] ibarətdir. Yarımdairəvi formaya malik olaraq 18,4 km² sahəyə malikdir. Ən hündür nöqtəsi dənizçi Ceyms Pantonun şərəfinə adlandırılmış pikdir. Zirvənin hündürlüyü 771 metr təşkil edir. Yayda buzların əriməsi ilə su axarları meydana gəlir.

Ekologiya[redaktə | mənbəni redaktə et]

Ada Antarktikada xüsusi qorunan ərazidir. Ərazisində dəniz quşları yuva qurur. Burada Adeli pinqvinilərinin böyük koloniyası mövcuddur. Cənub qütb fırtınaquşu ərazisində böyük koloniyalar əmələ gətirir[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Stonehouse, Bernard, 2002, Encyclopedia of Antarctica and the Southern Oceans, John Wiley and Sons, p. 25, ISBN 0-471-98665-8.
  2. Antarctic Specially Protected Area (ASPA) No. 105 Beaufort Island, McMurdo Sound, Ross Sea Arxivləşdirilib 2012-10-06 at the Wayback Machine, National Science Foundation.
  3. "Beaufort Island". Global Volcanism Program. Smithsonian Institution. 18 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2016.
  4. "Beaufort Island, Ross Sea". 2009-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-07.