Ross dənizi

Ross dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın qərbində, Viktoriya Torpağı və Meri Berd adlı ərazilər sahilində, Ader və Kolbek burunlara arasında yerləşir. 0-cı meredian, birinci saat qurşağı onun ərazisindən keçir.

Ross dənizi
ing. Ross Sea
Ümumi məlumatlar
Tip Materik kənarı
Mütləq hündürlüyü 0 m
Sahəsi 439,000 km²
Sahil uzunluğu 2400 km
Dərin yeri 2972 m
Orta dərinliyi 677 m
Duzluluğu 33,7 ;34,4 
Yerləşməsi
77°00′00″ c. e. 176°00′00″ q. u.HGYO
Ölkə  Antarktida
Üst akvatoriyası
Yerləşməsi Qərbi Antarktida
Ross dənizi xəritədə
Ross dənizi
Ross dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sahəsi 439,000 km², ən dərin yeri 2972 m təşkil edir. Sahilləri sıldırımdır. Dənizin sahilində Ross buzlağı vardır ki, həmin buzlaqla onun sahəsi 960,000 km² təşkil edir. Dənizin acıq hissəsində il boyu hərəkət edən buzlarla örtülü olur. Burada çoxlu Aysberqlər vardır ki , onların uzunluğu 10 bəzən 100 kilometrlərlə uzanır. Yayda dənizdə buzlar arasında boğazlar əmələ gəlir. Bunun sayəsində gəmilər sərbəst üzməsi mümkün olur. Suyun səthində temperatur -1 °C, yayda isə bəzən 2 °C qədər yüksəlir. Duzluğu 33,7 - 34,4 ‰ təşkil edir. Axınlar əsasən saat istiqamətində hərəkət edir. Dənizdə Ross suitisi, Ueddell suitisi, Balinalar və s. canlılar yaşayır. Dənizin bir hissəsi Sakit okean qabığı üzərində yerləşir. Bu hissədə dərinlik 2972 metrdir. Viktoriya sahilləri ərazisində Transantarktika dağları yerləşir. Şelf buzlağı demək olar ki, ərimir. Dənizlə şelf buzlağı arasında baryer 800 km təşkil edir.

Dəniz 1841-ci ildə ingilis qütb səyyahı Ceyms Klark Ross tərəfindən kəşf edilir. Dəniz onun şərəfinə adlandırılmışdır. 1956-cı ildə ABŞ tərəfindən Ross yarımadasında Mak-Medro elmi tədqiqat stansiyası yaradılmışdır. 1957-ci ildə burada Yeni Zellandiyaya məxsus Skott stansiyası istifadəyə verilir. Xallett burnunda isə müştərək ABŞ və Yeni Zellandiya ilə birlikdə Xallett stansiyası fəaliyyət göstərir.

Dəniz 70-ci paraleldən cənubda yerləşdiyi üçün Antarktik iqlin zonasında yerləşir. Bu səbəbdən qışı sərt və şaxtalı ,yayı isə soyuq keçir. Ən soyuq ay avqustdur. Bu zaman şimal-qərbdə temperatur -26 s, cənub-qərbdə isə -36 s təşkil edir. Əm aşağı temperatur -62 s təşkil edir. Dekabr və yanvar ayları hava -2 -6 s təşkil edir. Qışda səth sularında temperadur -1,7 -1,8 s arasında dəyişir.

в Mak-Medro boğazından keçən və Mak-Medro elmi-tədqiqat stasiyasına istiqamətlənən taker

Əsas istiqamət Mak-Medro stansiyası doğru yönəlir. Hədəfə catmaq üçün noyabr ayında 500-600 mil,dekabrda 300 mil,yanvarda isə 150–200 km təşkil edir. Bu ərazidə buzların qalınlığı bir necə metrə catır.