Boinq

Boeing (ing. The Boeing Company) — dünyanın aparıcı aerokosmik şirkətlərindən biri. Eyni zamanda reaktiv kommersiya və hərbi təyyarələrin ən böyük istehsalçılarından biridir. Ayrıca, Boeing rotorlu təyyarə, elektron və müdafiə sistemləri, raketlər, peyklər, raket atıcı qurğular və inkişaf etmiş informasiya və kommunikasiya sistemləri dizayn və istehsal edir.

The Boeing Company
Boeing
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi ictimai şirkət
Sənaye aviakosmos sənayesi[d][1], Aviasiya sənayesi, silah sənayesi[d], kosmik sənaye[d]
Məhsulları Sərnişin və hərbi təyyarələr, kosmik texnika
Təsis tarixi 1916
Baş qərargahın yeri Çikaqo, ABŞ
İqtisadi göstəriciləri
Birjada listinqi NYSE: BA
Ümumi kapital
  • −17.230.000.000 $ (2023)
Ümumi aktivlər
  • 137.010.000.000 $ (2023)
Ümumi gəliri $60,9 mlrd. (2008-ci il)
Xalis mənfəəti $2,7 mlrd. (2008-ci il)
Əməliyyat mənfəəti
  • −773.000.000 $ (2023)
Struktur
İşçi sayı 164,495
Tərəfdaşlar McDonnell Douglas
Rəhbərlik
Təsisçi
  • Uilyam Boinq[d]
Boeing rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

NASA-nın əsas xidməti təminatçısı kimi, Boeing Aerokosmik Gəmi və Beynəlxalq Aerokosmik Stansiyanı (The Space Shuttle and International Space Station) idarə edir. Şirkət həmçinin çoxsaylı hərbi və kommersiya hava dəstək xidmətləri təşkil edir. Boeing-in dünyanın 90-dan çox ölkəsində müştəriləri var və satış həcminə görə ABŞ-in ən böyük ixracatçılarından biridir.

Müdafiə, aerokosmik və təhlükəsizlik xidmətləri

[redaktə | mənbəni redaktə et]

14 iyul 2010-cu ildə Boeing dörd gün dayanmadan uça bilən və hidrogenlə işləyən kəşfiyyat təyyarə prototipini təqdim etdi. "Phantom Eye" adlanan təyyarə 20 min metr yüksəklikdən uça bilir. 96 saat havada qala bilən təyyarə hər biri 150 at gücünə sahib 2,3 litrlik dörd silindirli iki motorla təchiz olunmuşdur. [2] Boeing Şirkətinin ən çox istifadə olunan təyyarələrindən biri də Boeing 747-400 təyyarəsidir.

  1. Deutsche Nationalbibliothek Record #4783-1 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. "Boeing". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]