Boliviya–Gürcüstan münasibətləri

Gürcüstan–Boliviya münasibətləriGürcüstan Respublikası və Boliviya arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki dövlət də Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Gürcüstanın Argentinadakı səfirliyi həm də Çili, Paraqvay, Uruqvay, Ekvador və Boliviyada akreditə olunmuşdur[1].

Gürcüstan–Boliviya münasibətləri
Boliviya və Gürcüstan
 Boliviya  Gürcüstan

Tarix[redaktə | mənbəni redaktə et]

Boliviya ilə Gürcüstan arasındakı diplomatik münasibətlər 20 noyabr 1998-ci ildən başlayır. Halbuki ilk Boliviya səfiri etimadnaməsini yalnız 2002-ci ildə Gürcüstan Prezidenti Eduard Şevardnadzeyə təqdim etmmişdir.

Boliviya Gürcüstan Prezidenti Saakaşvilinin viza liberallaşdırma siyasətinin bir hissəsi olaraq Gürcüstan ilə vizasız rejimdən erkən istifadə edirdi. Lakin 2014-cü ildə Gürcüstan hökuməti təhlükəsizlik səbəblərini əsas gətirərək Boliviyaya vizasız rejimi ləğv edir.

Tiflis ilə Sukre arasındakı gərginliyə baxmayaraq, zamanla bir neçə yüksək səviyyəli görüşlər keçirilmişdir. Prezident Saakaşvili 2011-ci ildə Nyu-Yorkda Evo Morales ilə görüşmüşdür. Gürcüstan və Boliviya parlamentlərinin nümayəndələei isə 2018-ci ilin mart ayında Cenevrədə Parlamentlərarası Birliyin 138-ci Assambleyası zamanı iş iclasında görüş keçirmişlər.

2010-cu ildə Boliviya və Gürcüstanın Xarici İşlər Nazirlikləri arasında Sukredə iqtisadiyyat, kənd təsərrüfatı, mədəniyyət və təhsil mövzusunda ikitərəfli məsləhətləşmələr quraraq Anlaşma Memorandumu imzalanmışdır.

Boliviya və Abxaziya[redaktə | mənbəni redaktə et]

Hər iki dövlət arasındakı münasibətlər, xüsusilə Boliviya hökumətinin Rusiya ilə sıx əlaqələri nəzərə alınmaqla mübahisəlidir. Gərginlik 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra, Boliviya beş günlük müharibə zamanı Rusiyanın işğalını qınamayan az saylı dövlətlərdən biri olduğu dövrdə yaşanır. Münaqişədən bəri Boliviya BMT-də Gürcüstanla əlaqəli hər hansı bir səsvermədə, xüsusən də Gürcüstanın təşəbbüsü ilə məcburi köçkünlərin Abxaziya və Cənubi Osetiyaya dönməsini tələb edən illik qərarına qarşı davamlı olaraq Rusiyanın lehinə səs vermişdir.

Boliviya Gürcüstanın iki separatçı respublikasının müstəqilliyini tanımağı 2008-ci ilin sentyabr ayından etibarən düşünməsi barədə şayələr yayılmışdır. Lakin bu öz trəsdiqini tapmamışdır. 2009-cu ildə Venesuelanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasından sonra Venesuela Prezidenti Uqo Çavez Boliviyanı onun yolunu izləmək üçün lobbiçilik etmək istədiyini bildirir. 2010-cu ildə xarici işlər naziri Maksim Qvindziyanın başçılığı altında Abxaziya nümayəndə heyəti Sukre ilə diplomatik əlaqələr qurmaq üçün Boliviyaya səfər edir.

Diplomatik missiyalar[redaktə | mənbəni redaktə et]

Boliviyanın Gürcüstanda yalnız bir akkreditə olunmuş səfiri var idi. Baxmayaraq ki, sonuncusu Moskvada idi və postsovet respublikalarının əksəriyyətində akreditə olunmuşdu.

2011-ci ildə Gürcüstan Boliviyanı da əhatə etmək üzrə Argentinada səfirliyini açır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Embassy of Georgia to the Argentine Republic". 2022-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-25.