Bollivudlu gəlinim 2006-cı ildə ingilis və hind dillərində çəkilmiş, 2007-ci ildə kinoteatrlarda nümayiş etdirilmiş və 2008-ci ildə Showtime və Starzda premyerası olmuş, həmçinin 2008-ci ilin avqustunda “Mənim Uzaq Gəlinim” adı ilə DVD (Vivendi/Universal) formatında nümayiş etdirilmiş, süjet xətti Riçard Martini və Kaşmera Şah tərəfindən yazılmış, prodüseri Bred Listerman və rejissoru isə Rajeev Virani olan, baş rollarında Ceyson Lyuis və Kaşmera Şah oynamış filmdir. Filmdəki süjet xəttinin böyük hissəsinin Hindistanda baş verməsinə və filmin Hindistanın əsas kino sənayelərindən biri olan Bollivudun ulduzunun hekayəsindən danışmasına baxmayaraq, film Hind kinolarında məşhur olan kifayət qədər yer verilən ifa və rəqs nömrələri ilə zəngin deyildir. Eyni zamanda da, filmin əsas dili hind dili ilə birlikdə ingilis dilidir.
Bollivudlu gəlinim | |
---|---|
ing. My Bollywood Bride | |
Janr | dram filmi, romantik film |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2006 |
Müddət | 95 dəq.[1] |
Ölkələr | |
Dillər | Hind dili, ingilis dili |
Rəng | rəngli |
IMDb | ID0397551 |
Venice Beachdə yaşayan Aleks (Jason Lewis) həyatda mübarizə aparmağı sevən bir yazıçıdır. Bir gün o, sahildə Reena (Kaşmera Şah) ilə qarşılaşır. Birlikdə vaxt keçirirlər və Aleks ona aşiq olmağa başlayır. Lakin bir neçə gündən sonra Reena LAX-da yoxa çıxır. Aleksin onun haqqında bildiyi yeganə şey Hindistanın Mumbay əyalətinin Thakur kəndindən olmasıdır - ona görə də onu orada axtarmağa başlayır. Hindistanda o, yeni sürücüsü Priyadın (Ash Chandler) köməyi ilə Reenanın Bollivudun ən böyük kino ulduzlarından biri olduğunu və Bollivudun nüfuzlu kino prodüseri olan Şekarla nişanlı olduğunu öyrənir. Aleks Reenanın dostu və özü də böyük Bollivud aktyoru olan Bobbi K. (Sanjay Suri) ilə birlikdə qalır - Aleks öz romantikası ilə mübarizə apararkən, Bobbi də xoreoqrafı və eyni zamanda da köhnə dostu olan Alişaya (Neha Dubey) aşiq olmağa başlayır. Keçmişdə onlar sevgili olmuş, Bobbi K. məşhur olduqdan sonra isə onu unutduğu üçün qız çox məyus olmuşdur. Valideynləri tərəfindən təşkil edilmiş nişanı pozmaqda tərəddüd edən Reena, bütün karyerasını Şekhara borclu olduğunu hiss edir, Aleks isə Reenanın anası və Şekharın özü ilə mübarizə aparır, hər ikisi Reena və Aleksin bir-birləri ilə daha çox maraqlana biləcəyini düşünürlər. Bu arada Bobby K. ilə Alişa yolla gedərkən maşın xarab olduqdan sonra çimərlikdə tərk edilmiş bir daxmada qalırlar onlar burada danışmaq və barışmaq fürsəti əldə edirlər, lakin qısa müddət sonra onların arasında yenidən anlaşılmazlıq yaranır və Alişa yenidən özünü xəyanətə məruz qalmış hiss edir. Bu vaxt Reena ailəsinin istəklərini qəbul edəcəyini və evlilik ənənəsini mühafizə etmək üçün Şekharla evlənəcəyi üçün Aleksdən getməsini xahiş edir. Aleks Hindistanı tərk etməyə hazırdır və Bobbi Şekharın bir iş yoldaşı ilə intim münasibətlərinin olduğunu öyrənir (Bütün münasibətlər CD-də saxlanılmışdır). Reenanın valideynləri ona xoşbəxtliyindən əl çəkməməyini və Aleksin arxasınca getməyini söyləyirlər, Bobby onunla Alişa arasındakı anlaşılmazlığa aydınlıq gətirir və onu xəyallarının arxasınca getməyə vadar edir və Reena rikşa qaçdı-qovdusundan sonra Aleksin ölkəni tərk etməsinin qarşısını kəsə bilir. Hər şey xoşbəxt sonluqla başa çatır və Reena və Aleks bir-birlərinə sevgilərini elan etdikdən sonra evlənirlər.