Bolnisi sionu

Bolnisi sionu (gürc. ბოლნისის სიონი, translit. Bolnisis Sioni) və ya Bolnisi Sioni kafedralıGürcüstanın Kvemo-Kartli diyarının Bolnisi rayonunun Xaçın kəndində gürcü ortodoks bazilikası. Kafedralın inşaat prosesinə 478-ci ildə start verilmiş, 493-cü ildə tamamlanmışdır. Bu, Gürcüstandakı mövcud kilsələr arasında ən qədimidir.[1] Yepiskop David Bolsini sionunun inşaat prosesi zamanı kilsənin rəhbəri idi.[2]

Pravoslav ortodoks
Bolsini sionu
gürc. ბოლნისის სიონი
Din
İlahi gücü  Gürcü ortodoks kilsəsi
Yerləşməsi
Ölkə  Gürcüstan
Bölgə Kvemo-Kartli
Kənd  Xaçın
Memarlıq
İnşa tarixi 478 –  493
Dövrü  Son antik dövr
Vəziyyəti  Fəaliyyət göstərir
Bolnisi sionu xəritədə
Bolnisi sionu
Bolnisi sionu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bolnisi sionu kafedralı gürcü dilindəki yazılarıyla tanınır. Bu yazılar gürcü əlifbasının istifadə edildiyi ən qədim tarixi sənədlərdən biridir. Kilsə Gürcüstanda xaricində tamamlanma tarixi yazılmış ilk tikilidir. Bolnisi sionunun dekorativ sxeması Sasani üslubunda hazırlanmışdır. Kilsənin cənub və mərkəzi hissələri burulmuş asma buruqlar, arabesklər və yarpaqlı motivləriylə bəzədilmişdir. Kilsənin cənub fasadında orijinal tikilinin son antik dövrün qalıqları üzərində bir tip divar bloklarından istifadə edilmişdir.[2]

Gürcüstan Bolsini sionunun inşaatı zamanı İran ilə qarşılıqlı əlaqə vəziyyətində idi.[3] Bunun sübutu tikilinin dekorasiyalarında görünür. İran, erməni və Orta Şərq incəsənət və memarlıq üslubu Bolnisi sionu və ətrafındakı gürcü kilsələrinin heykəlləri və bəzək əşyalarına çox təsir göstərmişdir.[4] Ovçuluq mövzusunda olan təsvirlər və heykəllər IV–V əsrlərin İran incəsənətinə və memalıq üslubuna bənzəyir.[2]

1936–1939-cu illərdə kilsədə möhkəmlətmə işləri aparılmışdır.

  • Beridze, V. Georgian Soviet Encyclopedia (ingilis) (2). Tbilisi. 1977. səh. 454.
  • Amiranashvili, Sh. History of Georgian Art (ingilis). Tbilisi. 1971. səh. 113–118.
  • Beridze, V. // fresco, // Bolnisi Sioni (ingilis) (No. 2). 1968. səh. 23–25.
  1. Rapp, Stephen H. Studies in Medieval Georgian Historiography: Early Texts And Eurasian Contexts (ingilis). Peeters Bvba. 2003. səh. 316. ISBN 90-429-1318-5.
  2. 1 2 3 Piranashvili, Maka. "Mystics as a Product of Cultural Tourism (On the Example of Georgia's Archeology)". European Scientific Journal (ingilis). 2016: 110-112. November 19, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 3, 2019.
  3. Tabidze, Manana. "Sociolinguistic aspects of the development of Georgian" (PDF). Working Papers (47). 1999: 202. 19 November 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 November 2018.
  4. Rapp, Stephen H. "The Iranian heritage of Georgia: Breathing new life into the pre-Bagratid historiographical tradition" (PDF). Iranica Antiqua (ingilis) (44). 2009: 659. İstifadə tarixi: July 3, 2019.[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]