Bolqarıstanda krım tatarları

Bolqarıstanda krım tatarlarıBolqarıstanda yaşayan bir qrup vətəndaş. Krım tatarları və ya onlardan törəyənlər.

Tatarların Bolqarıstan ərazisinə ilk yürüşləri 1241-ci ilə təsadüf edir. Bundan sonra İkinci Bolqar İmperiyası uzun zaman tatarlarla əlaqə saxlamışdır. Bu zamanlar tatar sözü bir etnomin deyil sadəcə Çingiz xanın ordusunun xələflərinə deyilirdi. Bolqarıstan ərazisində ilk tatar yaşayış məntəqəsi XIII əsrin sonu XIV əsrin əvvəllərinə təsadüf edir. Qızıl Orda sülaləsinin dövründə bir sıra tatar hərbi hissələri Bolqar hökmdarlarının tərəfinə keçmişdir.

XIV əsri sonları XV əsrin əvvələrində bir necə tatar qrupu Bolqarıstan ərazisində məskən salmışdır. Bu ərəfələrdə isə bölgə Osmanlı İmperiyasının ərazilərinə qatılmışdır. Köçün bir sıra səbəbləri vardır. Bu əraziyə gələn tatarlar əsasən köçərilər olmuşlar. Bir müddət sonra oturaq həyata keçmiş və kompakt şəkildə bölgədə 200 il ərzində yaşamışlar. Yazılı mənbələr göstərir ki, tatarlar qonşu kəndlərə basqın etməyə və hakimiyyətin hərəkətlərinə qarşı aktiv şəkildə müqavimət göstərməyə meyilli idilər. Bunlardan yerli əhali narahat idi. Bu səbəbdən onlar Trakyaya köçürülmüşdür. Tədricən Krım tatarları Osmanlı ordusunun bir hissəsinə çevrilmişdir. Region tatarlarının türklərə dil baxımından yaxın olması səbəbindən onlarla qarışaraq tatar kimliyiini itirmişlər

Frakiyadan fərqli olaraq Doburca tatarları öz milli kimliklərini XV əsrdən XX əsrə qədər qoruya bilmişlər. Besarabiyanın Osmanlılar tərəfindən ələ keçirilməsindən sonra Şimali Qara dəniz tatarları bölgəyə köç etmişlər.

XVIII əsrdən isə Şimali Qara dəniz regionunun ruslar tərəfindən işğalından sonra bölgənin etnik tərkibində dəyişikliklər meydana gəlmişdir. 1783-cü ildə Krım xanlığının və 1874-cü ildə Kuban vilayətinin tamamən Rusiya imperiyasının tərkibinə keçməsi ilə Krım tatarlarının böyük bir qrupu Bolqarıstan torpaqlarına köç etmək məcburiyyətində qalmışdır. Bu gün Bolqarıstanda yaşayan tatarlar əsasən bu köçlərin törəmələridir və onlar milli kimliklərini qoruya bilmişlər.

Ən böyük emiqrasiya Krım müharibəsindən sonra baş tutur. Belə ki, 1853—1856-cü illərdə 230 000 tatar bölgəni tərk edir. 1854 - 1862-ci illərdə Bolqarıstana 60 000 tatar köç etmişdir. Onların çoxu Şimali Bolqarıstana yerləşmişdir[1].

Çərkəz immiqrasiyasından fərqli olaraq, Bolqarıstan Milli Dirçəliş Cəmiyyəti tatarların məskunlaşmaq hüququnu inkar etmədi. Ancaq tatarlar bu dövrdə «etnopsixoloji şok» yaşayırdılar. Bununla belə bir müddət sonra yerli mühitə uyğunlaşa bilmişdilər.

Bolqarıstanın müstəqillik əld etməsindən sonra əvvəlki vəziyyətin dəyişməsi ilə 18 000 krım tatarı Osmanlıya köç etməli olmuşdur. 1919 - 1940-cı illərdə radikal dönəm yaşanırdı. Krım tatrları arasında Atatürkçülük ideyası dərin kök salmışdı. Onlar hətta dəstək üçün Türkiyəyə müraciət belə etmişdirlər.

1940-cı ildə Cənubi Doburca Bolqarıstana verilir. Bununlada krım tatar diasporu yarıya qədər azalır. Kollektivizm isə onların əsrlərdən bəri gələn adətlərinin üzərindən xətt çəkir. SSRİ təsirindən irəli gələrək Sovetlər birliyində krım tatarlarına qarşı sərgilənən münasibət Bolqarıstanda da tətbiq edilir. 1992-ci ildən isə Krımtarları bir etnos olaraq qeydə alınırlar. 1962-ci ildə isə Bolqarıstan Kommunist Partiyası qaraçıların, krım tatarlarının və bolqar müsəlmanlarının türkləşməsinə qarşı tədbirlər işləyib hazırlayır.

1990-cı illərdə həyata keçirilən islahatlar sonrası türk, islam adları bərpa edilmiş və krımtatarları mədəni muxtariyyətlərini əldə edə bilmişlər. 21-ci əsrin əvvəllərində "Tatar kimliyinin dirilməsi" əlamətləri qeydə alınır.

  • Антонов, Стоян. The Tatars in Bulgaria = Татарите в България. — Добрич: Наврез, 2004. — 207 с. — ISBN 954-91500-1-1.
  1. Kırım’dan Türkiye’ye Kırım Tatar Göçleri Arxivləşdirilib 2018-04-30 at the Wayback Machine (vatankirim.net) Erişim tarihi: 12.6.2010