Bomba oğlanlar (ing. Goodfellas) — 1990-cı ildə Amerikalı rejissor Martin Skorseze tərəfindən ekranlaşdırılmış kriminal janrda filmdir. Film Nikolas Pileccinin 1985-ci ildə yazdığı “Müdrik oğlan” romanının motivləri əsasında çəkilmişdir. Filmin ssenarisi üzərində Skorseze və Pilecci birlikdə işləyiblər. Film məşhur qanqster Henri Hill, dostları və ailəsinin 1955-1980-ci illər arasındaki dövrdə onların həyatında baş verən yüksəliş və enişlərdən bəhs edir.
Bomba oğlanlar | |
---|---|
ing. Goodfellas | |
Janr | bioqrafik film, cinayət filmi, dram filmi, kitablar əsasında film[d], qanqster filmi[d], triller filmi, döyüş filmi, tarixi film, kriminal triller[d] |
Rejissor | |
Prodüser |
|
Ssenari müəllifləri |
|
Baş rollarda |
|
Operator |
|
İstehsalçılar | Warner Bros. |
Distribütor | InterCom[d], Warner Bros., Netflix |
İlk baxış tarixi | 1990, 11 oktyabr 1990[2], 12 sentyabr 1990, 19 sentyabr 1990[3] |
Müddət | 146 dəq. |
Büdcə | 25.000.000 $ |
Gəlir | 47.036.784 $[4], 46.909.721 $[4] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-York, Nyu-Cersi, Çikaqo |
IMDb | ID0099685 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Skorseze əvvəlcə filmi "Müdrik oğlan" adlandırır, bir müddәt sonra isә onun ekranlaşdırılmasını təxirə salır; daha sonra, o Pilecci ilə birlikdə filmin adini “Bomba oğlanlar” olaraq dəyişdirdilər. Filmdəki rollarına hazırlaşmaq üçün Robert De Niro, Co Peski və Rey Liotta mütəmadi olaraq Pilecci ilə məsləhətləşirlər və yazıcı öz növbəsində kitabı yazarkən özündə qalan tədqiqat materiallarını onlarla paylaşır. Co Peskinin dediyinə görə, Skorseze aktyorlara çəkiliş meydançasındakı məşqlər zamanı istədiklərini etmək azadlığını verdiyindən filmdə bir sıra improvizasiya və ekspromptlar var. Rejissor bu məşq çəkilişlərindən özü üçün qeydlər hazırlayır, filmin əsas çəkilişi zamanı ən çox bəyəndiyi sətirləri yenidən üzərində işlədiyi ssenariyə daxil edir.
25 milyon dollarlıq büdcə ilə istehsal olunan qurulan “Bomba oğlanlar” filmi ümumilikdə 46,8 milyon dollar qazanc əldə edib. Rotten Tomatoes saytı filmi "Martin Skorseze karyerasının ən yüksək zirvəsi" adlandırır. Film Ən Yaxşı Film və Ən Yaxşı Rejissor da daxil olmaqla altı Akademiya Mükafatına namizəd olaraq irəli sürülür və Peşi Ən yaxşı köməkçi aktyor mükafatı nominasiyasında qalib gəlir. Film ən yaxşı film və ən yaxşı rejissor nominasiyaları da daxil olmaqla Britaniya Film və Televiziya Sənətləri Akademiyasından beş mükafat qazanıb. Bundan əlavə, “Bomba oğlanlar” filmi müxtəlif tənqidçilər tərəfindən ilin ən yaxşı filmi seçilib.
“Bomba oğlanlar” filmi qanqster janrında çəkilən ən yaxşı filmlərdən biri hesab edilir. Film 2000-ci ildə "mədəni, tarixi və estetik cəhətdən əhəmiyyətli" hesab edilərək Birləşmiş Ştatlar Konqres Kitabxanası tərəfindən Milli Film Reyestrində qorunması üçün seçilmişdir. Filmin məzmunu və üslubu sonradan bir çox digər filmlərdə və televiziya seriallarında öz əksini tapmışdır.[5]
1955-ci ildə orta məktəb şagirdi Henri Hill qonşuluqdakı cinayətkarların həyatına böyük maraq göstərir və yeganə arzusu onlar kimi olmaqdır: sürətli maşınlar sürmək, bahalı geyimlər geyinmək və hər kəsin hörmətini qazanmaq. Arzusunu həyata keçirməkçün Henri yerli avtoritet Pol "Poli" Sisero və onun dostları – məşhur oğru və qarətçi Ceyms “Centlmen Cimmi” Konvey, cinayətkar Tommi DeVito üçün çalışmağa başlayır: o, əvvəlcə onların verdiyi kiçik və asan tapşırıqları yerinə yetirir və getdikcə qanqsterlərin inamını qazanmağa başlayır və ona daha böyük və məsuliyyətli işləri həvalə edirlər. Henri tədricən daha ağır cinayətlər törədir. Kriminal həyatın avantajlarından zövq alan üç dost 1960-cı illərdə günlərinin çoxunu Kopakabana gecə klubunda qadınlarla əylənərək keçirir. Henri, Lonq Aylend ərazisindəki Fayv Taun`dan olan Karen Fredman adlı yəhudi qadınla tanış olur. Tanışlıqlarının ilk mərhələsində Henrinin cinayətkar fəaliyyətindən narahat olan Karen daha sonra onun bahalı həyat tərzindən şirniklənərək, valideynlərinin etirazına baxmayaraq onunla evlənir.
1970-ci ildə Qambino ailənin üzvü olan Billi Betts, Henriyə məxsus gecə klubunda Tommini dəfələrlə təhqir edir. Bundan qəzəblənən Tommi və Cimmi onu öldürürlər. Mafıya üzvü olan bir adamın öldürülməsi Qambino ailəsinin qisası ilə nəticələnə bilər və hətta mafiya üzvü olan başqa biri — Poli qətli törədənləri öldürməyə məcbur ola bilәr. Bunu yaxşı başa düşən Cimmi, Henri və Tommi cinayəti ört-basdır edirlər. Onlar cəsədi Henrinin maşınının baqajında gizlədərək, daşınır və Nyu Yorkun ucqar bir yerində dəfn edirlər. Altı aydan sonra, Cimmi cəsədi dəfn etdikləri yerdə qazıntı işləri planlaşdırıldığını öyrənir və onlar çürüməyə başlayan cəsədi basdırdıqları ərazidən çıxarıb başqa yerə köçürməyə məcbur qalırlar.
1974-cü ildə qısqanc Karen Henrinin sevgilisi Canisin yaşadığı mәnzilә gәlәrәk onu alçaldır və Henriyə yataqda silah tuşlayır. Henri evi tərk edərək Canislə birlikdə yaşamağa başlayır, amma Poli Cimmi ilə birlikdə Tampaya gedərək qumar oyunçusunun onlara olan borcunu aldıqdan sonra Karenin yanına geri qayıtmağını israr edir. Geri qayıdarkən Cimmi və Henri, qumar oyunçusunun FTB-da işləyən makinist bacısının polisə məlumat verməsindən sonra həbs olunur və on illik həbs cəzası alırlar. Həbsdə ikən ailəsinə dəstək olmaq üçün, Henri Karenin gizlin şəkildə içəri gətirdiyi narkotik maddələri Pittsburqdan olan həbsxana yoldaşına satır. 1978-ci ildə Henri əfv olunur və Polinin göstərişlərinə qarşı çıxaraq kokain biznesini genişləndirir, tezliklə bu işə Cimmi və Tommini də cəlb edir.
Cimmi Con F. Kennedi beynəlxalq hava limanında Lufthanza bank kassasına basqın təşkil edir və oradaki 6 milyon dolları ələ keçirməkçün dəstə yaradır. Dəstənin bəzi üzvləri Cimminin göstərişlərinə baxmayaraq soyğundan dərhal sonra bahalı əşyalar aldığı üçün və pulu qaçıran yük maşını polis tərəfindən tapıldıqdan sonra Cimmi dəstənin bir çox üzvünü öldürtdürür. Filmdə qətlə yetirilmiş insanların cəsədləri şəhərin müxtəlif yerlərində aşkar edildikcə, Henri kadr arxasında Cimminin soyğundan əldə etdiyi qazancını onlarla bölüşməkdənsə onları əvvəl-axır öldürtdürəcəyini әvvәldәn tәxmin etdiyini söyləyir. Tommi və Henriyə isə Cimmi toxunmur. Tommiyə mafiya üzvü olacağı və mafiyaya qəbul ediləcəyinə dair vəd verilir. Mafiyaya qəbul edilmək qanqster üçün ən vacib hadisələrdən biri hesab edilir və seçilənlərdən biri olmaq deməkdir. Cimmi və Henri belə bir imkandan məhrumdurlar, çünki heç biri təmiz İtalyan deyil. (Hətta Henrinin anasının Siciliyalı və Pol Siseronun həmyerlisi olması belə onun köməyinə çatmır.) Tommi isə əsl italyandır. Cimmi Tomminin ailəyə qəbul ediləcəyi alacağı xəbəri alır və inanılmaz dərəcədə sevinir. Bu xəbərə inanan Tommi yola düşür, lakin getdiyi yerdə ondan Battsın ölümünəün qisasını alaraq qətlə yetirirlər.
1980-ci ildə Henri kokain istifadəsindən və yuxusuzluqdan əsəbi olur. O, Pittsburqdakı yoldaşları ilə bir narkotik alış-satışına başlayır, ancaq narkotiklə mübarizə aparan işçiləri tərəfindən həbs edilir. Zaminə buraxıldıqdan sonra Karen Henriyə FTB agentlərinin evə basqını zamanı 60.000 ABŞ dolları dəyərində kokaini onların əlinə keçməsən deyə tualetə atdığını deyir. Beləliklə ailə tamamilə pulsuz qalır. Henrinin narkotik alverinə qurşandığını özünə qarşı xəyanət hesab edən Poli ona 3200 dollar verir və onunla əlaqələrini kəsir. Karen hər zamankı kimi Cimmiyə baş çəkərkən onun sui-qəsd cəhdindən son anda qaçır. Henri Cimmi ilə yeməkxanada görüşür və Cimmi bir qətl sifarişini yerinə yetirmək məqsədilə ondan başqa ştata səyahət etməyi xahiş edir; Cimminin daha əvvəl ondan heç vaxt belə belə bir xahiş istəməməsi Henrini şübhələndirir. Federal ittihamlarla üzləşən və Cimminin onun və həyat yoldaşı Karenin qәtlini planlaşdırdığını anlayan Henri, Karenin valideynlərini bir daha görə bilməyəcəyi bahasına başa gəlsə belə, Şahidlərin Müdafiəsi üzrə Proqramda qeydiyyatdan keçmək qərarına gəlir. Daha sonra onun verdiyi ifadələr əsasında Poli və Cimmi tutularaq məhkum edilir. Qanqster həyatından məcburi şəkildə uzaq düşən Henri indi acı reallıqla üzləşməyə və gerçək dünyada yaşamağa məcburdur; "Mən artıq adi bir insanam. Həyatımın qalan hissəsini səfil kimi yaşamağa məcburam."
Filmin son kadrlarında Henrinin hələ də xüsusi proqram üzrə qorunan bir şahid olduğunu və 1987-ci ildə Siettlda qanunsuz şəkildə narkotik maddə alış-verişi ilə məşğul olduğu üçün beş il sınaq müddətinə həbs edildiyi barədə məlumat verilir. O vaxtdan bəri adı heç bir cinayət işində hallanmır. 25 illik evliliklərindən sonra 1989-cu ildə o, həyat yoldaşı Karendən ayrılır, Poli Fort Uort Federal Həbsxanasında 73 yaşında ikən tənəffüs yolları xəstəliyindən vəfat edir. Cimmi törətdiyi qətllərə görə məhkum olunduğu iyirmi illik həbs cəzasını Nyu York həbsxanasında çəkir.
Bomba oğlanlar filmi Nyu York jurnalının kriminal xəbərlər üzrə müxbiri Nikolas Pileccinin “Müdrik oğlan” romanının motivləri əsasında çəkilib.[6] Martin Skorseze qanqster filmi çəkmək niyyətində deyildi, lakin 1986-cı ildə Pulun Rəngi filminin çəkilişləri zamanı o, Pileccinin kitabı barədə resenziya rəyini oxuyur.[7][8] O, hər zaman qanqster həyat tərzinə xüsusi heyranlıq duyurdu və Pileccinin kitabı onun diqqətiini dərhal cəlb etdi, çünki bu, rejissorun indiyə qədər oxuduğu qanqsterlər haqda ən dürüst təsvir idi.[9]
Skorseze dərhal Pileccinin New York jurnalının redaksiyasındakı ofisinə zəng edir. [10] Yazıçı isə redaksiyada deyildi və rejissor Pileccinin katibəsindən təcili ona zəng etməsini xahiş edir [10]. Redaksiyaya gəldikdən sonra Pilecci masasının üzərində Skorsezenin təcili ona zəng etməsi barədə qeyd görsə də [10] yazıcı bunun həmkarı, kino tənqidçisi Devid Denbinin növbəti zarafatı olduğunu düşünərək inanmır [10] və qeydi zibil qutusuna atır. Pilieccinin zəngini gözləməyən səbirsiz Skorseze isə birbaş onun evinə gələrək yazıcıya belə bir kitabı illərdir axtardığını deyir. Belə bir etirafı gözləməyən Pilecci daima onunla görüşməyi arzuladığını və əsərlərinin ekranlaşdıra biləcək yeganə rejissor kimi tək onu gördüyünü dilə gətirir.[11][12]
Filmin prodüseri Skorsezenin çoxdankı tanışı – rejissorun "Nyu York, Nyu York" və "Qəzəbli öküz" filmlərinin prodüserliyini öz üzərinə götürən Irvin Uinkler idi [10]. Filmin ssenari müəllifi kürsüsünə isə Skorseze lap əvvəldən kitab müəllifi Nikoas Pileccini oturtdu [10]. Yazıçının ssenarilərin yazılması barədə çox da məluamtı yox idi, amma rejissor ona bu işin əsas nüanslarını öyrətdi [10]. Maraqlı burasıdır ki, ssenarinin ilk layihələrində filmin süjet xronoloji ardıcıllıqla davam edir, lakin sonradan Skorsezenin ağlına filmin əvvəlinə Billi Bettsin öldürülməsi səhnəsini qoymaq fikri gəlir ki, beləliklə tamaşaçıların diqqətini cəlb etsin[10].