Boquçan su anbarı

Boquçan su anbarı
Ölkə  Rusiya
Dəniz səviyyəsi208,25 ± 1,25 [1][2] m
Uzunluğu375 [1] m
Eni1−13 [3][4] m
Sahəsi2.326 m²
Həcmi58,2 m³
Sahil uzunluğu2500 [1] m
Orta dərinliyi25 [3] m
Axan çaylarAnqara
Su sistemiAnqara → Yenisey → Kara dənizi
BəndiBoquçan SES
Boquçan su anbarı (Krasnoyarsk diyarı)

Boquçan su anbarı — Rusiyada Anqara çayı üzərində inşa edilmiş su elektrik stansiyasının su anbarıdır. Krasnoyarsk diyarının Kejemski rayonunun Kodinsk şəhərində yerləşir.

İlkin mərhələdə suyun səviyyəsinin yüksəldilməsi prosesinin iki mərhələdə aparılması nəzərdə tutulurdu: əvvəlcə dəniz səviyyəsindən 185 m nişanına çatmaq planlaşdırılırdı ki, bu da anbarın həcminin 18,45 km³ olmasına bərabər idi. İkinci mərhələdə isə səniyyə 208 m-ə yəni həcminin isə 58 km³ çatdırılması planlaşdırlırdı[5].

Su anbarının doldurulmasının başlanğıcı əvvəlcə 2011-ci ilin dekabr ayında, başa çatdırılması isə 2012-ci ilin dekabrında planlaşdırıldı[6][7]. Daha sonra su anbarının su ilə doldurmağa başlanması bir neçə dəfə təxirə salındı. Əvvəlcə Boquçan SES-nı inşa edən tikinti şirkəti rəhbərliyinin elan etdiyi kimi 2012-ci ilin mart ayına planlaşdırıldı. Sonra rəsmi səbəblərə görə doldurulma qeyri-müəyyən müddətə[8][9] təxirə salındı. 2012-ci ilin aprelində bəndin bir qolu bağlandı və beləliklə 29 aprel 2012-ci il tarixdə su anbarının doldurulması prosesinə başlanıldı. Tamamlama müddəti 2013-cü ilin dördüncü rübü elan edildi[10][11]. 1 oktyabr 2012-ci ilədək su anbarı 178 m səviyyəsinə (planlaşdırılan 208 m dəniz səviyyəsininn xaricində) dolduruldu[12][13]. Elə həmin ilin 8 noyabrda 185 m hündürlük əldə edildi[14]. 2013-cü ilin may ayının son ongünlüyünə görə su anbarı yatağında suyun səviyyəsi 188 m səviyyəsini aşdı. Bundan əlavə Su Resursları üzrə Federal Agentlik, ən azı 4 sentyabr 2013-cü ilədək Baltik hündürlük sisteminə görə səviyyəni müvəqqəti olaraq 188.5 m səviyyəsindən qaldırmamağa qərar verdi. Səbəb isə Anqara çayında gəmiçiliyin təminatı və İrkutsk vilayətinin Ust-İlimsk rayonundakı arxeoloji abidələrin su altında qalmasının qarşısını almaq olur. Su anbarının Baltik hündürlük sisteminə uyğun olaraq normal tutma səviyyəsinə 208 m doldurulması 2014-cü ilin dekabr ayında başa çatması planlaşdırılırdı[15]. 31 oktyabr 2014-cü il tarixinə su anbarının səviyyəsi 203.36 m, 27 yanvar 2015-ci il tarixinə 205.59 m[16] hündürlüyünə çatdırıldı. Layihə üzrə 208 metrlik hündürlük ancaq 2015-ci ilin iyununda əldə edildi[17].

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Dəniz səviyyəsindən 208 m yüksəklikdə su anbarının sahəsi 2326 km²-dir. Bunun 1961 km² Krasnoyarsk diyarına və 365 km² isə İrkutsk vilayətinə düşür. Su anbarının ümumi həcmi 58,2 km³, layihə çərçivəsində istifadə edilə bilən həcmi 2.31 km³ olmalıdır. Su anbarının minimum texnoloji səviyyəsi 176 m, ölü həcmi 10 km³ və dolu - 48 km³-dir.

  1. 1 2 3 "Богучанская ГЭС: Предварительная социальная и экологическая оценка в рамках подготовки банковского ТЭО" (PDF). Центр по экологической оценке «Эколайн», Москва, 2006. 2012-08-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-15-02.
  2. Освоение гидропотенциала Ангары Arxivləşdirilib 2011-09-10 at the Wayback Machine, Богучанская ГЭС
  3. 1 2 А.С. Шишикин, В.В. Иванов // Институт леса им. В.Н. Сукачева //. "Богучанская ГЭС: необходимы разумные коррективы". Наука в Сибири № 4 (2639) 31 января 2008 г. 2019-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-15-02.
  4. "Из опыта освоения Ангары и Енисея". «Плотина.Нет». 2012-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-20-02.
  5. Аномалия, но не катастрофа Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine, ВСП.RU Arxivləşdirilib 2014-02-08 at the Wayback Machine, Егор ЩЕРБАКОВ, 18.05.2012
  6. "Сибирский потоп: Богучанское водохранилище затопит и часть Усть-Илимска // 2011-05-28 07:01:00 /РИА «Сибирь»/Красноярск". 2014-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-21.
  7. "Богучанская ГЭС: история и перспективы". 2011-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  8. "В Красноярском крае завершается строительство Богучанской ГЭС. 05.12.11 Вести.ру". 2018-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  9. "«РусГидро» в третий раз переносит запуск Богучанской ГЭС". 2012-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-16., РБК daily Arxivləşdirilib 2013-03-22 at the Wayback Machine, 05.04.2012
  10. Богучанская ГЭС перекрыла одно из донных отверстий в плотине и готовится к заполнению водохранилища[ölü keçid], Тайга.инфо Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine, 16.04.2012
  11. Начало наполняться новое Богучанское водохранилище в Красноярском крае Arxivləşdirilib 2020-10-19 at the Wayback Machine, Интернет-журнал про Сибирь — Сиб.фм Arxivləşdirilib 2022-09-08 at the Wayback Machine, 16.05.2012
  12. "Богучанское водохранилище поднялось до уровня испытаний". 2013-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-19.
  13. "Комсомольская правда. Фотогалерея. Богучанская ГЭС". 2018-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  14. Вода дошла до точки Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, Сибирский энергетик Arxivləşdirilib 2014-02-08 at the Wayback Machine, 09.11.2012, Георгий Борисов
  15. Принято силовое решение Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, Сибирский энергетик Arxivləşdirilib 2014-02-08 at the Wayback Machine, 09.08.2013, Егор Щербаков
  16. Будущее Байкала под угрозой Arxivləşdirilib 2015-07-05 at the Wayback Machine БЕЛЛОНА.РУ
  17. Заполнено Богучанское водохранилище Arxivləşdirilib 2018-01-30 at the Wayback Machine, Ъ-Красноярск Arxivləşdirilib 2007-10-13 at the Wayback Machine, 18.06.2015, Валентин Романов