Borçalı Qarapapaq Türk Cümhuriyyəti

Borçalı Qarapapaq Türk Cümhuriyyəti — Borçalıda yaranmış tanınmayan dövlət. Bu dövlət 1917-ci ilin dekabrın 20-də yaransa da rəsmi olaraq 1918-ci ilin aprelində elan olunub.

Tarixi dövlət
Borçalı Qarapapaq Türk Cümhuriyyəti
 
 
 

Paytaxt Borçalı
Dövlət dini İslam
Rəhbər
 • 20 dekabr 1917 — 30 noyabr 1918 Emin ağa Acalov

1917-ci ilin dekabrında Emin ağa, Borçalı Xeyriyyə Cəmiyyətinin sədri Qurbanəli əfəndi Xəlilzadə, Borçalının sünni qazısı Yusif əfəndi Allahyarzadə, həm şiə qazısı Şeyx Məhəmməd Əli ilə birgə Borçalı Qarapapaq Türk Cümhuriyyətinin yarandığını rəsmən elan edirlər.

1918-ci il mayın əvvəlində Azərbaycana yardıma gələn Osmanlı ordusunun paşaları Nuru və Ənvər paşaları Cəlaloğlunda qarşılayıb onları Qazaxa qədər ötürən Emin ağa onlar vasitəsilə Osmanlı sultanı Abdüləzizə, daha sonra isə Azərbaycan dövlətinə müraciət ünvanlayaraq onlardan yardım istəyir. Lakin, istədiyi yardımı ala bilmir.

Bir müddət sonra Osmanlı paşası 9-cu Ordu Komandanı Yaqub Şevqi Paşa 5 noyabr 1918-də Qarsda Emin ağa ilə görüşür və ona hər cür dəstək verəcəyinə söz verir.

5 noyabrda isə Kağızmanlı Əli Rza bəy, Qarslı Sarı Xəliloğlu Nuhlis, Orenburqlu Tevhiddin bəy Mamlıoğlu, Emin ağa AcalovFəxrəddin bəy Piroğlu rəhbərliyində Qars İslam Şurası qurulmuşdur.[1]

14 noyabr 1918-ci ildə Qarsda, indiki Atatürk prospektində yerləşən bələdiyyə binasının altındakı keçmiş Səhiyyə İdarəsinin binasında Birinci Qars Konqresi toplandı. Konqresdə Fəxrəddin bəy Piroğlu başçılığında 8 nəfərlik Müvəqqəti Heyət, Emin ağa Acalovun rəhbərliyində isə Milli İslam Şurası Ümumi Mərkəzi qurulmuşdur. Şuranın rəhbər müavinliyinə Fəxrəddin bəy təyin olndu.[1]

  1. 1 2 "Arxivlənmiş surət". 2021-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.