Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Emin ağa Acalov, Emin bəy Acalov, Emin Borçalı və ya Emin ağa Borçalı (1868, Kəpənəkçi – 1937, Qazax) — Borçalı Qarapapaq Türk Cümhuriyyətinin qurucusu, Qars Milli İslam Şurası Ümumi Mərkəzinin başçısı, Qars Milli İslam Şurası Hökuməti başçısının müavini.[1]
Emin ağa Acalov | |
---|---|
Qars Milli İslam Şurası Hökuməti başçısının müavini | |
30 noyabr 1918 – 17 yanvar 1919 | |
Əvvəlki | vəzifə ləğv olundu |
Sonrakı | vəzifə təsis olundu |
Qars Milli İslam Şurası Ümumi Mərkəzinin başçısı | |
14 noyabr 1918 – 30 noyabr 1919 | |
Əvvəlki | vəzifə ləğv olundu |
Sonrakı | vəzifə təsis olundu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1868 |
Doğum yeri | |
Vəfat tarixi | 1937 |
Vəfat yeri |
Emin ağa Borçalı 1868-ci ildə Borçalının Kəpənəkçi kəndində Hacallı nəslindən Ağanın ailəsində anadan olmuşdur. Həmin illər Borçalı mahalı Rusiya imperiyasının tərkibində idi və qəza statusunu almışdı.
Emin ağanın uşaqlığı Kəpənəkçi kəndində keçib. Uşaqlıqda 4 il dini təhsil almış, Quranı və ərəb əlifbasını öyrənmişdir. Yeniyetmə çağlarında gimnaziya təhsili alaraq rus dilini öyrənir. Sonra Ağbulaqda Meşə akademiyasını bitirir. Atasını erkən itirən Emin 17 yaşından atasından qalan təsərrüfatı idarə edir.
Emin ağa Borçalıda Novruz bayramı zamanı gənclər arasında keçrilən at yarışı zamanı birinci yerə çıxdığına görə gənc Emin ağanı Zaqafqaziya qubernatorunun yanına gətirirlər. Qubernator onu Telavi qəzasına xüsusi tapşırıqlar üzrə məmur təyin edir. Emin ağa burada 1 il işlədikdən sonra öz istəyilə işindən ayrılaraq Borçalıya qayıdır.
Bir müddət sonra burada atışmada yaralansa da, ona atəş açanlardan birini öldürüb, ikisini yaralayır. Təqib olunan Emin ağa istintaqdan qaçır və qaçaqılığa başlayır. Emin ağa və seçdiyi 7 nəfər seçərək qaçaqçılığa başlayır. Onlar Borçalı, Axısqa-Mesxeti (Axalkalaki, Bakuriani, Borjomi), İrəvan quberniyası, Gəncəbasar, Qars, İğdır, Ərdəhan, Ərzurum, Mərənd və Xoy ərazilərində qaçaqçılıq edir.
Bir neçə il qaçaqlıq edən Emin ağa Knyaz Tarxanovun Borçalı mahalına pristav təyin olunmasından sonra zamin müqabilində məhkəmə qərarı ilə əfv olunur.
1898-ci ildə öz nişanlısını qaçırdığına görə həmin il aprelin 18-də Tiflis məhkəmə palatası tərəfindən bütün hüquq və imtiyazları əlindən alınmaq şərti ilə Həştərxana sürgünə göndərilməsi qərara alınsa da, həmin dövrdə qaçırılan knyaz Orbelianinin atlarının geri qaytarılmasındakı roluna görə sürgün cəzası bir ay həbslə əvəz olunur. Həbsdən azad olduqdan sonra kəndi Kəpənəkçiyə qayıdan Emin ağa 1905-ci ilə kimi burada yaşayır.
Emin ağa 1905–1907-ci illərdə Borçalıdan Abdallı kor İsmayıl, İsrafil ağa, Astan ağa, Darvazlı Mehralı, Cöyrə oğlu Qara, Faxralı Qara Namaz və s. birlikdə Tiflisdə, Yekaterinfilddə (indiki Bolnisi), Xaçında və Şulaveridə xeyli sayda erməni quldurunu qətlə yetirir.
1907-ci ildə ruslar Borçalıya ordu yeridib burada hərbi vəziyyət yaradırlar. Bu rejim 1912-ci ilə kimi davam edir. Emin ağanın dostu qaçaq Abdallı kor İsmayıl onunla birgə qaçaqçılığa başlamağa, digər dostu, keçmiş qaçaq sonra isə Osmanlı ordusunun minbaşısı Darvazlı Mehralı Paşa isə onu Osmanlı ordusunda xidmətə çağırır. Emin ağa hər iki təklifdən imtina edərək Borçalıda qalacağını bildirir.
17 dekabr 1917-ci ildə ermənilər qəfildən Borçalıya hücum edirlər. Sadaxlı, Ləmbəli, Dəmyə Gorarxlı, Saral, Ağammədli və s. kəndlərdə savaş daha şiddətli idi. Emin ağanın da iştirak etdiyi savaşda Borçalılar ermənilərə böyük itki verdirib geri çəkildilər. Həmin ilin 30 dekabrında Borçalının dağ Borçalı adlanan hissəsi Loru, Pəmbək və Cəlaloğlu rus hakimiyyəti tərəfindən neytral zonaya çevrilir və bir il sonra Ermənistana verilir.
1916–1917-ci illər arasında Emin ağanın Yekaterinfilddə məskunlaşmış almanlarla üç dəfə vuruşması olur və hər dəfə də onları darmadağın edir.
İngilislər Cənub-Qərbi Qafqaz Cümhuriyyəti hökumətinin 35 üzvünü 13 aprel 1919 tarixində həbs edərək, zirehli qatarda Gümrüyə, oradan da Batum yolu ilə Malta adasına sürgünə göndərdi.
Dövrün Azərbaycan Xalq Cumhuriyyətinin baş naziri Fətəli xan Xoyski İngilislərlə danışıqlar apararaq Emin ağanı sürgündən xilas edib, cəzasını Tiflis həbsxanasında çəkməsinə nail olur.
Bir müddət Metex qalasında cəza çəkən Emin ağa oradan qaçır. Həbsxana rəisinin evinə gəlir, rəis onu Tiflisdən çıxma şərti ilə buraxır.
Bundan sonra Emin ağa Qazaxa gəlir və ömrünün sonuna qədər burada yaşayır. O, 1937-ci ildə vəfat edir. Onun qəbri Qazağın Qarapapaqlar kəndindədir.
1917-ci ilin dekabrında Emin ağa, Borçalı Xeyriyyə Cəmiyyətinin sədri Qurbanəli əfəndi Xəlilzadə, Borçalının sünni qazısı Yusif əfəndi Allahyarzadə, həm şiə qazısı Şeyx Məhəmməd Əli ilə birgə Borçalı Qarapapaq Türk Cümhuriyyətinin yarandığını rəsmən elan edirlər.
1918-ci il mayın əvvəlində Azərbaycana yardıma gələn Osmanlı ordusunun paşaları Nuru və Ənvər paşaları Cəlaloğlunda qarşılayıb onları Qazaxa qədər ötürən Emin ağa onlar vasitəsilə Osmanlı sultanı Abdüləzizə, daha sonra isə Azərbaycan dövlətinə müraciət ünvanlayaraq onlardan yardım istəyir. Lakin, istədiyi yardımı ala bilmir.
Bir müddət sonra Osmanlı paşası 9-cu Ordu Komandanı Yaqub Şevqi Paşa 5 noyabr 1918-də Qarsda Emin ağa ilə görüşür və ona hər cür dəstək verəcəyinə söz verir.
Mondros atəşkəsinin 11-ci maddəsinə əsadən Osmanlı 30 oktyabr 1918-ci il tarixində Üç Sancağı boşaltmaq məcburiyyətində qaldı. Qarsın Aralıq və İğdır bölgələri ermənilər, Ardahan isə ingilislər tərəfindən işğal edildi.[2] Bu dövrdə Qars Bələdiyyə Başçısı olan Fəxrəddin bəy mütəsərrif Hilmi bəylə razılaşaraq 5 noyabr 1918-ci ildə Əli Rza Ataman, Qarslı Sari Xəlil oğlu Muhlis, Orenburqlu Tevhüddin Mamil (Mamlıoğlu) və Emin ağa Acalov kimi şəxslərlə bir araya gələrək özünün başçılığında Qars İslam Şurasını çağırmışdır.[3] Bu şuranım təməlini usə 1917-ci ildə qurulmuş Qars Gizli İslam Komitəsi təşkil etmişdir. Şura elə həmin gün iki vacib qərar almışdır. Birincisi, Vudro Vilsonun 14 maddəsinə ədasən bölgədəki türk-islam ünsürlərinin bir siyasi iradə birliyi altında toplamaq üçün çalışmalar aparmaq, ikincisi isə Qars və ətraf bölgələrdə yaşayan təmsilçilərin Qars Konqresinə dəvət etmək.[4]
14 noyabr 1918-ci ildə Qarsda, indiki Atatürk prospektində yerləşən bələdiyyə binasının altındakı keçmiş Səhiyyə İdarəsinin binasında Birinci Qars Konqresi toplandı. Konqresdə Fəxrəddin bəy Piroğlu başçılığında 8 nəfərlik Müvəqqəti Heyət, Emin ağa Acalovun rəhbərliyində isə Milli İslam Şurası Ümumi Mərkəzi qurulmuşdur. Şuranın rəhbər müavinliyinə Fəxrəddin bəy təyin olundu.[5] Konqresdə həmçinin Batumdan Ordubada qədər bütün türk bölgələrindən nümayəndələrin iştirakıyla daha geniş konqresin keçirilməsi üçün dəvət telqrafları və telefonları edildi.[5]
30 noyabr — 2 dekabr 1918-ci illərdə keçirilən İkinci Qars Konqresinə ilk gün 60 xalq təmsilçisi qatıldı. Növbəti günlərdə bu say 70-ə çatdı. Səsverməylə yekdilliliklə İbrahim bəy Cahangirzadə konqresin sədri seçildi.[6] Burada alınan qərarla mərkəzi Qars olmaqla Milli İslam Şurası Hökuməti quruldu. Hökumətin başçılığına İbrahim bəy, başçı müavinliyinə isə Emin ağa Acalov seçildi.[6] Daha öncə qurulan Axıska Müvəqqəti Hökuməti, Araz Türk Cümhuriyyəti və Batum Milli Şurası bu hökumətə qoşulmuşdur.[6] Konqresdə Türk bayrağının istifadəsinə, idari işlərdə Osmanlı qanunlarının keçərli qəbul olunmasına və ordu qurulmasına qərar verilmişdir. Həmçinin Oltu, Ardahan, Kağızman və Naxçıvanda 5 nəfərlik milli şuraların qurulması da qərarlaşdırıldı.[6]
8 dekabr 1918 tarixində Qars İslam Şurası adından Qars-İstanbul-Tokyo xətti ilə vurulan (Fransızca) teleqramlardan birinin surəti belədir :
Hörmətli Yaponiya İmperatoru Həzrətlərinə !
Asiya Asiyalılarındır davasının ələmdarı sifəti ilə Sizə müraciət edirik ki, Qars İslam Hökumətinin mövcudiyyəti siyasətini tanınmasında müzahirətinizə mazhariyyəti bir asiyalı olaraq rica edirik ! 18 Dekabr 1918 miladi : Qars İslam Cümhuriyyəti Sədri Emin Borçalı.
|
İkinci Qars Konqresinin ardınca, 3 yanvar 1919-cu il tarixində Ənvər paşanın dayısı Xəlil (Qut) Paşa, Kaymakam Xalid bəy, Hamşioğlu Rasim və Əbülhindili Cəfər bəyin təşkilatçılığı ilə Birinci Ardahan Konqresi toplandı. Konqres Axısqadan Ardahana geri çəkilən Xalid bəyin rəhbərliyində, Doktor Haqqı Cənab, Doktor Abidin, Ağacıqoğlu Doktor Fuad, Filibeli Hilmi, Baytar Kaymakam Arif və Ardahan əşrafından Əbülhindili Köseoğlunun daxil olduğu səkkiz nəfərlik heyət tərəfindən həyata keçrilmişdir. Xəlid bəyin açılış çıxışını etdiyi konqresdə Mondros mütarəkəsinin tanınmadığı, əldəki silahların təslim olunmayacağı, Üç Sancaq və qonşu şuralarla birgə vətənin qurtuluşu üçün mübarizə aparacağı qərara alınmışdır. Həmçinin, komqresdə Milli Şura Hökumətinə daxil bölgələrdən gələcək nümayəndələrlə ikinci konqresin təşkili qəratlaşdırılmışdır. 5 yanvar tarixində konqres sona çatmışdır.[7]
7 yanvar 1919-cu ildə isə İkinci Ardahan Konqresi keçirilmişdir. Bu konqresi keçmiş konqresin 8 nəfərlik heyəti ilə yanaşı Milli Şura Hökumətinin 12 təmsilçi nümayəndəsi — Axalkələkdən Mehmed Əli bəy, Çıldırdan Doktor Əsəd bəy, Qarsdan İbrahim bəy Cahangirzadə və Həsən bəy Cahangirov, Oltudan Yusif Ziya bəy, Əhməd bəy Şakiroğlu, Mehmet Ramiz bəy, Olur bölgəsindən Rüstəm bəy Hamşioğlu, Kağızmandan Əli Rza Ataman, Şörəyeldən Ağbabalı Hacıabbasoğlu və Kərbəlayi Məmməd bəy də qatılmışdır.[8] Konqresə rəhbərlik üçün IX Ordu komandanı Yaqub Şevki Paşaya müraciət olunsa da, o gözlərindəki problem üçün İstanbula getməli olduğunu bildirmişdir. Konqres Hamşioğlu Rasim bəyin evində keçirilmişdir.[8] Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Milli Hökumətini qurmaq üçün büyük konqres təşkil etmək, erməni-gürcü birləşmələrinə qarşı vuruşma, Batumda yayımlanan "Səda-yi Millət", Trabzondakı "İstiqbal", Ərzurumdakı "Albayraq" qəzetləri vasitəsilə məlumatlandırma və bir neə başqa qərar alınmışdır.[9]
Cənub-Qərbi Qafqaz Cümhuriyyəti müvəqqəti hökumətinin sədri Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə 1919-cu il 26 yanvar tarixli notasında bildirirdi ki, Gürcüstan Ərdəhan mahalını və Axalsıx qəzasını işğal etməyə cəhd göstərir. Bütün müsəlman əhalisi buna qarşı ayağa qalxmışdır. Ermənilər də Naxçıvan qəzasına hücumlar edirlər. Gürcülərin Axalsıx və Axalkələk qəzalarına hücumları zamanı 45 min davar aparılmışdı. Bu vaxt Emin ağa Şövkət Paşa və İzzət Əfəndi ilə Borçalıya dönür. Burada rus, alman, erməni, gürcülərə qarşı mübarizəyə qoşulur. Döyüşlərdə Emin ağanın dostu Astan bəy öldürülür, Abdallı kor İsmayıl isə yaralanır. Cavab olaraq Emin ağa 40 döyüşçü ilə hücuma keçərək 200 erməni döyüşçünü öldürür. Borçalı Milli Şurasının döyüşçüləri Yekatrinfilddə almanları darmadağın edir, ermənlər isə böyük itkilər verərək geri çəkilir.
Ermənilər 1919-cu il aprelin 12-də ingilislərin dəstəyi ilə Qars vilayətinə hücum etdilər. Azərbaycan Cümhuriyyəti Hökuməti ermənilərin Qarsda törətdiyi soyqırımı ilə bağlı Britaniya komandanlığına etirazını bildirdi. Buna baxmayaraq, Cənub-Qərbi Qafqaz Cümhuriyyətinə kömək göstərmək ingilislərin planlarına daxil deyildi. İngilislər Cənub-Qərbi Qafqaz Cümhuriyyəti hökumətinin 35 üzvünü həbs edərək, zirehli qatarda Gümrüyə, oradan da Batum yolu ilə Malta adasına sürgünə göndərdi. Bununla da, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti süqut etdi.
Emin ağa saz çalıb oxuyur, şeirlər qoşurmuş. Hal-hazırda Gürcüstan Dövlət Muzeyində Emin Ağanın təqdim etdiyi "Borçalı Qadınının Geyimi" adlı etnoqrafik eksponat qorunmaqdadır .
Emin ağain 1912-ci ildə Tiflisdə Şərq mətbəəsində Azərbaycan dilində "Bəsdi, Oyan!" kitabı yayımlanmışdır.
Ön sözdə yazılmışdır:
Hər kəsin borcudur, əlindən gəldiği qədər hər növ ilə olmuş olsa, bəşərə, ələlhüsus, öz millətinə kömək eləsin. Nə fayda ki, əcdadlarımız bizi naşı qoymuşlar, məramımızı ifadə etməyə dil və qələmimiz yoxdur. Bununla belə, millətimizin bugünkü halına baxanda insan sakit dura bilmir, odur ki, bəndeyi-hakir də bu balaca kitabçayı yazıb nəşrinə iqdam etdim… |
Hekayədə Borçalı gənci Fərhadın başına gələnlər dilə gətirilir. O, on yaşında elmə yiyələnməyi fəhm qılır, ana-atasından rica edir ki, onu oxutsunlar. Atası Mahmud oğlunun bu sözlərini cin, şeytan sözü qəbul edir, əsəbiləşir, onu evdən qovur. Fərhad meşədə elm qədri bilən, zəngin bir ovcuya rast gəlir. Rəşid adında bu ovcunın övladı yoxuymuş, Fərhadı oğulluğa götürür, mal-mülkünün yarısını ona vasiyyət edir, onu oxumağa həvəsləndirir. Fərhad gimnazya bitirib həkimlik öyrənmək üçün Paris'ə gedir. Paris'də yeddi il oxuyub, fənnə kamil olur. Orada bir milyonçu xəstəyə şəfa verir, pul qazanır. Bu aşamada Rəşid də ağır xəstələnir, Fərhad məmləkətə dönür, Rəşid'in dərdinə əlaç tapır, üç gündən sonra Rəşid ayağa qalxır. Fərhad'ın gəlişinə qurbanlar kəsilir, məclis qurulur. Mahmud da xanımı Fatma ilə məclisə gəlir. On səkkiz illik ata-oğul, ana-oğul həsrəti sona çatır.
Əsərin sonunda "Borçalı təlimindəyəm" deyə Borçalının anılmasıyla sonlanır.