Bor modeli

Bor modeli

Bor atom modeliNils Henrik Bor tərəfindən 1911-ci ildə, Rezerford atom modelindən yararlanılaraq önə sürülmüşdür.

Bor atom modelindən əvvəl digər atom modellərində, atomun nüvəsində, + yüklü protonların olduğu, nüvənin ətrafında isə dairəvi hərəkət istiqamətində hərəkət edən - yüklü elektronların olduğu ifadə edilmişdir.Bu elektronların nüvə ətrafında hansı istiqamətdə hərəkət etdiyi onların sürət və impulsu haqqında heç bir fikir irəli sürülməmişdir.Bor isə nəzəriyyəsində elektronların hərəkətini bu nöqteyi nəzərdən təcrübə etdi.

Bor postulatları

[redaktə | mənbəni redaktə et]

1913-cu ildə Nils Bor, hidrogen atomunun spektr xətlərini və Plank'ın kvant qanunlarından istifadə edərək Bor postulatlarını irəli sürdü.Bu məlumatlar əsasında  Bor qanunları (postulatları) aşağıdakı kimidir:

  1. Bir atomdakı elektronlar nüvədən müəyyən uzaqlıqdakı orbitallarda hərəkət edə bilər və bu orbitalların bucaq impulsu ℏ(h/2π)-in tam misilləridir( burada h, Plank sabitidir). Hər dayanıqlı halın sabit bir enerjisi vardır.
  2. Hər-hansı bir dayanıqlı enerji səviyyəsində elektron dairəvi bir istiqamətdə hərəkət edir. Bu istiqamətlərə isə enerji səviyyələri və ya energetik səviyyələr deyilir.
  3. Elektron stasionar halda olarkən atom enerji şüalandırmaz. Ancaq yüksək enerji səviyyəsindən daha aşağı enerji səviyyəsinə keçərkən, səviyyələr arasındakı enerji fərqinə bərabər bir enerji şüalandırar. Burada ∆E = Eson-Eilk=hυ
  4. Elektronun hərəkətinin mümkün olduğu stasionar səviyyələr, K, L, M, N, O kimi hərflərlə və ya ən kiçik enerji səviyyəsi 1 götürülmək şərti ilə, hər enerji səviyyəsi + bir tam ədəd ilə müəyyən olunur və ümumi olaraq "n" İlə göstərilir. (n: 1,2,3 ...¥)

Həyəcanlanmış atom

[redaktə | mənbəni redaktə et]

Bor atom modelinə görə, nüvəyə ən yaxın enerji səviyyəsində dairəsəl hərəkət edən elektron stasionar haldadır, enerji şüalandırmaz.

Elektrona kifayət qədər enerji verilərsə, elektron olduğu enerji səviyəsindən daha yüksək enerji səviyyəsinə sıçrayar. Atom bu halda dayanıqsızdır. Dayanıqlı hala gəlmək üçün elektron təkrar əvvəlki enerji səviyyəsinə geri qayıdarkən əldə etdiyi enerji səviyyəsinə bərabər enerjidə bir foton (işıq seli / dalğası) şüalandırır. Atom bu şəkildə enerji şüalandırar.

Bor Atom Modelindəki əksikliklər

[redaktə | mənbəni redaktə et]
  • Elektronlar çox sürətli olduğu üçün sadəcə klassik fizika deyil, həm də nəzəri olaraq düşünülməli idi.
  • Bor Atom Modeli, sadəcə tək elektronlu atomların (hidrogen) spektrlarını açıqlaya bilir. Çox elektronlu atomların spektrlərini açıqlaya bilmir.
  • Bor Atom Modelində dalğa-hissəcik ikili təbiətini (Lui De Broyl Hipotezi) nəzərə alınmamışdır.
  • Heyzenberq qeyri-müəyyənlik prinsipinə görə atomdakı elektronun yeri və sürəti, eyni anda, mütləq bir şəkildə müəyyən edilə bilməz. Buna görə də "istiqamət" anlayışı səhv idi.
  • Neytron anlayışı yoxdur. Neytronlar, 1932-ci ildə Ceyms Çadvik tərəfindən kəşf edilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]