Boris Vladimiroviç İohanson (13 (25) iyul 1893[1][2][…], Moskva[5][6] – 25 fevral 1973[3][4][…], Moskva[6]) — sovet rəssamı, pedaqoq, professor. SSRİ Rəssamlıq Akademiyasının prezidenti (1958–1962). SSRİ xalq rəssamı (1943). Sosialist Əməyi Qəhrəmanı (1968). Sov.İKP üzvü. (1943).
Boris İohanson | |
---|---|
rus. Борис Владимирович Иогансон | |
Doğum tarixi | 13 (25) iyul 1893[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 25 fevral 1973[3][4][…] (79 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam, siyasətçi, yazıçı |
Təhsili |
|
Janrlar | süjetli-tarixi, döyüş |
Stil | sosialist realizmi |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Boris İohanson 25 iyul 1893-cü ildə Moskvada anadan olub. 1943-cü ildə SSRİ xalq rəssamı adı ilə təltif olunmuşdur. 1943-cü ildən Sov.İKP-nın üzvü olmuşdur. 1958–1962-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının prezidenti, 1965–1968-ci illərdə SSRİ Rəssamlıq İttifaqı İdarə Heyətinin birinci katibi olmuşdur. "Sovet məhkəməsi" (1928), "Tələbələr" (1928) və s. əsərlərində sovet gerçəkliyini əks etdirmişdir. 1930-cu illərdə tarix mövzusunda bir sıra əsərlər çəkmişdir: "Kommunistlərin dindirilməsi" (1933), "Köhnə Ural zavodunda" (1937) və s. İohanson 1950-ci ildə "Komsomolun 3-cü qurultayında V.İ.Leninin çıxışı" tablosunu yaratmışdır. Əsərlərinin çoxu Tretyakov qalereyasında saxlanılır. Boris İohanson 25 fevral 1973-cü ildə doğulduğu Moskvada vəfat etmişdir.