Boris Georgiyev adına Varna şəhər Rəsm Qalereyası

Boris Georgiyev adına Varna şəhər Rəsm Qalereyası — Bolqarıstanın Varna şəhərində yerləşən rəsm qalereyası.

Boris Georgiyev adına Varna şəhər Rəsm Qalereyası
Xəritə
Əsası qoyulub 12 yanvar 1944
Açılış tarixi 12 yanvar 1944
Ölkə
Yerləşir Varna
43°12′25″ şm. e. 27°55′10″ ş. u.HGYO
varnacityartgallery.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

12 yanvar 1944-cü il tarixli sərəncamla yerli rəssamlar və fərdi şəxslərin hədiyyə etdiyi əsərlər əsasında yaradılmışdır. Kiril Şivarov, Konstantin Ştırkelov, Aleksandr Dyakoviç qalereya təsisçilərindən idilər. 1988-ci ildən etibarən XIX əsrin sonlarında Genço Knev tərəfindən inşa edilmiş kişi gimnaziyasının yenidən qurulmuş binasında yerləşir. 1999-cu ildən bəri rəssam Boris Georgiyevin adını daşıyır.

Qalereya ümumi sahəsi 3000 m² olan 3 mərtəbəni əhatə edir. Burada rəssamlıq, qrafikaheykəltaraşlıq əsərləri yerləşir. Qalereyada 17-ci əsr flamand rəssamı Anselm van Hulenin 9 rəsm əsəri, 1648-ci ildə Vestfaliya sülh müqaviləsini imzalayan ölkələrin nümayəndələrinin portretləri, habelə Mixail Boruçinskinin 1911–1912-ci illərdə çəkdiyi "Vladislav Varnençikin döyüşü" əsəri var.[1]

Qalereyada Beynəlxalq Qrafika Biennalesi keçirilir. Qalereya həmçinin "İncəsənətdə avqust" Vizual Sənətlər Festivalının həmtəsisçisidir. Üçüncü, ən üst mərtəbədəki zalda "Varna Yayı" Beynəlxalq Musiqi Festivalının konsertləri, teatr tamaşaları və moda nümayişləri göstərilir.

  1. Научноинформационен център "Българска енциклопедия". Голяма енциклопедия "България". Том 4. София, Книгоиздателска къща "Труд", 2011. ISBN 9789548104265. с. 1296–1297.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • varnacityartgallery.com — Boris Georgiyev adına Varna şəhər Rəsm Qalereyasının rəsmi saytı
  • Mateyeva, Yelitsa. "Дискретният чар" (bolqar). Морски Дневник. 2009-03-12. İstifadə tarixi: 2009-10-16.
  • "Художествена галерия "Борис Георгиев"" (bolqar). Moreto.net. İstifadə tarixi: 2009-10-16.